Afad qurbanov maket sayt indd



Yüklə 24,91 Mb.
Pdf görüntüsü
səhifə26/63
tarix14.07.2018
ölçüsü24,91 Mb.
#55504
1   ...   22   23   24   25   26   27   28   29   ...   63

Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
90
olur  ki, A.Qur banov  linqvistik  üslubiyyatın  təkcə  əlamət 
və  xüsusiy yət lə rindən  bəhs  etməklə  kifayətlənmir,  həm 
də onun növləri (ümumi və xüsusi üslubiyyat, nəzəri və 
təc rübi üslubiyyat, təsviri, tarixi və müqayisəli üslubiyyat) 
ba rədə dolğun məlumatlar verir. 
R.Həsənov  “üslubiyyat”  üzrə  mütəxəssis  olduğu, 
həm   çinin bu fənni tədris etdiyi üçün A.Qurbanovun əsər-
lə  rin dəki dil və üslub məsələləri ilə bağlı ən kiçik detal-
lara  mü na sibət  bildirib,  hətta  problemin  görünməyən 
tərəflə ri nə  belə  ay dın lıq  gətirib.  Məsələn,  “...  Əsərin  dil 
vahid lə ri nin  üslubi  imkan ları  bölməsində  fonetik  va-
sitələr  –  səslər,  ahəng  və  müxtəlif  mənalı  səslənmələr 
haqqında, bun ların sözlərdə, morfemlərdə, ifadələrdə və 
cümlələrdə  nə  kimi  üs lubi  mahiyyət  daşıdığından  bəhs 
edilir,  leksik-ono mas tik,  frazeoloji,  morfoloji  və  sintak-
tik  vahidlərin  üs lubi  imkanları  müəyyən  mənada  yeni 
baxımdan  şərh  olu nur”,  –  de yən  R.Hə sənovun  fikirləri 
A.Qurbanovun  dil  və  üslub  mə sə lələrinə  nə  qədər  həs-
saslıqla yanaşdığını sübut edir. 
“Afad  Qurbanov  xırda,  ucuz,  şəxsi  mülahizələrdən 
uca dura bilir, “bizim-sizin” münasibətlərinə enmir, necə 
deyərlər,  məddahlıq  üçün  fürsət,  bədxahlıq  üçün  girəvə 
göz ləmir. Hər vəziyyətdə, hər şəraitdə alim-müəllim təm-
kinini saxlaya bilir”, – deyən filologiya üzrə fəlsəfə dok-
toru Qızqayıt Musta fa ye va alimin bədii əsərlərin dilinin 
tədqiqi ilə bağlı çoxsaylı əsər lərini nəzərə alaraq “Pro fes -
sor A.Qurbanov və bədii əsərlərin di li nin tədqiqi” adlı mə-
qalə yazıb. Məqalənin ümumi məzmu nun dan aydın olur 
ki, müəllif, hər şeydən əvvəl, Afad Qurba no vu bədii əsər-
lə rin dili üzrə bir tədqiqatçı kimi səciy yə lən di rər kən dörd 
isti qaməti əsas götürüb:


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
91
–  A.Qurbanov “S.Vurğunun “Vaqif” pyesinin dili və üs  lu -
bu” mövzusunda dissertasiya müdafiə edib (1962), ey ni 
za manda bu mövzu ilə bağlı xeyli məqalə və bir kitab 
çap etdirib. Q.Mustafayevanın fikrincə, “həmin əsərlər-
də  “Vaqif”  pyesi,  ümu miyyətlə,  Vurğun  poe zi yasının 
fra zeolo giyası, bədii ifadə vasitələri, nitq xü su siyyətləri, 
lüğət tərkibi yüksək səviyyədə tədqiq olun muş, S.Vur-
ğun və müasir bədii dilimiz geniş işıq  landırılmışdır”; 
–  A.Qurbanov “Bədii mətnin linqvistik təhlili” fən ninə 
dair proqram və dərslik hazırlayıb. Q.Mustafayevaya 
görə, həmin dərslikdə bir çox klassiklərin yüksək po-
eziya nü munə lə ri nin dili tədqiq edilib, ayrı-ayrı gör-
kəm li  sənət karların  dilə  nə zəri-estetik  münasibətləri 
ay dınlaşdırılıb; 
–  A.Qurbanov bədii əsərlərin dilində onomastik va hid-
lə rin poetik və üslubi xüsusiyyətlərini tədqiq etməyin 
vacibliyini əsaslandırıb. Q.Mustafayeva alimin bu is-
ti qa mət də  gördüyü  işləri  çox  yüksək  dəyərləndirir: 
“Cəsarətlə demək olar ki, bədii əsərlərdəki antropo-
nimlər, toponim lər, onların üslubi xüsusiy yət ləri, əsə-
rin ideya-bədii təsir qüvvəsinin artmasında ono mas tik 
va hidlərin rolu, bədii ədəbiyyatda xüsusi adların ko-
mik tə biəti, etnik adlar, ad yaradıcılığı, yazıçının fərdi 
onomastikasının təh lili məsələ lə rinin ilk tədqiqatçıla-
rından biri də məhz Afad Qur banovdur”;
–  A.Qurbanovun  rəhbərliyi  ilə  yazılmış  namizədlik 
dis  ser  tasiyalarının bir qismi məhz bədii əsərlərin di-
linə həsr olu nub. Q.Mustafayeva fikri təsdiq üçün bu 
disserta si yaların ək səriy yətinin mövzusunu qeyd edir: 
İlyas Əfən diyevin roman la rının dili və üslub xüsu siy-
yət ləri, 1981; Azərbaycan sovet ko me diyalarının dil və 


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
92
üslub  xüsu siy yətləri  (S.Rəhmanın  ko me di yaları  əsa-
sın da), 1983; M.Hü sey nin romanlarının dili, 1983... 
Təqdim etdiyimiz müqayisə və qarşılaşdırmalar “belə 
çox sahəli fəaliyyətə malik olan alimin (Afad Qurbanov nə-
zər də tutulur – Ə.T.) yaradıcılığında bədii əsərlərin dili qır-
mızı bir xətt təşkil edir”, – deyən Q.Mustafayevanın düz-
gün mövqedən çıxış etdiyini müxtəlif bucaqlardan təsdiq 
edir.
Bədii dil məsələlərinin Afad Qurbanovun yaradıcılı-
ğın da xüsusi yer tutduğunu əsas götürən filologiya üzrə 
fəl səfə  dok to ru  Mətləb  Nağıyev  məqaləsinə  belə  bir  ad 
ve rib: “Professor Afad Qurbanov və bədii dil məsələləri”. 
Mə qalənin ümumi ru hundan aydın olur ki, Afad Qurba-
nov və bədii dil məsələləri daha çox dilçilik deyil, ədəbiy-
yat şünaslıq baxımından işıqlan dı rılıb. Bu da təsadüfi hesab 
edilə bilməz: birincisi, ona görə ki, Mətləb Nağıyev ədə biy-
yatşünas idi; ikincisi, Afad Qurbanov bədii əsərlərin dilinə 
həsr etdiyi kitablarında əsl ədəbiyyatşünas kimi çıxış edib.
Məqalədə A.Qurbanovdan  belə  bir  sitat  təqdim  edi-
lib: “Bədii əsərin dili hər sözü, hər ifadəni sevmir. Sənət-
kar sözü se çir, cilalayır, onun poetik imkanına, aydınlıq və 
sadəliyinə xü susi fikir verir. Ona görə ki, bədiilik sözlə alı-
nır, sözsüz tə səv vür olunmur. Söz yerinə düşməyəndə dil 
ağırlaşır, gözəl li yini itirir, fikrin ifadəsi çətinləşir... Yazıçı, 
hər şeydən əvvəl, sö zü duymalı, sözün yerini və qədrini 
bil məli, canlı danışığı və ümumxalq dilini də dərindən öy-
rən məlidir”.  Bu  sitatdakı  söz  və  ifadələr,  eləcə  də  cümlə 
mo delləri sadə və anlaşıqlı görünsə də, onun ümumi se-
mantik tutumunu dərindən dərk etmək və ona elmi mü-
na sibət  bildirmək  o  qədər  də  asan  deyil.  Etiraf  edək  ki, 
Mət ləb Nağıyev bunu bacara bilib: “Bədii ədəbiyyatın əsas 


Yüklə 24,91 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə