Afad qurbanov maket sayt indd



Yüklə 24,91 Mb.
Pdf görüntüsü
səhifə22/63
tarix14.07.2018
ölçüsü24,91 Mb.
#55504
1   ...   18   19   20   21   22   23   24   25   ...   63

Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
75
bulaq larından  doyunca  su  içməyən,  gül-çiçəyini  iyləmə-
yən, bəzən isə təbiətin bu sirli-sehirli dünyasında çaş-baş 
qalaraq var-gəl et mə yən heç bir ozan bu cür ifadələr yara-
da bilməzdi. Digər tə rəfdən, ozan yaşadığı dövrün, daha 
dəqiqi, Oğuzların ictimai-si ya si həyatını, dünyagörüşünü 
dərindən bilməsə idi, Oğuz ərən lə rinin dağlarda boz ay-
ğır larını dördnala çapmalarının, ov et mə lərinin, uca dağ-
ları özlərinə yurd yeri – Vətən seçmələrinin canlı şahidi ol-
masa idi, nəinki “Kitab”ı, heç adi bir cümləni belə obrazlı 
şəkildə canlandıra bilməzdi” (Əzizxan Tanrı ver di. “Də də 
Qorqud  kitabı”nda  dağ  kultu.  Bakı,  2013,  səh.90).  Bu  si-
tat dakı  ozan,  Oğuzların  ictimai-siyasi  həyatı  kimi  söz  və 
ifa dələr  ixtisar  olunarsa,  sanki Afad  müəllimin  dilindəki 
sa dəlik və zənginliyin səbəbləri arqumentləşdirilib qə na-
ə tinə də gəl mək olar. Afad Qurbanovun bir alim və müəl-
lim kimi böyük lü yü həm də bu tip detallarda daha aydın 
gö rünür... 
Ustad, Siz bu dünyadan köç edəndə haqqınızda çox-
lu sayda məqalələr yazıldı. Birini də mən yazdım. Burada 
hə min məqalənin ilk hissəsini eynilə təqdim etmək yerinə 
dü  şür: “2009-cu ilin 26 sentyabrında filologiya elmləri dok-
toru, pro fes sor, AMEA-nın üzvü Afad Qurbanov dün ya-
sını dəyişərək Haqqın dərgahına qovuşdu. “…Min il əv-
vəl  olanlar  tək  doğuldum,  yaşadım,  öl düm…”  –  deyən 
Mət    ləb  Nağının  misralarının  semantikasına  söy kənərək 
de yirəm: Afad Qurbanov doğuldu, yaşadı, amma ölmədi, 
çap  olun muş  əsərləri  ona  ölməzlik  qazandırdı.  Mahmud 
Kaş ğa rilər,  Mirzə  Kazımbəylər,  Bəkir  Çobanzadələr,  Əb-
dü ləzəl  Dəmirçizadələr…  cərgəsinə  Afad  Qurbanovun 


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
76
adı  hələ  sağlı ğın da  ikən  daxil  olmuşdu.  Onilliklər  əvəz-
lə nə cək, əsrlər dəyi şə cək, amma Afad Qurbanovun ən azı 
əsər ləri yaşayacaq, ən mö tə bər istinad mənbəyi kimi qala-
caq dır”.  Səkkiz  il  əvvəl  söy lə diyim  bu  fikirlər  assosiativ 
ola raq Afad müəllimsiz keçən gün lər, daha doğrusu, cis-
mən ara mızda olmayan Afad müəllim barədə bir neçə söz 
de məyi diktə edir. “Ömrünü elmə sərf edən insan heç vaxt 
öl mür”  (Məhəmməd  Peyğəmbər)  kəlamının  mə na  yükü 
sanki həm də Afad müəllimi səciyyələndirmək üçün de-
yi lib, onun mənəvi dünyasının, alim ömrünün bəzəyi kimi 
çı  xış edir. Burada professor Roza Eyvazovanın bir fikrini 
olduğu kimi xatırlatmaq lazım gəlir:
“Kitablarında epiqraf kimi təqdim etdiyi “Ömrünü el-
mə sərf edən insan heç vaxt ölmür” Məhəmməd Peyğəm-
bə rin kə la mı ilə milli və beynəlxalq akademiyaların aka de-
mi ki, Azər bay can Milli Elmlər Akademiyasının üzvü, Türk 
Dil Qurumunun şərəfli üzvü, dünyanın bir çox lin q vistik 
və onomastik elmi komitə, cəmiyyət və elmi təş ki latlarının 
həqiqi  və  fəxri  üzvü,  Əmək dar  elm  xadimi,  Dövlət  mü-
kafatı laureatı, filologiya elm lə ri doktoru, professor Qur-
banov Afad Məhəmməd oğlu sanki özü üçün bir nek roloq 
epiqrafının təməlini qoymuşdu”.
Son 8 ildə qəlbimdə, ruhumda yaşayan Afad mü əl lim-
lə bağ lı eşitdiklərim, gördüklərim və oxuduqlarım, əsa sən, 
aşa ğıdakılardan ibarətdir:
–  bu 8 ildə elə bir gün olmayıb ki, universitetdə  (ADPU-da) 
onun haqqında hansısa xoş sözlər eşitməmiş olam. Bu isə 
o de məkdir ki, o təkcə doğmalarının deyil, həm də böyük 
bir kol lektivin, ümumən xalqımızın qəl bində yaşayır;


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
77
–  ADPU-nun  əsas  binasının  III  mərtəbəsindəki  dəhli-
zin  divarlarını  Nizami  Gəncəvi,  Məhəmməd  Füzuli, 
Mir zə  Ələkbər  Sa bir,  Nəriman  Nərimanov,  Səməd 
Vurğun kimi yazıçıların barelyefləri bəzəyir ki, bun-
ları da Afad müəllim rektor və zi fəsində işlədiyi illər-
də düzəltdirib. İndi bu ba rel yeflər Filo lo gi ya fakültə-
sində təhsil alan tələbələrə este tik zövq verir, onların 
mənəvi dünyasını zənginləşdirir. Mən isə hər dəfə bu 
barel yefl ərə baxanda, istər-istəməz, Afad müəllimi xa-
tırlayır, onu dü şü nür, barelyeflərdə onun işıqlı sima-
sını görürəm;
–  vəfatından bir neçə ay sonra “Afad Qurbanov” (Ba kı, 
2010)  kitabı  çap  olundu.  Mübaliğəsiz  deyirik  ki,  in-
di yə qədər heç bir Azərbaycan dilçisi barədə belə bir 
san ballı kitab çap olun mayıb (sonrakı səhifələrə bax);
–  kitablarının əksəriyyəti Azərbaycan və türk dil lərində 
nəfis şəkildə çap olunub;
–  haqqında onlarca məqalə çap olunub ki, bu da onun 
elmi yaradıcılığına müxtəlif bucaqlardan işıq salır. Ən 
əsa sı isə dil çi liyə dair çap olunmuş əsərləri ilə bağlı 
filologiya üzrə fəlsəfə doktoru proqramı çərçivəsində 
dissertasiya ya zılır;
–  1979–2009-cu illərdə rəhbərlik etdiyi “Azərbay can dil çi-
liyi” kafedrasında həyatının müxtəlif anlarını əks etdirən 
və daha çox da Azərbaycan tarixi üçün gərəkli olan zən-
gin bir fo tos tend yaradılıb. Kitablarından ibarət sərgi isə 
həmin fotos tendlə bir harmoniya təşkil edir;
–  akademik Afad Qurbanov adlı rəsmi veb sayt yara dı-
lıb ki, bunun da minlərlə istifadəçisi var;


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
78
–  onun  “Müasir Azərbaycan  ədəbi  dili”,  “Ümumi  dil-
çi lik”,  “Azərbaycan  onomalogiyasının  əsasları”  və  s. 
kimi  san ballı  ki tabları  tələbələrin  əlindən  düşmür. 
Hər gün av to busda və ya met roda neçə-neçə tələbənin 
əlində Afad mü  əllimin kitablarını görəndə fərəhlə nir, 
qürur hissi ke çi rirəm...
Afad müəllim qəlbən, ruhən bizimlədir. O yaşayır və 
əbə di olaraq yaşayacaqdır!


Yüklə 24,91 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə