Afad qurbanov maket sayt indd



Yüklə 24,91 Mb.
Pdf görüntüsü
səhifə20/63
tarix14.07.2018
ölçüsü24,91 Mb.
#55504
1   ...   16   17   18   19   20   21   22   23   ...   63

Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
69
or ta məktəbi geridə qalmış bir məktəbə çevrilsin. Mən isə 
bütün var lığımla çalışaraq həmin məktəbi Gür cüs tan üzrə 
ən nü mu nəvi məktəblərdən birinə  çevirdim”;
“Hamamlı kənd orta məktəbində direktor vəzifə sin-
də işlədiyim illərdə yaddaqalan hadisələr çox olub, ha mısı 
da bir-birindən maraqlı. Bunlardan birini isə heç cür unuda 
bilmirəm, yaddaşıma əbədi olaraq hopub. Əzizxan, həmin 
hadisəni sənə ey nilə danışsam, bəlkə də, inan ma yacaqsan. 
Nə isə... axşam idi, bir dən yaşadığım evin qapısı döyüldü. 
Qapını açanda əlində bağ lama olan bir qadının fağır-fağır 
dayandığını  gördüm.  Tə əc cübləndim,  görəsən,  şərin  şər 
vaxtı bu qadın nə istəyir? Bir az keçəndən sonra tanıdım. 
Əla qiymətlərlə oxuyan şagirdim Nov ru zun anası idi. O, 
əlində bərk-bərk tutduğu bağlamanı mənə tə rəf uza daraq 
dedi: “Novruzun anasıyam, bu kənt soqatını da sana gət-
mişəm, a bala! Qadan alem, sən yaxşı adamsan, oğluma da 
yaxşı biliy verifsən, heş bilmerəm sana nejə alxış edem...” 
Mən həmin bağlamanı götürməli oldum, onu açanda isə 
gözlərimə inan ma dım. Ana oğlunun aldığı gü müş medalı 
öz əlləri ilə toxu du ğu yun corabın içərisinə qoyub mənə 
gətirmişdi. Bu, o dağlar qı zının mənə təşək kürü, çoxsağo-
lu idi. Bir anlığa fikrə getdim, gözlərim önün də dünyasını 
vaxtsız dəyişmiş anam Aişəbalı da yan dı.. yenə düşüncələr 
aləmində var-gəl etməli oldum: “Gö rə  sən, anam belə edər-
dimi?” – Bu sualın cavabını tap maq da isə o qə dər də çə-
tinlik çəkmədim: bəli, o da bu cür hərə kət edərdi. Bu da 
təbiidir. Çünki təbiətin qoynunda, o uca dağlarda yaşa yan, 
qəlbi təmiz, niyyəti təmiz, məkrdən, hiylədən uzaq hər bir 
türk qadınından bunu gözləmək olar dı. Necə ki, Novruzun 
ana sı bunu etmişdi. Bu hadisədən bir gün sonra həmin qa-
dını mək təbə çağırtdırdım, xahiş et dim ki, medalı geri gö-


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
70
türsün. O isə me dalı geri götürmək istə mir və təkidlə deyir-
di: “Ömrüm-gü nüm, o medal sənə çat malıdır, ona görə ki, 
sənin sayəndə oğlu ma medal ve rib lər, qurban olum, məni 
peşman etmə, el içində məni xar eləmə...” Düzünü deyim 
ki, bu qadının həm sadəliyi, həm də sadəlövhlüyü qarşı-
sında çaşıb qalmışdım. Amma çox çətinliklə olsa da, onu 
inandıra bildim. Dedim ki, ay anam, ay bacım, bu medalı 
Sizin oğlunuza ona görə ve riblər ki, o, orta məktəbi əla qiy-
mətlərlə bitirib, bacarıqlı, iste dadlı şagird olub. Bu cür yal-
varışlardan, dilətut ma lar dan sonra o, safqəlbli dağlar qızı 
həmin medalı ağlaya-ağlaya geri götürdü və mən özüm də 
mənəvi rahatlıq tap dım... Bir cəhəti də deyim ki, Nov ruz 
Dmanisi rayonu üzrə gü müş medal almış ilk azərbaycan-
lı idi, gürcü əsilli er mə nilər, lap elə gürcülərin özləri (mə-
murlar nəzərdə tutulur – Ə.T.) onun, ümu miy yətlə, medal 
almasına  mane  olmaq  istəyirdilər,  amma  ba car  madılar. 
Çünki Novruzun medalla bağlı bütün sənədlərini möv cud 
normalara,  qaydalara  uyğun  şəkildə  hazırlamışdım.  On-
lar da fakt qarşısında aciz qaldılar. Amma pisliklərindən 
də əl çəkmədilər. Belə ki, Novruzun Azərbaycan dili fən-
nindən al dı ğı “əla”nı saxta laş dıraraq “yaxşı” et məklə onu 
qızıl  medaldan  məhrum  et dilər.  Əzizxan,  o  oğ lan,  yəni 
Novruz orta məktəbi medalla bitirdiyinə görə ali mək təbə, 
daha  dəqiq  desəm,  APİ-nin   Fizika- ri yaziyyat  fakültəsinə 
cəmi bir fəndən im tahan verməklə qəbul olundu, indi o, 
elmlər nami zə di dir...” (Ha zırda Novruz İsa oğlu Musayev 
Azərbaycan Tibb Uni ver si tetində çalışır, pedaqogika üzrə 
elmlər doktoru, professordur – Ə.T.); 
“Dilim  Borçalı  şivəsində  açılıb,  bu  şivənin  zəngin-
li yi in di mənim üçün daha aydın görünür. Tədqiqatçılar, 
o cümlədən Siz (məni nəzərdə tutur) düzgün olaraq qeyd 


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
71
edir siniz ki, “Kitabi-Dədə Qorqud”un dilindəki arxaizm lər 
daha çox Bor çalı şivəsində mühafizə olunur. Oy (ov) dərə-
si, Qızlar dərəsi, Top-yer daha neçə-neçə toponim bir başa 
“Kitabi-Dədə  Qor qud”la  bağlanır,  minilliklərin  ya digarı 
kimi çıxış edir. Haşiyə: Burada yazıçı Anarın Afad müəl-
limin dedikləri ilə səsləşən fi kirlərini eynilə təqdim etmək 
yerinə  düşür:  “...Mövludgilin  kən  dində  (Afad  müəl li min 
doğulduğu Qızıl Şəfəq (Cücəkənd) kəndi – Ə.T.) eşit diyim 
Azərbaycan dili qədim Dədə Qorqud dilini xatır la dır. Kişi-
lər hər sözlərini “atam-anam”, qadın lar “öm rüm-günüm” 
müraciətiylə  başlayır.  Mövludun  böyük  qardaşı  Ço ban 
Kərəm danışdıqca mənə elə gəlirdi ki, Qaraca Ço ban da-
nışır.  Bəlkə  də,  bu  həyata  yaxşı  bələd  olanlarçün  mə nim 
gətir diyim sözlər çox adi və tanış görünəcək, am ma mən 
bu kəlməni ilk dəfə burada eşitdim: “Top-yer” – düz yer. 
“Xam-tapır”  –  tə zə,  tər  otlaq.  “Çöyşəmək”  –  Çöy şəmək 
nə  deməkdir,  ay  Kə rəm?  –  Sürü  otlaya-otlaya  ge dən də 
birdən dayanır bir yer də, qu zu nun hərəsi bir tərəfdə otla-
mağa başlayır buna deyirlər, çöy şə mək, çöyşüyür” (Dədə 
Qorqud dünyası.“Sizsiz”, Bakı, 1992, s.25);
“Borçalıda ağır məclislərdə, toylarda çox olmu şam
dad lı, ləzzətli nemətlərdən çox dadmışam. Amma Baş ke-
çi din Yu xarı Qarabulaq kəndində, Xram çayı sahil lə rində 
ata mın xalası oğlu Ədilin (Adilin) fırında (peç, so ba...) bi-
şirdiyi  qızılbalıq  ka babına  çatanı  olmaz.  O  kaba bın  dadı 
indi də damağımdan get məyib”;
“Borçalıda  yaşayanda  elmlə  məşğul  olmağa  da  vaxt 
ta  pır dım. Professor Əbdüləzəl Dəmirçizadə ilə tez-tez əla-
qə sax layır, aspiranturada təhsilimi davam etdirmək istə-
di yimi bil di rir dim. Elə bu istəklə də 1956-cı ildə APİ-nin 
as piranturasına qəbul olundum...”


Yüklə 24,91 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə