Afad qurbanov maket sayt indd



Yüklə 24,91 Mb.
Pdf görüntüsü
səhifə28/63
tarix14.07.2018
ölçüsü24,91 Mb.
#55504
1   ...   24   25   26   27   28   29   30   31   ...   63

Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
96
M.Səfərovun  yazısında  diqqətçəkən  məqamlardan 
biri də budur ki, o, bəzi alimlərin onomastikanı dilçiliyin 
təd qiqat  ob yek tindən  ayırmağa  çalışmalarının  qeyri-el-
mi  ol duğunu  məhz Afad  Qurbanova  istinad  etməklə  bir 
daha qa bardır: “Professor düzgün olaraq buna etiraz edir 
və bu nəticəyə gəlir ki, “Ono mas tikanın (onomalogiyanın) 
möv zu su  dilçiliyin  ümumi  ob yektindən  təcrid  olunma-
yan,  bi lavasitə  onunla  möhkəm  bağlı  olan  məsələlər  və 
 ha di sə lər dir”.
XX  əsrin  80-ci  illərinə  qədər Azərbaycan  onomas ti-
kası o qədər də inkişaf etməmişdi. Filologiya üzrə fəlsəfə 
dok toru Firuzə Məmmədli bu problemdən bəhs edərkən 
maraqlı bir açıqlama verir: “Onomastik leksika müxtəlif 
is ti qamətlərdəki  el mi  axtarışların  obyekti  olsa  da,  lin q-
vistik araşdırmalardan kə nar da öz dərin elmi şərhini tapa 
bilmirdi...”  Bu  mənada  F.Məm mədlinin Afad  Qurbano-
vun 1986-cı ildə çap olunmuş “Azər baycan onomastikası” 
ki tabı  ilə  bağlı  “Professor Afad  Qur banov  və  xüsusi  ad 
nə zə riy yəsi”  adlı  məqalə  yazması  ümu mən  dilçiliyimiz 
üçün faydalıdır.
Firuzə Məmmədli alimin adını çəkdiyimiz monoq ra-
fiya sı nın səciyyəvi cəhətlərindən kifayət qədər bəhs edib 
ki, bunları da aşağıdakı kimi ümumiləşdirmək olar;
–  bu kitabda Azərbaycan onomastik vahidləri ilk dəfə 
yığcam şəkildə sistemləşdirilib;
–  müəllif onomastik vahidlərdə gizlənən tarixi həqi qə-
tin reallaşması üçün dilçilərə konkret linqvistik proq-
ram verir;
–  müasir  Azərbaycan  dilinin  onomastik  leksikasında 
şəxs  adları  istisna  olmaqla,  birkomponentlilik  azlıq 
təş kil edir;


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
97
–  Azərbaycan  onomastikasının  formalaşmasında  milli 
dillə yanaşı, ərəb, talış, tat, iber-Qafqaz və rus dillə ri-
nin də müəyyən rolu vardır;
–  Gürcüstan və Ermənistan ərazilərindəki vaxtilə möv-
cud olmuş... türk mənşəli adların dəyişdirilməsinə ali-
min linqvistik baxımdan münasibəti razılıq doğurur...
Afad Qurbanovun “Azərbaycan onomastikası” kita bı-
na, eləcə də digər tür ko loji araşdırmalarına istinadən söy-
lənmiş yuxarıdakı fikirlər xüsusi ad nəzəriyyəsinin müəlli-
fin yaradıcılığından qırmızı xətt kimi keçdiyini təs diqləyir.
“O (Afad Qurbanov nəzərdə tutulur – Ə.T.), əsərlə rinin 
təkcə sayı ilə deyil, elmi sanbalı ilə də diqqəti cəlb etmişdir”. 
Bu fikir professor Həsən Balıyevin “Professor Afad Qur-
banov – görkəmli dilçi-metodist” məqaləsindən gö türülüb. 
Burada bir cəhəti mütləq qeyd etmək lazım gə lir: Afad Qur-
banovla  Həsən  Balıyev  uzun  müddət  bir  yer də  çalışıblar, 
iclas larda, konfrans və seminarlarda bir yer də olublar, fikir 
mü ba diləsi aparıblar, bir-birini yaxşı ta nıyıblar... Bu, məqa-
lə nin ümumi ruhunda qabarıq şəkildə müşahidə olunur. 
H.Balıyevin məqaləsində Afad Qurbanov dilçi, müəl-
lim,  rektor  kimi  səciyyələndirilir  ki,  bu  da,  əsasən,  aşa-
ğıdakıları əha tə edir:
–  alimin Azərbaycan dilinin fonetikası, leksikologiya və 
fra zeologiyası, üslubiyyatı, dil tarixi və digər sahələrə 
aid yaz dığı əsərlərdə bir sistemlilik, məntiqilik və ar-
dıcıllıq diqqəti xüsusi cəlb edir
–  erməni alimləri, az qala, Azəbaycan onomastik va hid -
lə rini də özününküləşdirməyə can atırdılar. Bu kimi 
iş lərin  qar şısının  alınmasında  A.Qurbanovun  ono-
mastika  üz rə  tədqiqat  işlərinə  rəhbərliyinin  böyük 
əhəmiyyəti ol muşdur; 


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
98
–  A.Qurbanov ali məktəbdə dil təliminin təkmil ləş məsi 
mə sələləri ilə daim məşğul olmuşdur;
–  A.Qurbanov sanki universitetin hər iki baş korpu su nu 
yenidən tikib-yaratmışdır. Onun rəhbərliyi dövründə 
(rektor olduğu dövr nəzərdə tutulur – Ə.T.) təlim-tər-
biyənin keyfiyyəti də xüsusilə fərqlənmişdir. 
Göründüyü  kimi, Afad  Qurbanovun  bir  sıra  keyfiy-
yət ləri konkret faktlar kontekstində işıqlandırılıb. 
Afad Qurbanov pedaqogika üzrə mütəxəssis olmasa 
da,  pe daqoji  elmlərin  nəzəri  əsaslarını  dərindən  bilir  və 
bunu asan lıqla tədris prosesinə də tətbiq edirdi. Azər bay-
can  tarixin də  ali  məktəb  pedaqogikasını Afad  Qurbanov 
qə  dər mükəmməl bilən ikinci bir şəxs, daha dəqiqi, dilçi 
tapmaq çətindir. Qeyd olun du ğu kimi, Afad müəllim orta 
məktəbdə  direktor,  ali  mək təbdə  dekan  müavini,  dekan, 
kafedra müdiri, rektor və digər və zifələrdə çalışıb, tədris 
və  təlim-tərbiyə  prosesinin  təkcə  canlı  şa hidi,  iştirakçısı 
deyil, həm də onun hərəkətverici qüvvəsi, təş kilatçısı olub. 
Yəni  həmin  vəzifələrdə  işləyərkən  bəziləri  kimi  vaxtını 
boş-boşuna keçirməyib. Təsadüfi deyil ki, Afad müəl limin 
bu keyfiyyətləri, xüsusilə də ali məktəblə bağlı məsələləri 
incəliklərinə qədər bilməsi öz müəllimi Azər Hüseynovun 
da diqqətindən yayınmayıb: “Ali təhsil məsələlərinin də-
rinlik lə rinə  getmiş  təcrübəsi  vardır.  Bu  insan  daim  işlək 
və  qurucu  bir  var lıqdır”  (Afat  Qurbanov  70.  Bakı,  1999, 
səh.102).  Bu  mənada  pe daqogika  üzrə  elmlər  doktoru 
Mu seyib İlyasovun “Pro fes sor Afad Qurbanov və ali mək-
təb pedaqogikası” adlı mə qalə ilə çıxış etməsi olduqca təbii 
qarşılanır.
Məqalədə  Afad  Qurbanovun  ali  məktəb  pedaqogi-
kası ilə bağ lı çap olunmuş əsərlərinin, demək olar ki, ək-


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
99
sə riyyətinə  mü nasibət  bildirilir.  A.Qurbanovun  “Məktəb 
is lahatı  və  peda qoji  institut  problemləri”  (1985),  “Dil çi-
lik  dən kurs və diplom işləri” (1985), ”Kurator və tələbə “ 
(1989), “Dilçilikdən xüsusi kurs və seminarlar” (1996) kimi 
əsər lərinə  Museyib  İlyasov  kompleks  şə kil də  yanaşıb: 
“Bu əsər lərin hər biri mövzu və əhatə dairəsi ba xı mından 
müxtəlif sahələri əhatə etsə də, nəticə etibarı ilə bir isti qa-
mətdə – ali məktəb pedaqogikası istiqamətində birləşərək 
ali  mək təb  müəllimləri  və  tələbələri  üçün  zəngin  mənbə 
rolu oyna yır”.
A.Qurbanovun “Məktəb islahatı və pedaqoji institut 
prob lemləri” adlı əsərini sistemli şəkildə nəzərdən keçir-
miş M.İl yasovun “əsərdə verilən konkret faktlar və nümu-
nələr onun elmi dəyərini daha da artırır və onu daha də yərli 
edir...,  insti tutların  elmi-pedaqoji  kadrlarla  möh kəm lən-
dirilməsi,  onların  ixtisasının  artırılması  və  təkmilləş di ril-
məsi, şagirdlərin pedaqoji peşəyönümü və oğlanların pe-
daqoji peşəyə cəlb olunması” kimi qənaətləri inan dırıcıdır. 
A.Qurbanovun  “Dilçilikdən  kurs  və  diplom  işləri” 
(1985)  adlı  dərs  vəsaiti  bu  gün  də  öz  elmi-praktik  əhə-
miyyətini itir məyib. M.İlyasov bu əsəri geniş şəkildə təhlil 
süz gəcindən ke çirir və maraqlı mülahizələr söyləyir. Mə-
sələn, onun bir fikrinə diqqət yetirək: “Prof. A.Qur ba novun 
bu əsərini dəyərli edən mühüm cəhətlərdən biri də onun 
təkcə dilçilikdən kurs və diplom işləri yazacaq Filologiya 
fakültəsi tələbələri üçün deyil, elmi-tədqiqat işi aparacaq, 
kurs işi və diplom işləri yazacaq bütün tələbələr və onla-
ra rəhbərlik edəcək müəllimlər üçün qiymətli pe daqoji və 
metodik  mənbə  olmasıdır”.  M.İlyasovun  uzaq gö rənliklə 
söylədiyi bu fikirlər həm də Azərbaycan pe daqogikasının 
ümumi səviyyəsini əks etdirir. 


Yüklə 24,91 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə