Afad qurbanov maket sayt indd



Yüklə 24,91 Mb.
Pdf görüntüsü
səhifə23/63
tarix14.07.2018
ölçüsü24,91 Mb.
#55504
1   ...   19   20   21   22   23   24   25   26   ...   63

79
AFAD QURBANOVUN
ELMİ YARADICILIĞI 
TƏDQİQATLARDA


80
Son  40  ildə  Azərbaycan  dilçiliyində  elə  bir  təd qi-
qatçı yoxdur ki, Afad Qurbanovun yaradıcılığına bu və 
ya digər şəkildə müraciət etməmiş olsun. Bu da təbii qar -
şılanır. Çün  ki Afad Qurbanovun elmi irsi elədir ki, ona 
istinad et mədən yeni söz demək xeyli çətin olur. Onun 
bu keyfiyyəti prof. Adil Babayevin də diq qə tin dən yayın-
mayıb: “Cəsa rət lə demək olar ki, dilçilik el minin elə bir 
sahəsi yoxdur ki, bu məhsuldar və əmək sevər alim (Afad 
Qurbanov nəzərdə tutulur – Ə.T.) ora ya nüfuz  etməsin”.
Afad  Qurbanovun  əsərləri  və  ictimai  fəaliyyəti  ilə 
bağlı 200-dən çox yazı yazılıb ki, bunların da əksəriyyəti 
onun la bağ lı tərtib edilmiş 3 kitabda verilib. Həmin yazı-
lar da Afad Qur ba no vun elmi yaradıcılığına, eləcə də pe da-
qoji fəaliyyətinə müx  təlif prizmalardan münasibət bil di ri-
lib. Məsələn, belə:
Ümumi dilçilik məsələləri;
Müasir Azərbaycan ədəbi dili problemləri;
Azərbaycan dilçiliyi problemləri;
Azərbaycan dilinin onomalogiyası;
Türkoloji dilçilik;
Bədii əsərlərin dili;
Ali məktəb pedaqogikası və metodikası; 
Qədim türk yazılı abidələri;


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
81
Əlifba məsələləri;
Dilçi kadrların hazırlanması.
Afad  Qurbanov  haqqında  yazılmış  məqalələrin  bu 
is ti  qa mətlər  üzrə  qruplaşdırılaraq  təhlilə  cəlb  edilməsi 
müm kün dür. Am ma Afad  Qurbanov  barədə  tərtib  olun-
muş  ki tab  ların  ümumi  mən zərəsinin  daha  aydın  şəkildə 
görün məsini  nəzərə  alaraq  onların  hər  birinə  ayrılıqda 
münasibət bildirməyi məqsədəuyğun hesab edirik.


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
82
“AFAD QURBANOV 70” KİTABI
(BAKI, 1999) TƏDQİQAT MÜSTƏVİSİNDƏ
“İki hissədən ibarət olan bu kitabın (redaktoru və tər-
tibçisi Ə.Tanrıverdiyev) birinci hissəsi belə adlanır: “Pro fes-
sor Afad  Qurbanovun  elmi  fəaliyyətinə  dair”.  Bu  his  sədə 
verilmiş yazıları aşağıdakı kimi səciy yələn dir mək olar:
Akademik Bəkir Nəbiyev və filologiya üzrə fəlsəfə 
dok  toru Allahverdi Hacıyevin birgə yazdıqları “Görkəm-
li tür  ko loq Afad Qurbanovun elmi və təşkilatçılıq fəaliy-
yəti” adlı mə qa lədə əvvəlcə Afad Qurbanovun həyatı ilə 
bağlı bə zi detallara işıq salınır: 1929-cu ildə Ernənistanın 
Kali ni no rayonunun Qızıl Şəfəq kəndində anadan olması, 
Ə.Də mirçizadənin rəhbərliyi ilə namizədlik dissertasiyası 
müdafiə etməsi (1962), orta məktəb müəllimliyindən res-
pub lika Elmlər Akademiyasının üzvlüyü nə dək şərəfli bir 
həyat yolu keçməsi kimi məsələlər yığcam şə kil də təqdim 
edilir. Sonra isə alimin əsərləri, eyni zamanda icti mai-si-
yasi fəaliyyəti mövzu və istiqamətlərinə görə səkkiz isti qa-
mətdə qruplaşdırılır: ümumi və türkoloji dilçilik prob lem-
lə rinin öyrənilməsi; müasir Azərbaycan ədəbi dilinin təd-
qiqi  və  təbliği;  onomastika  problemlərinin  araşdırılması; 
bə dii əsərlərin dilinin təhlili; ali məktəb pedaqogikası və 
me todikası məsələ lə ri nin öyrənilməsi; elmi kadrlar yetiş-
dir mək  sahəsində  fəaliy yəti;  elmi  təşkilatçılıq  fəaliyyəti; 
ictimai-siyasi fəaliyyəti. Bəkir Nəbiyev və Allahverdi Ha-
cıyev alimin əsərlərini bu istiqamətlər üzrə təhlil edərkən 
ən  mühüm  cəhətləri  qabartmışlar  ki,  bu  da  Afad  Qur-
banov  barədə  dolğun  təəssürat  yaradır.  Konkret  desək, 
məqalə  müəl liflərinin  araşdırmalarından  çıxan  əsas  nəti-


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
83
cələr bun lar dır: professor Afad Qurbanov ümumi dilçilik 
problem lə rin dən olan dünya dillərinin təsnifinə dair yeni 
bölgü  ver mişdir;  Azərbaycan  dilçiliyində  “türkoloji  dil-
çilik”  termi ni ni  ilk  dəfə  A.Qurbanov  işlətmişdir;  müasir 
Azərbaycan  dili nin  fonetikası,  qra fikası,  leksikologiyası, 
semasiolo gi ya sı,  frazeologiyası,  ono ma logiyası  və  başqa 
sahələrinə da ir A.Qurbanovun özü nə məx sus fikir və mü-
lahizələri dil çiliyimizdə artıq özünə çoxdan tərəfdarlar qa-
zanmışdır; Azər baycan dili onomalogiyasının müs təqil bir 
nəzəri dilçilik şöbəsi kimi formalaşması bilavasitə A.Qur-
banovun fəaliyyəti ilə bağlıdır; A.Qurbanovun yaradı cılı-
ğında bədii əsərlərin dilinin öyrənilməsi xüsusi yer tutur; 
A.Qurbanov 60-dan çox alim – elmlər namizədi və doktor 
yetiş dir  miş dir;  görkəmli  alim  daim  Azərbaycan  elminin 
inkişafı haq qın da düşünür və bu yolda var qüvvəsini əsir-
gəmir; A.Qur ba nov gərgin elmi-pedaqoji fəaliyyətinə bax-
mayaraq,  müstəqil  res publikamızın  ictimai  həyatında  da 
fəal iştirak edir. Bu fikir lər A.Qurbanovun elmi əsərlərinin, 
eyni zamanda icti mai-siyasi fəaliyyətinin ilkin konturlarını 
açıq-aydın şəkil də göstərir.
Professor  Adil  Babayevin  məqaləsi  belə  adlanır: 
“Afad Qurbanov və ümumi dilçilik problemləri”. Məqalə-
nin əvvəlində A.Qurbanovun yaradıcılığında 5 əsas istiqa-
mə tin  müəyyən ləş dirildiyi  qeyd  edilir  (ümumi  dilçilik, 
müasir  Azərbaycan  ədəbi  dili,  onomastika,  bədii  əsərlə-
rin  dili,  ali  məktəb  pedaqogikası  və metodikası). Müəllif 
bu cür təqdimatdan sonra haqlı olaraq qeyd edir ki, Afad 
Qur banova  qədər  Azərbaycan  dilçiliyində  ümu mi  dilçi-
lik  mə sələləri  konseptual  səviyyəyə  yüksələ  bil mə mişdi, 
bu boş luq məhz A.Qurbanovun 1977-ci ildə çap olun muş 
“Ümumi dilçilk” kitabı ilə aradan qaldırıldı.


Yüklə 24,91 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə