Afad qurbanov maket sayt indd



Yüklə 24,91 Mb.
Pdf görüntüsü
səhifə21/63
tarix14.07.2018
ölçüsü24,91 Mb.
#55504
1   ...   17   18   19   20   21   22   23   24   ...   63

Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
72
Burada  təbii  olaraq  suallar  yarana  bilər.  Görəsən, 
Afad mü əllim aspirantlarının (doktorantlarının) hamısına 
bu barədə nə sə danışıbmı? Əgər danışmayıbsa, səbəbi nə -
dir? Bütün bun ları yalnız Əzizxanamı danışıb? – Bəli, Afad 
müəllim bu cür söh bət ləri, əsasən, mənimlə edirdi. Bu da 
səbəbsiz deyildi: birincisi, ona görə ki, mən baş ke çid liyəm 
(Gürcüstan Res pub likasında şəhər. İndiki Dma nisi). Afad 
müəllim də Başkeçid əra zisinə çox yaxın bir kənddə – Kali-
nino rayonunun Qızıl Şə fəq (Cücəkənd) kən din də dünyaya 
gəlib. Deməli, hər ikimiz eyni təbiətin qoy nunda böyümü-
şük, eyni havanı udmuşuq, eyni sulardan iç mişik...; ikin-
cisi, Afad müəllim Başkeçidin Ha mamlı kəndində məktəb 
direktoru vəzifəsində işləyib ki, bu kəndlə də anadan ol-
duğum  Aşağı  Qarabulaq  kəndi nin  əlaqələri,  gediş-gə-
lişləri həmişə olub. Təsadüfi deyil ki, atam Vəli İmaməli 
oğlu da Hamamlı kənd orta mək təbini bitirib; üçüncüsü, 
Afad  müəllimin  aspirantları  sıra sında  yalnız  mən  başke-
çidliyəm  (Afad  müəllimin  aspirantı  Xıdır Ab dul layev  də 
başkeçidli idi. Amma o, dissertasiya yazmadığı üçün el mi 
fəaliyyətini dayandırdı. Taleyə bax! 1984-cü ildə Azər bay-
can dili ixtisası üzrə aspiranturaya qəbulda Xıdır və mən 
1  yer  uğrunda  mübarizə  aparırdıq.  Xıdır  aspiranturaya 
qəbul olundu. Mən isə bu istəyimi 1985-ci ildə reallaşdır-
dım); dördüncüsü, bizi eyni şivənin daşıyıcısı olmağımız, 
eləcə də folklor, etnoq ra fiya mühi ti nin eyniliyi birləşdirir; 
beşincisi, Afad müəllimin hər bir tap şırığını yüksək səviy-
yədə yerinə yetirməyə çalışır, sö zü nü yerə salmır, sözünün 
qabağında  söz  demirdim.  Həm  də  ən  çətin  anlarda  belə 
onun  tərəfində  dururdum.  Necə  ki,  “Ki tab”dakı  Beyrək 


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
73
“Mən Qazandan dönməzəm, bəllü bil gil!” – de yir. Yuxarı-
da Afad müəllimin dilindən təqdim et diklərimin bir qis mi 
onun özünün söylədikləridirsə, bir qis mi də onun istə yi nə, 
ruhuna uyğun olaraq ifadə  etdik lərimdir.
Özünün  dediyi  kimi,  Afad  müəllimin  dili  Azərbay-
can  dili  şivələri  sistemində  şirinliyi  və  zənginliyi  ilə  se-
çilən Borçalı şi vəsində açılıb. Bu şirinlik, bu zənginlik Afad 
müəllimin nəin ki dərsliklərinə, hətta monoqrafik tədqi qat-
larına belə ho pub. O ən mürəkkəb dil hadisələrini də sadə 
və aydın bir tərzdə ifa də etməyi bacarırdı. Görkəmli rus 
pe daqoqu Uşinskinin belə bir fik ri var: “Dildə bütün xalq 
və onun bütün vətəni canlanmış olur... Dil nəinki xalqın 
həyatiliyini özündə ifadə edir, o eyni zamanda, məhz həya-
tın özüdür. Ana dili məhv olarkən xalq artıq yox olur…” 
Afad  müəllim  həm  də  bu  cür  fikirlərə  söy kən diyi  üçün 
ya zıb-yaratdıqları hamı tərəfindən bu gün də qəbul edilir, 
bu gün də sevilir. Burada bir hadisəni xatırlatmaq lazım 
gəlir: bir neçə il bundan əvvəl əslən Cənubi Azərbay can-
dan olan bir filoloq (adını unutmuşam) mənə dedi ki, onun 
Təb riz dəki tələbələri (xüsusi kurslarda təhsil alan tələbələr 
nəzərdə tutulur) daha çox başqa müəlliflərin deyil, məhz 
Afad  Qur ba novun  “Ümumi  dilçilik”  kitabından  istifadə 
edir lər. Səbəbini soruş duqda isə bunları dedi: “Afad Qur-
banovun əsərlərinin dili olduqca sadə və aydındır, onun 
əsərlərini oxuyanda tərcümə lüğətlərinə müraciət etməyə 
ehtiyac  qalmır.  Sanki  Afad  müəl lim  əsərlərini  yazarkən 
Təb rizdəki, Ərdəbildəki, ümumən Cə nubi Azərbaycanda-
kı türkləri də nəzərə alıb. O, bizim də qəl bimizdə yaşayır. 
Ru hu şad olsun!” Afad müəllimin dili və üslubu ilə bağlı 


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
74
yu xarıda təqdim etdiklərimiz elmi rəhbərə pərəs tiş dən do-
ğan fikirlər kimi anlaşılmasın deyə burada professor Hə-
sən Quliyevin Afad müəllim barədə söylədiklərini eynilə 
təq dim edirik: “Professor Afad Qurbanov geniş yaradıcılıq 
dairə  sinə malikdir. O, öz xalqına, vətəninə, doğma dilinə 
qı rıl maz  tellərlə  bağlı  ziyalıdır.  Nə  yazırsa  yazsın,  onun 
bü tün əsər lərinin dili sadə və anlaşıqlıdır. O, hamı üçün 
yazır. Ədəbi dili mizi dərindən mənimsəyib, bütün yazı və 
nitqlərində bu dilin normalarına zərgər dəqiqliyi ilə əməl 
edir.  Alimin  yazıları,  istərsə  də  nitqi  oxucuya  tez  çatır. 
Çünki onun əsərlərində kon kret fikir, dəmir məntiq, doğ-
ru və düzgün bir ana xətt vardır. Fikri sağlamdır, yenidir”. 
H.Quliyevin bu fikirləri ilə üst-üstə düşən, onunla səsləşən 
onlarca yazıya rast gəlmək mümkün dür. Afad müəllimin 
ürək dostu və həmkarı Loğman Nəsiblinin söy lədiklərinə 
isə söz ola bilməz: “Professor A.Qurbanov on lar la monoq-
ra fiya, kitab və elmi əsərlərin müəllifidir. Onun əsərlə rin də 
doğulub boya-başa çatdığı Qızıl Şəfəq kəndinin (ümumən 
Bor çalının – Ə.T.) sanki zümrüd təpələrinin, çiçəkli düzlə-
ri nin, şır-şır bulaqlarının, saf havasının ətri duyul maq da-
dır...” Qəri bə dir, yuxarıda qeyd etdiklərim Afad Qurba no -
vun dilinin sadəliyi və zənginliyini müxtəlif bucaqlardan 
təsdiqləyir, amma elə bil ki, yenə də nəsə çatmır. Elə buna 
görə  də  ulu  abidəmiz  “Kitabi-Dədə  Qorqud”a  müraciət 
etməli  oluram:  “At  ayağı  iti,  ozan  dili  çevik  olur”.  Bəli, 
Afad Qurbanovun dili “Dədə Qorqud”dan sü zülüb gəl-
mişdi, ozan dili kimi çevik idi. Yeri gəlmişkən, ozan di-
lini belə səciyyələndirmişəm: “...Təbiəti duymayan, onun 
da ğına, daşına, suyuna bələd olmayan, diş göynədən buz 


Yüklə 24,91 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə