Afad qurbanov maket sayt indd



Yüklə 24,91 Mb.
Pdf görüntüsü
səhifə32/63
tarix14.07.2018
ölçüsü24,91 Mb.
#55504
1   ...   28   29   30   31   32   33   34   35   ...   63

Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
111
–  müəllif  “onomastika”,  “onomalogiya”,  “toponimika”, 
“to  po  ni miya”,  “antroponimika”,  “antroponimiya”  ki -
mi terminlərin məna sı na aydınlıq gətirib, eyni zaman-
da  dilin  “lüğət  fon du”  əvəzinə  dilin  “lüğət  tərkibi”, 
“me  todo lo giya//meto do loji” əsas əvəzinə “fəlsəfi əsas”  
termin lə rinin işlə dil məsini daha məqbul hesab edib;
–  Azərbaycan ədəbi dilinin materialları əsasında funksi-
onal üslubların növləri və adlarını (ədəbi danışıq üs-
lu bu, bə dii üslub, elmi üslub, rəsmi üslub, publisistik 
üs  lub, epistol yar üslub) dəqiqləşdirib;
–  Qafqazdakı dilləri dörd dil ailəsi (Hind-Avropa dil lə-
ri ailəsi, Altay dilləri ailəsi, Sami-Hami dilləri ailəsi, 
Qaf qaz dil lə ri ailəsi) kimi qruplaşdıraraq onların hər 
bi ri nin geniş təhlilini vermişdir;
–  universalilərin  təbiəti,  tərkibi,  universali  növləri,  uni -
ver salinin tipologiyada yeri, fonetik, semantik və qram-
matik universalilər kimi məsələləri təhlil etmişdir...
Bu istiqamətlərin hər birini geniş şəkildə işıqlandıran 
Sa yalı Sadıqova fikirlərini belə tamamlayır: “Elmi məxəz 
və fakt ların zənginliyi, mühakimələrin dürüstlüyü, inan-
dı rı cılığı ilə seçilən bu əsərlər inanırıq ki, dilçilikdə öz həl-
lini tapmayan problemlərin həllində gələcək tədqiqat çıla-
rın stolüstü kitabına çevriləcəkdir”. 
Prof. Mirvari İsmayılova “Azərbaycan dilçilik fən lə -
rinin müəyyənləşdirilib formalaşdırılmasında A.Qur ba no-
vun rolu” adlı məqaləsinin ilk abzasında xalqımızın müd-
rikliyindən,  milli-mənəvi  dəyərlərimizin  zənginliyin dən 
söhbət açır: “Qafqazdan sonsuza qədər şəfəq saçan uca bir 
zirvə “Kitabi-Dədə Qorqud” qalasının, Nizami, Fü zuli dü-
hasının yenilməzliyi bizim keçmişimiz önündə ehtiva edir. 
Görünür, elə bu ulu genlərimizdir ki, bizə milli düşüncələ-


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
112
rimizdə bir oyanış, özü nü dərk, özünütəsdiq me yil lərinin 
güclü  olmasını  diktə  edir.  Bu  mənəvi  dəyərləri  gə ləcək 
nəsillərə çatdırmaq üçün layiqli varis lər yetiş dir mək gənc 
nəslin təlim-tərbiyəsi ilə məşğul olan müəl lim lərin, adətən, 
ideologiyanı istiqamətləndirən dil və ədə biy yatın üzərinə 
daha  çox  düşür”.  Mübaliğəsiz  deyirik  ki,  bu  si tat  hətta 
tam başqa bir mətnin tərkibində verilmiş olsa idi, yenə də 
“onun ümumi semantik yükü birbaşa Afad Qur banova ün-
vanlanıb, onu işarələndirir” deyərdik. Çün ki Azərbaycan 
dil çiliyi,  ümumən  türkologiya  tarixində A.Qurbanov  qə-
dər dilçilik fənlərini müəyyənləşdirib for ma laşdıran ikin-
ci bir dilçi tapmaq çətindir. Geniş eru disiyalı A.Qurbano-
vun bu misilsiz fəaliy yətini ilk dəfə olaraq sistemli şəkildə 
araşdırmış  M.İs mayılova  yazır:  “...Professor A.Qurbanov 
dilçiliyin  bir  çox  sa hə lərinə  si rayət  edərək  elmi-tədqiqat 
işləri  yazmış,  türkolo gi yanın  və  Azərbaycan  dilçiliyinin 
formalaşmasında, inkişafında bö yük xidmətlər göstərmiş-
dir.  Onun  ali  məktəblərdə  tədris  olunan  bir  çox  dilçilik 
fənlərinin  müəyyənləşdirilib  forma laş  masında  müs təsna 
xidmətləri var”.
M.İsmayılova alimin formalaşdırdığı dərsliklərin, de-
mək olar ki, hər birinə münasibət bildirib:
–  “Ümumi  dilçilik”.  “A.Qurbanov  hər  bir  dil  ailəsinə 
uy ğun “Ümumi dilçilik” fənninin tədrisini vacib sa-
yır, öz döv rü üçün cəsarətli addım ataraq fənnin təd-
risi üçün əv vəl cə proqram, son ra da “Ümumi dilçilik” 
fənninin peda qo ji institutlar üçün va  riantını hazırla-
yır. Kitab ümumi dilçilik məsələlərinə dair Azər bay-
can dilində yazılmış ilk dərslik idi”;
–  “Azərbaycan dilçiliyi problemləri” (3 cilddə). “Azər-
bay can dilçilyi problemləri” əsərində bəzi linqvistik və 


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
113
fəlsəfi ter minlərin dəqiqləşdirilməsi, dil və dilçilik ta-
rixi ilə bağlı yeni qu ruluşların verilməsi diqqətəlayiq-
dir. İn di “Azərbaycan dil çi liyi problemləri” ali məktəb-
lərin magistr pilləsində ayrıca fənn kimi tədris olunur”;
–  “Azərbaycan  onomalogiyası”.  “A.Qurbanov  “Azər -
bay   can onomalogiya” məktəbini yaratmış, bu sahədə 
apa  rılan  elm-tədqiqatların  istiqamətlərini  müəy yən-
ləş dirmiş, ono malo gi ya ya aid bir çox dərsliklər, eləcə 
də monoq rafiyaların müəl lifidir”;
–  “Bədii  mətnin  linqvistik  təhlili”.  “A.Qurbanov  bu 
fənnin  respublikamızın  ali  pedaqoji  məktəblərində 
XX əs rin 70-ci illərinin II yarısında daha əsaslı şəkildə 
tədrisi üçün proqram və dərslik hazırlayır”.
Burada  o  da  vurğulana  bilər  ki,  M.İsmayılova  hətta 
mə qa ləsinin son cümlələrində də Afad Qurbanov və dil-
çilik fən lərindən bəhs edir: “Görkəmli dilçi A.Qurbanovun 
ali  mək təb lər  üçün  müəyyənləşdirdiyi  dilçilik  fənləri  sı-
rasına Azərbaycan nitq mədəniyyəti və daha neçəsini artır-
maq olar. Əlbəttə, bütün bu fənlərin hər birinin tədrisinin 
öz  yeri,  əhəmiyyəti  var”.  Sonuncu  cümlənin  assosiativli-
yi mə qalə müəllifi barədə bir ne çə söz deməyi diktə edir: 
M.İsmayılova  ali  məktəbdə  (ADPU-da)  professor  vəzifə-
sində çalışdığı və dilçilik fənlərini tədris etdiyi üçün möv-
zu nun  bütün  tərəflərinə  işıq  sala  bilib;  o,  öz  unudulmaz 
müəllimi  A.Qurbanovun  elmi  yaradıcılığını  təkcə  tür ko-
logiya deyil, həm də ümumi dilçilik müstəvisində də yər-
lən dirib;  onun  məqaləsinin  nəinki  hər  cümləsində,  hətta 
hər  sö zündə  belə Afad  Qurbanova  dərin  hörmət  və  mə-
həb bət mü şahidə olunur...
Qeyd etdiyimiz kimi, dilçilik fənləri ilə bağlı proq ram 
və  dərsliklərin  yaradılmasında  Afad  Qurbanovun  mi sil-


Yüklə 24,91 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə