Afad qurbanov maket sayt indd



Yüklə 24,91 Mb.
Pdf görüntüsü
səhifə14/63
tarix14.07.2018
ölçüsü24,91 Mb.
#55504
1   ...   10   11   12   13   14   15   16   17   ...   63

Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
51
1989-cu ilin avqustunda qar da şım Nazimin oğlu dünyaya 
gəl mişdi, ona ad vermək lazım idi, hərə bir ad dedi: Azad, 
Babək, Qorxmaz, Polad... Anam Ma hilə Əhməd qızı mə na-
sı gözəl olan, Azərbaycan şəxs adları sis te mində inten siv-
liyi ilə seçilən bu adların heç birini bəyən mə di. De dik ki, 
yəqin, şirin-şəkər nəvəsinə öz atasının (Əh məd), ya xud ba-
basının (İsa) adını vermək istəyir. Amma anam özü üçün 
daha  doğma,  daha  əziz  olan  bu  adların  heç  birini  dili nə 
belə  gətirməyərək  təkidlə  dedi:  “Uşağa  Əzizxanın  elmi 
rəh bərinin  –  Afad  müəllimin  adını  qoymaq  lazımdır  ki, 
o da böyüyəndə Afad müəllim kimi məşhur alim, böyük 
adam olsun!” Anamın təklif et diyi ad ailəmizin ürəyincə 
ol du, körpəyə “Afat” adını ver dik (hal-hazırda Afat Bakı 
şəhərində yaşayır, BDU-nun Geologiya fakültəsini bitirib). 
Bu kiçik (əslində, böyük) detal bir daha təsdiq edir ki, ana-
mın öz nəvəsi üçün seçdiyi Afat adı heç də təsadüfi deyil. 
(Afad Qurbanovun böyüklüyü və məş hur luğu həm də bu 
cür hadisələr müstəvisində öyrənilməlidir). Qeyd edək ki, 
bu cür advermə müasir Azərbaycan antropo ni mi kası baxı-
mından da səciyyəvidir. Necə ki, Nizami Gən cəviyə görə 
“Nizami”, Məhəmməd Füzuliyə görə “Fü zuli”, Molla Pə-
nah Vaqifə görə “Vaqif”, Səməd Vurğuna gö rə “Vurğun” 
... ad ları verilir. Müqayisə və qarşılaş dır ma lar bu tip ad-
ların hər birinin müasir şəxs adlarımız sis te mində inten-
siv şəkildə işlən diyini açıq-aydın şəkildə gös tə rir (sonrakı 
səhifələrə bax: bu möv zu, yəni antro po ni mika və antropo-
nimiya  məsələləri  tür ko logiyamızın  ağsaq qa lı  sta tusunu 
qazanmış  Afad  Qur ba novun  yaradıcılığında  xüsusi   yer 
tutur). 
Namizədlik dissertasiyamı müdafiə etməyimdən bir 
ne çə  ay  keçmişdi,  heç  yerdə  işləmirdim,  uşaqlarım  kör-


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
52
pə idi... Bir gün “Azərbaycan dilçiliyi” kafedrasının la bo-
rantlarından biri mənə dedi ki, Afad müəllim səni ax tarır, 
qəbuluna get mə lisən. Bu xəbəri eşidəndə bir anlığa fik rə 
getdim: görəsən, Afad müəllim məni nə üçün çağırt dı rıb? – 
Bəlkə, yeni bir konfrans ke çirməyi planlaşdırır, yaxud yeni 
bir  mövzuda  məqalə  yaz ma ğımı  tövsiyə  edəcək.  Bəlkə, 
işsiz olduğuma görə məni hansısa bir və zifəyə təyin edə-
cəkdir... Bu “bəlkə”ləri düşünə-düşünə rek  torun – ustadı-
mın qəbuluna getdim. O, məni çox sə mimi qar şıladı. Bir az 
hal-əhval tutduqdan sonra dedi: “Əzizxan, sən fi lologiya 
fakültəsi komsomol komitəsinin ka tibi olubsan, bu sa hə-
də müəyyən təcrübən var. Eyni za manda filologiya elmlə-
ri na mi zədisən. Ona görə də istər dim ki, indi də APİ-nin 
komsomol ko mitəsinin katibi  olasan. Bu məsələ ilə bağlı 
yuxarı təşki lat ların məlumatı var, sən təcili olaraq sənədlə-
rini hazır la ma lısan...” Sə nəd lə rimi təlimata uyğun şəkildə 
hazırlayıb  müvafiq  or qanlara  təqdim  etdim.  Bir  müddət 
keçdikdən sonra bu təş kilatların hər biri sənədlərimə müs-
bət rəy verərək həmin və zifəni tutmağımı məqsədəuyğun 
hesab etdi. Amma rektor Afad Qurbanovu istəməyən, ya-
radıcılığına  şübhə  ilə  ya naşan,  ideyalarını  heç  cür  qəbul 
etməyən qüvvələr mənim APİ-nin komsomol komitəsinin 
katibi  vəzifəsinə  seçil mə yimin,  əslində,  təyin  olunmağı-
mın qarşısını çox “ustalıqla” aldılar və mən yenə də işsiz 
qaldım...  APİ-dəki  bəzi  qüvvələrin  Afad  müəllimə  qarşı 
çıxmaları da sə bəbsiz deyildi. Belə ki, “gördüyü böyük və 
savab işlər mü qa bilində o, “Afad Qur banov” dağı ucaltmış, 
heç kəsin ça ta bilmədiyi, hər kəsin həsədlə baxdığı, fəxarət 
duyduğu bir ucalıqda dayanmışdır. Məhz bu səbəbdən də 
ona təkcə hə sədlə baxanlar deyil, eyni zamanda qısqanc-
lıq müna si bətində olanlar da tapıldı. Ancaq Afad müəllim 


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
53
Afad müəllim idi. O, yaxşı bilirdi ki, belələrinə vaxt sərf 
etmək artıqdır” (Mahmud Allahmanov)... 
Afad  müəllim  mənə  qarşı  olan  bu  haqsızlığı  qəbul 
etməsə  də,  təmkinli  və  səbirli  olmağımı  tövsiyə  etdi.  Bir 
müddətdən  sonra  isə  məni  “Azərbaycan  dilçiliyi”  kafed-
ra  sına laborant və zifəsinə təyin etdi. Yeri gəlmişkən, Afad 
müəllim  rektor  və zi fəsində  işləyəndə  həm  də  “Azərbay-
can  dilçiliyi”  kafedrasının  müdiri  idi.  Açığını  deyim  ki, 
o, kafed raya, əsasən, iclas olanda gəlirdi. Çünki onun bir 
rek tor kimi işləri həddindən çox olurdu. Amma kafedranı 
nə za rətsiz də buraxmır və işlərini elə qururdu ki, kafedra-
da heç bir problem yaranmırdı. Həmin vaxt Faiq Şahbazlı 
(filologiya üzrə fəlsəfə doktoru, dosentdir, hazırda Azər-
baycan  Respublikası  Təhsil  İnstitutunun  direktor  mü-
avinidir) və Tofiq Müzəffəroğlu da (o, hazırda BDU-nun 
pro fes sorudur)  kafedrada  laborant  vəzifəsində  çalışırdı. 
Biz  ka fed ra  ilə  rektorluq,  daha  doğrusu,  Afad  müəllim 
ara sında daim əla qə yaradırdıq ki, kafedranın işləri ləngi-
mə sin. Amma bu da vur ğulanmalıdır ki, onun kafedraya 
hər gəlişi, sözün həqiqi mənasında, bir təntənəyə, bayra-
ma  çev rilirdi.  Çünki  Afad  müəl lim  kafedra  iclaslarında 
tədris və elmlə bağlı məsələləri mü za kirə etməklə yanaşı, 
həm də ka fedranın hər bir üzvünü səbirlə din ləyir, onların 
sevinc lərinə  sevinir,  dərdlərinə  şərik  olur,  prob lemlərini 
həll  et mə yə  çalışırdı...  Bizim  laborantlığımız  çox  maraqlı 
və mə nalı keçib ki, bu da birbaşa Afad müəllimlə bağlı idi. 
Yəni Afad müəllim hər üçümüzə bir laborant kimi yox, bir 
müəllim, elmi işçi kimi münasibət bəsləyir, hətta bizi ka-
fed ra nın ən nüfuzlu müəllimlərindən də seçmirdi. Belə bir 
münasibət isə, heç şübhəsiz ki, “Onomastik Mərkəz”ə görə 
idi. Çünki Afad müəllim bizə daha çox bu elmi mərkəzlə 


Yüklə 24,91 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə