Afad qurbanov maket sayt indd



Yüklə 24,91 Mb.
Pdf görüntüsü
səhifə11/63
tarix14.07.2018
ölçüsü24,91 Mb.
#55504
1   ...   7   8   9   10   11   12   13   14   ...   63

Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
42
Nadir müəllimin uzaqgörənliklə söy  lədiyi bu cür proqram 
səciyyəli fikirlərə söykənmiş onlarca is te  dadlı tələbə Afad 
müəllimin  aspirantı  (dok torantı)  oldu,  elmin  çətin  yol la-
rın da məhz onun göstərişləri ilə irəlilədi (həmin tələbələr-
dən biri də bu sətirlərin müəllifidir).
1980-ci  ildə  filologiya  fakültəsi  komsomol  komi tə-
si nin katibi seçildiyim üçün Afad müəllimlə, istər-istə-
məz, tez-tez əla qə saxlamalı olurdum. O, bir dekan kimi 
komsomol təş ki la tının görəcəyi işlərlə bağlı tövsiyələr ve-
rir, ən problemli mə sə lələrin həlli yollarını dəqiqliklə gös-
tərir, bəzən isə sanki özü də əsl komsomolçu statusunda 
çı xış edirdi. Məhz buna görə də rəhbərlik etdiyim kom so-
mol  təşkilatı  “Tələbə  Elmi  Cəmiyyəti”,  “Komsomol  pro-
jek to ru”,  “Tələbə  İnşaat  Dəstəsi”  və  s.  istiqa mət lər  üzrə 
iş  apa rar kən  heç  bir  çətinlik  qarşısında  qalmırdı.  Bü tün 
bun lar  isə  fakültəmizin APİ  (ADPU)  üzrə  həmişə  birinci 
yerdə ol masını tə min edirdi. Burada onu da qeyd etmək 
yerinə  düşür  ki,  Afad  müəllimin  təşkilatçılıq  qabiliyyəti 
BDU-nun profes so ru Yusif Seyidovun da diqqətindən ya-
yın mayıb: “Mən Afad müəllimi filologiya fakültəsinin de-
kanı kimi, APİ-nin rek
 
toru kimi, kafedra müdiri kimi gör-
müşəm. Bütün bu və zifələrdə o, görkəmli təşkilatçı, birinci 
növbədə, elm və təhsil təşkilatçısı olmuş dur.” (Afad Qur-
banov.  Bakı,  2010).  Yusif  Seyidov  haq lı dır.  Burada  təkcə 
onu qeyd edirik ki, hal-hazırda ADPU-da fəa liy yət gös tə-
rən 72 nəfər elmlər doktorundan yarıya qədəri məhz Afad 
Qurbanovun  rektor  olduğu  dövrdə  (1981–1989)  aspi ran-
turaya qəbul olunanlar və ya onun köməyi ilə doktorluq 
dis sertasiyası müdafiə edənlərdir.
1981-85-ci  illərdə  təyinatla  Dəvəçi  (Şabran)  rayo-
nun da müəllim vəzifəsində işləyəndə də Afad müəllimlə 


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
43
əlaqə saxla yır, aspiranturaya (doktoranturaya) qəbul olun-
maq,  təhsilimi  da vam  etdirmək  istədiyimi  bildirirdim. 
Nəha yət, 1985-ci ilin may ayında Afad müəllimin məslə-
hə ti ilə sənədlərimi “Azər bay can dili” ixtisası üzrə APİ-nin 
(ADPU-nun)  aspiranturasına  təqdim  etdim.  Azər bay can 
dili imtahanını auditoriyada yox, rektorluqda – Afad müəl-
limin kabinetində verməli oldum. İm ta han komis si yasının 
4 nəfər üzvü var idi: prof. Afad Qur ba n ov, dos. Azər Hü-
seynov, dos. Əlisa Şükürlü, dos. Qəzənfər Ka zı mov (Əlisa 
Şükürlü və Qəzənfər Kazımov sonralar pro fes sor elmi adı-
nı aldılar). ...Mənə verilmiş suallardan üçünə yaxşı cavab 
verdim, xoş la rına gəldi. Sonuncu sual isə cüm lə təhlili ilə 
bağlı idi, daha dəqiqi, Mehdi Hüseynin əsər lərindən götü-
rülmüş böyük bir cüm ləni sintaktik ba xımdan təhlil etmək 
lazım idi. Həmin cüm lə nin leksik, qram matik və intona-
tiv  mənalarını  müəy yən ləş dirdikdən  sonra  onu  mövcud 
normalara uyğun şəkildə sintaktik baxımdan təhlil etdim. 
Nədənsə,  izahlarım  Əlisa  Şükür lü nü  qa ne  etmədi.  Mən 
müxtəlif arqumentlər gətirsəm də, əlavə şərhlər versəm də, 
Əlisa müəllim razılaşmadı. Bu da mübahisəyə səbəb oldu. 
Afad  müəllim  bir  komissiya  sədri  kimi  üzünü  Qəzənfər 
Kazımova  tutaraq  dedi:  “Qəzənfər,  sən  bu  sahə  üzrə  ta-
nınmış  mütəxəssislərdənsən,  bu  fikirlər dən  hansını  daha 
düzgün hesab etmək olar?” – Qəzənfər müəllim ustalıqla 
cavab verdi: “Afad mü əllim, hər ikisi düz gün deyir, amma 
Əzizxanın dediklərində böyük həqi qət var, həm də daha 
elmidir...”  Qəzənfər  müəllimin  bu  söz  lərinə  açıq  şəkildə 
münasibət bildirməyən Afad müəl lim komissiya üzvləri-
nin  hər  birinin  rəyini  dinlədikdən  sonra  –  “dilçiliyimizə 
Əzizxan kimi gənclər gəlməlidir,” – deyərək məni təbrik 
etdi (burada dosent Azər Hüsey no vun Afad müəllim ba-


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
44
rədə  söylədiyi  bir  fikri  xatırlatmaq  yerinə  düşür:  “Onun 
ən bö yük qabiliyyəti, ən mürəkkəb hadi sə ləri çox sadə və 
cəld həll et məsidir. Bu hamıda olmur. Onu heç vaxt tutqun 
görmək ol maz...”). Bundan sonra təhsilimi aspiranturada 
(doktoranturada) da vam etdirməyə, dilçiliklə sistemli şə-
kildə məşğul olmağa baş ladım (İndi həmin vaxt dan düz 32 
il keçir. Bu, böyük bir za man kəsiyidir...). 
1986-cı  il  noyabrın  28-də Afad  Qurbanovun  təşəb-
bü sü və birbaşa rəhbərliyi ilə “Azərbaycan onomas ti kası 
prob lem lərinə dair” konfrans keçirilirdi. Bu, Azər bay can 
dilçi li yi, eyni zamanda türkologiya tarixində ono mas tika 
problem lə ri nə həsr olunmuş ilk konfrans idi (son ra kı sə-
hifələrə  bax).  Bi zim  bölməyə  –  “Antroponimika”  bölmə-
sinə  professor  Musa  Adilov  rəh bərlik  edirdi.  Aka de mik 
Budaq  Budaqov,  professor  Yusif  Seyidov,  professor  Sa-
mət  Əlizadə,  professor  Bayram  Əhmədov,  T.B.Linko  ki-
mi görkəmli alimlərin məruzələri də məhz bizim böl mə də 
din lənildi. O vaxt mən aspiranturada I kursda oxusam da, 
kon fransda  “Azərbaycan  (türk  mənşəli)  antroponim lə ri-
nin leksik-semantik cəhətdən qruplaşdırılması (XVII–XIX 
əsr ədə bi-bədii materialları əsasında)” adlı məruzə ilə çıxış 
etdim.  Ey ni  zamanda  bölməmizdə  söylənilmiş  məru zə-
lərin hər birinin müzakirəsində də bacardığım qədər fəal 
iştirak etməyə çalış dım. Bu, professor Musa Adilovun diq-
qətindən yayınmamışdı. Be lə ki, Musa müəllim (Ruhu şad 
olsun!) konfransın sonunda bir bölmə sədri kimi hesabat 
verərkən üzünü Afad müəllimə tu taraq bunları dedi: “Afad 
müəllim, bizim bölmədə Sizin as pi rantınız Əzizxan Tan rı-
verdiyev maraqlı bir məruzə ilə çıxış etdi, həm də o, böl-
mə mizdəki digər iştirakçılarla müqayisədə da ha fəal idi. 
Bu isə o deməkdir ki, artıq Sizin rəhbərliyinizlə “Azər bay-


Yüklə 24,91 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə