6
İxtisarların siyahısı:
AB
– antibakterial preparatlar
ACXOX – ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi
AÇF
– angiotenzin çevirən ferment
BA
– bronxial astma
DÜÇ
– durğunluq ürək çatışmazlığı
FEV1
– sürətləndirilmiş nəfəsvermənin birinci saniyədə həcmi
FVC
– ağ ciyərlərin sürətləndirilmiş həyat tutumu
XBT-10 – Xəstəliklərin Beynəlxalq Təsnifatı (10-cu buraxılış)
İQKS
– inhalyasion qlükokortikosteroidlər
KT
– kompüter tomoqrafiyası
NVZS
– nəfəs vermənin zirvə sürəti
QKS
– qlükokortikosteroidlər
TÇ
– tənəffüs çatışmazlığı
TS
– tənəffüsün sayı
SQKS
– sistem qlükokortikosteroidləri
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
7
Protokol ilkin səhiyyə xidmətləri səviyyəsində çalışan terapevtlər,
pulmonoloqlar, ailə həkimləri üçün nəzərdə tutulmuşdur.
Pasiyent qrupu: ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi olan
böyük yaşlı şəxslər.
Protokolun məqsədləri:
►
Müasir diaqnostika və müalicə metodlarını tətbiq etməklə
ACXOX-un diaqnostika və müalicəsinin təkmilləşdirilməsi
►
ACXOX-la xəstələnmə və ölüm hallarının azaldılması
►
ACXOX-lu xəstələrin həyat keyfiyyətinin yaxşılaşdırılması
ÜMUMİ MÜDDƏALAR
Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi (ACXOX):
►
qarşısı alınan və müalicə olunan xroniki iltihabi xəstəlikdir;
►
35 yaşdan yuxarı şəxslərdə yaranır;
►
müxtəlif risk faktorlarının, xüsusilə siqaret çəkmənin, təsiri
nəticəsində əmələ gəlir;
►
əsasən tənəffüs yollarının distal hissələri və ağ ciyər
parenximasının zədələnməsi, emfizemanın yaranması ilə
müşayiət olunur;
►
ağ ciyərdən kənar orqanların zədələnməsi ilə səciyyələnir;
►
hava axını sürətinin tam bərpa edilməyən məhdudlaşması
xarakterikdir;
►
obstruksiyanı törədən iltihabi reaksiya bronxial astmanı törədən
iltihabi reaksiyadan fərqlənir və ağırlıq dərəcəsindən asılı olmur.
Xəstəlik, meylliyi olan şəxslərdə inkişaf edir və öskürək,
bəlğəmin ifrazı və təngnəfəsliyin artması ilə müşayiət olunur,
proqressivləşən xarakter daşıyır, xroniki tənəffüs çatışmazlığı və
xroniki ağ ciyərin formalaşması ilə nəticələnir.
Epidemiologiya:
►
ACXOX simptomlarının yayılması siqaret çəkmə, yaş, peşə, ölkə
və ya regionun ətraf mühitinin vəziyyətindən əhəmiyyətli
dərəcədə, cins və irqdən isə daha az dərəcədə asılıdır.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
8
►
ACXOX ölüm hallarının aparıcı səbəbləri arasında dünya üzrə 6-
cı, inkişaf etmiş Avropa ölkələri üzrə – 5-ci, ABŞ-da 4-cü yer
tutur. Son 20 il ərzində ölüm halları kişilər arasında hər 100 000
əhaliyə 73-dən 82,6-ya, qadınlar arasında hər 100 000 əhaliyə
20,1-dən 56,7-yə qədər artmışdır. Ehtimal olunur ki, dünya üzrə
siqaret çəkmə hallarının artması davam edəcək və nəticədə 2030-
cu ilə ACXOX-dan ölüm hallarının sayı iki dəfə artacaqdır.
Risk faktorları
►
İnhalyasion
təsirlər
Tütün tüstüsü
Peşə tozları (üzvi və qeyri-üzvi)
Pis ventilyasiya olunan yerlərdə isitmə və yemək bişirilməsi
məqsədilə bioorqanik yanacağın istifadəsi nəticəsində
havanın çirklənməsi
Atmosfer havasının çirklənməsi
►
Genetik meyllik
►
Ağ ciyərlərin böyüməsi və inkişaf etməsi ilə bağlı amillər
►
Oksidləşdirici stress (oksidantların təsiri)
►
Cins (kişi)
►
Yaş (35 yaşdan yuxarı)
►
Respirator infeksiyalar
►
Sosial-iqtisadi status
►
Qidalanma
►
Yanaşı gedən xəstəliklər
XBT-10 ÜZRƏ TƏSNİFAT
J 44.0 Ağciyərin xroniki obstruktiv xəstəliyinin aşağı tənəffüs
yollarının kəskin respirator infeksiyası ilə birgə müşahidə
olunması
J 44.1 Ağciyərin xroniki obstruktiv xəstəliyinə dəqiqləşdirilməmiş
kəskinləşmə ilə rast gəlinmə
J 44.8 Ağciyərin digər dəqiqləşdirilmiş xroniki
obstruktiv
xəstəliyi
J 44.9 Ağciyərin dəqiqləşdirilməmiş xroniki obstruktiv xəstəliyi
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
9
AĞIRLIQ DƏRƏCƏSİNƏ GÖRƏ ACXOX-un TƏSNİFATI
ACXOX-un təklif olunan təsnifatında xəstəlik ağırlığına görə 4
mərhələyə bölünür. Mərhələlər spirometriya nəticəsində əldə olunan
FEV1 göstəriciləri ilə müəyyən olunurlar.
Xarici tənəffüs funksiyasının yoxlanması mümkün olmadığı
halda xəstəliyin mərhələsi klinik simptomların təhlili vasitəsilə
müəyyən oluna bilər.
Ağırlıq dərəcəsi Xüsusiyyətləri
I (yüngül)
FEV1\FVC
< 70%
FEV1
≥ 80% (normal göstəricidən)
Bu mərhələdə pasiyent ağ ciyərlərinin funksiyasının
pozulmasını hiss etməyə bilər.
Adətən xroniki öskürək və bəlğəm olur, lakin bu şərt
mütləq deyil.
II (orta ağır)
FEV1\FVC
< 70%
50%
≤ FEV1< 80% (normal göstəricidən)
Bu mərhələdə pasiyentlər onları narahat edən
təngnəfəslik və xəstəliyin kəskinləşməsi səbəbindən
tibbi yardım üçün müraciət edirlər.
Fiziki aktivlik zamanı əmələ gələn təngnəfəsliklə
müşayiət olunan simptomlar güclənir.
III (ağır)
FEV1\FVC
< 70%
30%
≤ FEV1< 50% (normal göstəricidən)
Təngnəfəslik ağırlaşır və kəskinləşmələr tezləşir.
IV (çox ağır)
FEV1\FVC
< 70%
FEV1
< 30% (normal göstəricidən) və ya FEV1
< 50% (normal göstəricidən) xroniki tənəffüs
çatışmazlığı ilə
Bu mərhələdə həyatın keyfiyyəti əhəmiyyətli
dərəcədə pisləşir, kəskinləşmələr isə həyat üçün
təhlükə daşıyır. Xəstəlik əlilliyə gətirib çıxarır.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.