Ağ ciyərlərin xronik obstruktiv xəstəliyi üzrə klinik protokol



Yüklə 286,43 Kb.
Pdf görüntüsü
səhifə2/10
tarix02.06.2018
ölçüsü286,43 Kb.
#47245
1   2   3   4   5   6   7   8   9   10

 

6

İxtisarların siyahısı: 



 

AB  

antibakterial preparatlar 



ACXOX   – ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi 

AÇF 

– angiotenzin çevirən ferment 



BA  

– bronxial astma  



DÜÇ  

– durğunluq ürək çatışmazlığı  



FEV1 

– sürətləndirilmiş nəfəsvermənin birinci saniyədə həcmi 



FVC  

– ağ ciyərlərin sürətləndirilmiş həyat tutumu 



XBT-10   – Xəstəliklərin Beynəlxalq Təsnifatı (10-cu buraxılış) 

İQKS  

– inhalyasion qlükokortikosteroidlər 



KT  

– kompüter tomoqrafiyası 



NVZS  

– nəfəs vermənin zirvə sürəti 



QKS  

– qlükokortikosteroidlər 



  

– tənəffüs çatışmazlığı  



TS  

– tənəffüsün sayı 



SQKS  

– sistem qlükokortikosteroidləri

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 

7

Protokol ilkin səhiyyə xidmətləri səviyyəsində çalışan terapevtlər, 



pulmonoloqlar, ailə həkimləri üçün nəzərdə tutulmuşdur. 

Pasiyent qrupu: ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi olan 

böyük yaşlı şəxslər. 

 

Protokolun məqsədləri: 

 



Müasir diaqnostika və müalicə metodlarını  tətbiq etməklə 

ACXOX-un diaqnostika və müalicəsinin təkmilləşdirilməsi 

 

ACXOX-la xəstələnmə və ölüm hallarının azaldılması 



 

ACXOX-lu xəstələrin həyat keyfiyyətinin yaxşılaşdırılması 



 

ÜMUMİ MÜDDƏALAR 

 

Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi (ACXOX): 

 

qarşısı alınan və müalicə olunan xroniki iltihabi xəstəlikdir



 

35 yaşdan yuxarı şəxslərdə yaranır;  



 

müxtəlif risk faktorlarının, xüsusilə siqaret çəkmənin, təsiri 



nəticəsində əmələ gəlir; 

 



əsasən tənəffüs yollarının distal hissələri və  ağ ciyər 

parenximasının zədələnməsi, emfizemanın yaranması ilə 

müşayiət olunur; 

 



ağ ciyərdən kənar orqanların zədələnməsi ilə  səciyyələnir; 

 



hava axını sürətinin tam bərpa edilməyən məhdudlaşması 

xarakterikdir; 

 

obstruksiyanı törədən iltihabi reaksiya bronxial astmanı törədən 



iltihabi reaksiyadan fərqlənir və ağırlıq dərəcəsindən asılı olmur. 

 

Xəstəlik, meylliyi olan şəxslərdə inkişaf edir və öskürək



bəlğəmin ifrazı  və  təngnəfəsliyin artması ilə müşayiət olunur, 

proqressivləşən xarakter daşıyır, xroniki tənəffüs çatışmazlığı  və 

xroniki ağ ciyərin formalaşması ilə nəticələnir. 

 

Epidemiologiya: 

 

ACXOX simptomlarının yayılması siqaret çəkmə, yaş, peşə, ölkə 



və ya regionun ətraf mühitinin vəziyyətindən  əhəmiyyətli 

dərəcədə, cins və irqdən isə daha az dərəcədə asılıdır. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 

8



 

ACXOX ölüm hallarının aparıcı səbəbləri arasında dünya üzrə 6-

cı, inkişaf etmiş Avropa ölkələri üzrə – 5-ci, ABŞ-da 4-cü yer 

tutur. Son 20 il ərzində ölüm halları kişilər arasında hər 100 000 

əhaliyə 73-dən 82,6-ya, qadınlar arasında hər 100 000 əhaliyə 

20,1-dən 56,7-yə qədər artmışdır. Ehtimal olunur ki,  dünya üzrə 

siqaret çəkmə  hallarının artması davam edəcək və nəticədə 2030-

cu ilə ACXOX-dan ölüm hallarının sayı iki dəfə artacaqdır.  

 

Risk faktorları 

 



İnhalyasion təsirlər  

 

Tütün tüstüsü  



 

Peşə tozları (üzvi və qeyri-üzvi) 

 

Pis ventilyasiya olunan yerlərdə isitmə  və yemək bişirilməsi 



məqsədilə bioorqanik yanacağın istifadəsi nəticəsində 

havanın çirklənməsi 

 

Atmosfer havasının çirklənməsi 



 

Genetik meyllik 



 

Ağ ciyərlərin böyüməsi və inkişaf etməsi ilə bağlı amillər 



 

Oksidləşdirici stress (oksidantların təsiri) 



 

Cins (kişi) 



 

Yaş (35 yaşdan yuxarı) 



 

Respirator infeksiyalar 



 

Sosial-iqtisadi status 



 

Qidalanma  



 

Yanaşı gedən xəstəliklər 



 

XBT-10  ÜZRƏ TƏSNİFAT 

 

J 44.0   Ağciyərin xroniki obstruktiv xəstəliyinin aşağı  tənəffüs 

yollarının kəskin respirator infeksiyası ilə birgə müşahidə 

olunması 



J 44.1  Ağciyərin xroniki obstruktiv xəstəliyinə dəqiqləşdirilməmiş 

kəskinləşmə ilə rast gəlinmə 



J 44.8   Ağciyərin  digər dəqiqləşdirilmiş xroniki obstruktiv 

xəstəliyi 



J 44.9   Ağciyərin dəqiqləşdirilməmiş xroniki obstruktiv xəstəliyi  

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

9

AĞIRLIQ DƏRƏCƏSİNƏ GÖRƏ ACXOX-un TƏSNİFATI 

 

ACXOX-un təklif olunan təsnifatında xəstəlik ağırlığına görə 4 



mərhələyə bölünür. Mərhələlər spirometriya nəticəsində əldə olunan 

FEV1 göstəriciləri ilə müəyyən olunurlar.  

Xarici tənəffüs funksiyasının yoxlanması mümkün olmadığı 

halda xəstəliyin mərhələsi klinik simptomların təhlili vasitəsilə 

müəyyən oluna bilər.  

 

Ağırlıq dərəcəsi Xüsusiyyətləri 



I (yüngül) 

FEV1\FVC 



< 70% 

FEV1


≥ 80%  (normal göstəricidən) 

Bu mərhələdə pasiyent ağ ciyərlərinin funksiyasının 

pozulmasını hiss etməyə bilər.  

Adətən xroniki öskürək və bəlğəm olur, lakin bu şərt 

mütləq deyil.

 

II (orta ağır) 

FEV1\FVC 

< 70% 

50% 


≤ FEV1< 80% (normal göstəricidən) 

Bu mərhələdə pasiyentlər onları narahat edən 

təngnəfəslik və  xəstəliyin kəskinləşməsi səbəbindən 

tibbi yardım üçün müraciət edirlər.  

Fiziki aktivlik zamanı  əmələ  gələn təngnəfəsliklə 

müşayiət olunan simptomlar güclənir.

  

III (ağır) 

FEV1\FVC 



< 70% 

30% 


≤ FEV1< 50% (normal göstəricidən) 

Təngnəfəslik ağırlaşır və kəskinləşmələr tezləşir. 

IV (çox ağır) 

FEV1\FVC 



< 70% 

FEV1 


< 30% (normal göstəricidən) və ya FEV1 

< 50% (normal göstəricidən) xroniki tənəffüs 

çatışmazlığı ilə  



Bu mərhələdə  həyatın keyfiyyəti  əhəmiyyətli 

dərəcədə pisləşir, kəskinləşmələr isə  həyat üçün 

təhlükə daşıyır. Xəstəlik əlilliyə gətirib çıxarır.

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


Yüklə 286,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə