Ağ ciyərlərin xronik obstruktiv xəstəliyi üzrə klinik protokol



Yüklə 286,43 Kb.
Pdf görüntüsü
səhifə3/10
tarix02.06.2018
ölçüsü286,43 Kb.
#47245
1   2   3   4   5   6   7   8   9   10

 

10

Xəstəliyin gedişində iki dövr ayırd edilir: stabil və kəskinləşmə



 

Stabil dövr zamanı  xəstəliyin    inkişaf etməsi yalnız xəstənin 

uzunmüddətli dinamik müşahidəsindən sonra aşkar olunur, 

 

simptomların intensivliyi isə bir neçə  həftə  və  hətta bir neçə ay 



ərzində dəyişilmir. 

 

Kəskinləşmə dövrü 24 saatdan az davam etməyən, simptomların 

və funksional pozulmaların güclənməsi ilə müşayiət olunan 

vəziyyətin pisləşməsi ilə  səciyyələnir.  Kəskinləşmələr tədricən 

inkişaf edə bilər və ya xəstənin vəziyyəti sürətlə dəyişib, tənəffüs və 

sağ mədəcik çatışmazlığı ilə nəticələnə bilər. 

 

DİAQNOZUN FORMALAŞDIRILMASI 



Nozologiya: ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi 

Ağırlıq dərəcəsi (xəstəliyin mərhələsi): 

 

Yüngül dərəcəli   (I mərhələ) 



 

Orta ağır dərəcəli  (II mərhələ) 

 

Ağır dərəcəli  



(III mərhələ) 

 

Çox ağır dərəcəli   (IV mərhələ) 



Klinik forma  (xəstəliyin ağır dərəcəli formasında): bronxitik, 

emfizematoz 



Faza: kəskinləşmə, stabil  

İki tip gedişi qeyd etmək lazımdır: tez-tez baş verən 

kəskinləşmələrlə (ildə 3 və daha çox) və az baş verən 

kəskinləşmələrlə 



Fəsadlar:  xroniki tənəffüs çatışmazlığı,  xroniki tənəffüs 

çatışmazlığı fonunda kəskin tənəffüs çatışmazlığı, pnevmotoraks, 

pnevmoniya, tromboemboliya, bronxoektazların mövcudluğu zamanı 

onların lokalizasiyasını göstərmək, ağ ciyər arteriyasının 

hipertenziyası, ağ ciyər ürəyi, qan-damar çatışmazlığının dərəcəsi. 

Bronxial astma ilə birgə gedişi zamanı onun diaqnozunu 

açıqlamaq. 

Siqaret çəkən pasiyentin siqaret çəkmə indeksini göstərmək 

(siqaret/il).   

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

11

Diaqnoz nümunələri: 

ACXOX, orta ağır gedişli, remissiya fazası, TÇ ΙΙ, xroniki ağ 

ciyər ürəyi, qan-damar çatışmazlığının dərəcəsi 

ACXOX, orta ağır gedişli, kəskinləşmə fazası, TÇ ΙΙ, ağ ciyərin 

aşağı payının ocaqlı pnevmosklerozu. 

ACXOX, orta ağır gedişli, kəskinləşmə fazası. Bronxial astma, 

orta ağır dərəcə, ağır dərəcəli kəskinləşmə (BA protokolu ilə 

uyğunluq),  TÇ ΙΙ, diffuz pnevmoskleroz, xroniki ağ ciyər ürəyi. 

 

DİAQNOSTİKA 



 

Əlamətlər 

Anamnezində risk faktorlarının və/və ya aşağıda göstərilən 

əlamətlərdən hər hansı birinin olmasından şikayətlənən 40 yaşından 

yuxarı  şəxslərdə ACXOX diaqnozu nəzərdən keçirilməli və 

spirometriya aparılmalıdır. Bu əlamətlər diaqnostik əhəmiyyət 

daşımır, lakin onlardan bir neçəsinin olması ACXOX diaqnozunun 

ehtimalını artırır.  

 



Təngnəfəslik 

 



Xroniki öskürək 

 



Bəlğəmin xroniki ifraz olunması 

 



Anamnezdə risk faktorlarının olması 

 

Təngnəfəslik  –  ACXOX-un  ən  əsas  əlaməti olub, əksər 

pasiyentlərin yardım almaq məqsədilə tibb müəssisinə müraciət 

etmələrinin və əlilliyin əsas səbəbidir. 

 

Təngnəfəslik proqressivləşən xarakter daşıyır 



 

Adətən fiziki gərginlik zamanı artır  



 

Persistəedici xarakter daşıyır (hər gün müşahidə olunur) 



 

Pasiyent tərəfindən “hava çatışmazlığı”, “boğulma”, “tənəffüs 



hərəkətlərinin çətinləşməsi” kimi təsvir olunur 

 

Təngnəfəsliyin xəstəliyin vəziyyətinə  təsirini Britaniyanın Tibbi 

Tədqiqatlar 

Şurasının (MRC) sorğu vəsaiti vasitəsilə 

qiymətləndirmək olar (Əlavə 1). 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

12

Xroniki öskürək  –  əksər hallarda ACXOX-un ilk simptomu 

olub, siqaret çəkmə  və  ətraf mühit faktorlarının nəticəsi kimi 

qiymətləndirildiyindən, pasiyentlər tərəfindən kifayət qədər ciddi 

qəbul olunmur.  

 



Epizodik yarana bilər və produktiv olmaya bilər 

 



Əvvəllər növbələşən xarakter daşıyır, sonralar hər gün müşahidə 

olunur 


 

Bəzi hallarda hava axınının əhəmiyyətli dərəcədə məhdudlaşması  



öskürək müşahidə olunmadan baş verir  

 

Bəlğəm ifrazı 

 

ACXOX-lu xəstələr adətən az miqdarda qatı bəlğəm ifraz edirlər 



 

İki ardıcıl il ərzində 3 ay müddətində  bəlğəmin müntəzəm ifraz 



olunması (digər səbəblər yoxdursa) xroniki bronxitin 

epidemioloji təyini hesab olunur.  

 

Çox miqdarda bəlğəmin ifrazı bronxoektazların olmasından 



xəbər verir. Bəlğəmin irinli olması iltihab mediatorlarının əmələ 

gəlməsini  əks etdirir və  xəstəliyin kəskinləşməsinin  əlaməti ola 

bilər. 

 

Nəfəsin fışıltılı olması  və sinədə  sıxılma hissinin olması – 



ACXOX üçün simptomatik deyil, gündən-günə  və gün ərzində 

dəyişilə bilər.  

 

Bu əlamətlər BA və ACXOX-un 3-cü  (ağır) və 4-cü (çox ağır ) 



mərhələsi üçün səciyyəvidir. 

 



Sinədə  sıxılma hissi əksər hallarda fiziki gərginlik zamanı baş 

verir, onun lokalizasiyasını müəyyən etmək çətin olur, daha çox 

əzələ hissinə oxşayır. 

 



Xırıltıların və sinədə  sıxılma hissinin olmaması ACXOX 

diaqnozunu istisna etmir, eyni zamanda onların mövcudluğu BA 

diaqnozunu təsdiqləmir. 

 

Ağır gedişli ACXOX zamanı rast gələn simptomlar: 

 

Çəkinin azalması  və anoreksiya proqnostik xarakter daşıyır və 



həmçinin digər xəstəliyin əlaməti ola bilər (vərəm, ağ ciyərlərin 

şişləri) 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




Yüklə 286,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə