Ağ ciyərlərin xronik obstruktiv xəstəliyi üzrə klinik protokol



Yüklə 286,43 Kb.
Pdf görüntüsü
səhifə6/10
tarix02.06.2018
ölçüsü286,43 Kb.
#47245
1   2   3   4   5   6   7   8   9   10

 

19

MÜALİCƏ 



Müalicənin məqsədləri: 

 



Xəstəliyin inkişaf etməsinin qarşısının alınması; 

 



Simptomların yüngülləşdirilməsi

 



Fiziki gərginliyə qarşı tolerantlığın artması; 

 



Həyat keyfiyyətinin artması; 

 



Fəsadların qarşısının alınması və müalicəsi; 

 



Ölüm hallarının azaldılması 

 

ACXOX-lu xəstələrin effektiv müalicə planına aşağıdakılar 



daxil olur: 

1.

 



Xəstəliyin gedişinin qiymətləndirilməsi və ona nəzarət olunması; 

2.

 



Risk faktorlarının təsirinin azaldılması; 

3.

 



Stabil ACXOX-un müalicəsi; 

4.

 



Kəskinləşmələrin müalicəsi 

 

1. XƏSTƏLİYİN GEDİŞİNİN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ 

ONA NƏZARƏT OLUNMASI 

 

Xəstəliyin gedişinin qiymətləndirilməsi və ona nəzarət edilməsi 



müalicənin məqsədlərinə nail olunub-olunmadığını göstərir və 

aşağıdakılardan ibarət olur: 

1) Tütün tüstüsü daxil olmaqla, risk faktorlarının təsirinin 

qiymətləndirilməsi; 

2) Xəstəliyin inkişaf etməsinin və  fəsadların baş verməsinin 

qiymətləndirməsi;   

3) Farmakoterapiya və digər müalicə metodlarının monitorinqi; 

4) Keçirilən kəskinləşmələrin qiymətləndirilməsi;  

5) Yanaşı xəstəliklərin qiymətləndirilməsi  

 

2. RİSK FAKTORLARININ TƏSİRİNİN AZALDILMASI 



 

a. SİQARET ÇƏKMƏ 

Tütündən asılılıq xroniki xəstəlik kimi qəbul edilir 

 



İnsanların  əksəriyyətində tütün asılılığı opiat və kokain asılılığı 

ilə müqayisə olunan əsil narkotik asılılığa gətirib çıxarır.  

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 

20



 

Tütün asılılığı demək olar ki, bütün hallarda xroniki pozulma 

olub, bütün asılılıq patologiyaları kimi, uzun müddətli tibbi 

müdaxilə tələb edir. 

 

Klinik tütün asılılığı  şəkərli  diabet, arterial hipertenziya və 



hiperlipidemiya kimi xəstəliklərlə müqayisə olunan bir haldır və 

belə pasiyentlərin məsləhətə, dəstəklənməyə  və müvafiq 

 

farmakoterapiyaya ehtiyacı vardır.  



 

Residivlər tez-tez baş verir. Bu hal tütün asılılığının xüsusiyyəti 



ilə əlaqədardır və həkim və ya pasiyentin uğursuzluğu ilə əlaqəli 

deyil. 


 

Siqaret çəkmənin dayandırılması ACXOX-un müalicəsində 

ilk və mütləq addımdır. 

 



Siqaret çəkmənin dayandırılması ACXOX-un profilaktikası  və 

xəstəliyin inkişafının qarşısının alınması üçün klinik və iqtisadi 

cəhətdən ən effektiv yol hesab olunur (A)  

 



Tütün asılılığı haqqında qısa  şəkildə  məlumatın verilməsi 

təsirlidir və siqaret çəkən hər bir şəxsə tibb müəssisəsinə  hər 

gəlişində bu haqda təbliğat aparılmalıdır (A).   

 



Tütün asılılığının effektiv farmakoterapiya metodları mövcuddur 

(A)  və  məsləhət vermə zamanı,  əgər ehtiyac olarsa və  əks-

göstəriş yoxdursa, onlardan ən azı biri təyin olunmalıdır (A).  



 

b. PEŞƏ FAKTORLARI 

 



Peşə faktorlarının təsiri nəticəsində  əmələ  gəlmiş bir çox 

respirator xəstəliklərin inkişaf etməsini,  inhalyasiya olunan 

hissəciklərin və ya qazların törətdiyi zərərin qarşısının alınmasına 

yönəldilmiş  tədbirlər vasitəsilə azaltmaq və ya nəzarət altında 

saxlamaq olar (B).  

 

c. HAVANIN ÇİRKLƏNMƏSİ  

(EVLƏRDƏ VƏ ƏTRAF MÜHİTDƏ) 

Havanın çirklənmə riskinin azaldılması üçün həm cəmiyyət, həm 

də ayrı-ayrı  fərdlər tərəfindən qoruyucu tədbirlərin aparılması 

vacibdir. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 

21

3. STABİL ACXOX-UN MÜALİCƏSİ 

 

Xəstəliyin gedişinin ağırlığından asılı olaraq pilləli müalicədən 



istifadə olunur.  

Hal-hazırda mövcud olan dərman preparatlarından heç biri 

ACXOX zamanı  ağ ciyər funksiyasının uzunmüddətli azalmasına 

təsir edə bilmir (A).  



 

Farmakoloji müalicə  

Farmakoloji müalicə simptomların profilaktikası  və  nəzarət 

altında saxlanması, ağ ciyərlərin funksiyasının yaxşılaşdırılması, 

kəskinləşmələrin tezliyinin və  ağırlığının azaldılması, ümumi 

vəziyyətin yaxşılaşması  və fiziki aktivliyə tolerantlığın artması 

məqsədilə aparılır.  



 

Bronxolitiklər   

ACXOX-un simptomatik müalicəsində mərkəzi rol oynayırlar (А)

 

FEV1 göstəricisi  əhəmiyyətli dərəcədə  dəyişməsə  də, 



bronxolitiklərin bütün növləri xəstələrin fiziki imkanlarını artırır 

(A). Bronxolitiklərdən müntəzəm qaydada xəstəliyin 

əlamətlərinin qarşısının alınması və azaldılması üçün, həmçinin, 

ehtiyac olduqda ağırlaşmış simptomların müalicəsi məqsədilə 

istifadə oluna bilər. 

 

Tablet formasında preparatların təyini zamanı, inhalyasiya 



preparatları ilə müqayisədə,  təsir daha gec başlayır və yanaşı 

təsirlər  daha çox olur (A)

 

İnhalyasiya preparatları nisbətən daha tez təsir edir, lakin bu təsir 



BA xəstəliyi zamanı göstərilən təsirdən bir qədər gec olur. Qısa 

müddətli  β

2

-aqonistlərin bronxolitik təsiri adətən 4-6 saat 



müddətində davam edir (A). Salmeterol və formoterol kimi uzun 

müddətli təsirə malik β

2

-aqonistlər, 12 saat və daha çox müddət 



təsir edərək gecə saatları  ərzində  və ya ACXOX-lu xəstələrdə 

müntəzəm qəbul zamanı effektivliklərini itirmirlər. Qısa müddətli 

M-xolinolitiklər  qısa müddətli β

2

-aqonistlərlə müqayisədə  daha 



uzun müddət bronxolitik təsirə malikdirlər  (A). Uzun müddətli 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



Yüklə 286,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə