Ağ ciyərlərin xronik obstruktiv xəstəliyi üzrə klinik protokol


ACXOX-un kəskinləşməsinin ambulator şəraitdə



Yüklə 286,43 Kb.
Pdf görüntüsü
səhifə10/10
tarix02.06.2018
ölçüsü286,43 Kb.
#47245
1   2   3   4   5   6   7   8   9   10

ACXOX-un kəskinləşməsinin ambulator şəraitdə 

MÜALİCƏSİNİN ALQORİTMİ 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bronxolitik terapiyanı 

başlamaq və ya 

gücləndirmək. 

Antibiotiklərdən istifadəni 

nəzərdən keçirmək. 

Bir neçə saatdan sonra 

vəziyyətin təkrar 

qiymətləndirilməsi 

Kəskinləşmənin 

dayanması, klinik 

simptomların və 

əlamətlərin 

Müalicəni davam 

etdirmək.  

Mümkün olan kimi 

müalicəni azaltmaq.

Uzunmüddətli müalicə 

planına yenidən 

Sistem (tablet 

formasında) 

glükokortikosteroid-

lərinin əlavə olunması

Kəskinləşmə davam 

edir, yaxşılaşma 

Klinik əlamət və 

simptomların 

Bir neçə saatdan sonra 

vəziyyətin təkrar 

qiymətləndirilməsi

Hospitalizasiya

Bronxolitik terapiya  

Ambulator şəraitdə ACXOX-un müalicəsinə bronxolitik terapiya 

preparatları dozasının və / və ya qəbul tezliyinin artırılması daxildir 

(tələbata görə qısa müddətli təsirə malik bronxolitiklər əlavə olunur) (A)

Əgər o vaxta qədər müalicədə antixolinergik preparatlardan istifadə 

olunmamışdırsa, onları  xəstənin vəziyyəti yaxşılaşana kimi müalicə 

planına əlavə etmək tövsiyə olunur.  

 

31



Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 

32

Müvafiq nebulayzer olduğu təqdirdə, ağır hallarda bir neçə gün 



ərzində ehtiyac yarandığı zaman nebulayzer terapiyası  təyin oluna 

bilər. Lakin kəskin tutmanın qarşısı alınandan sonra nebulayzerdən 

istifadə tövsiyə olunmur. 

 

Qlükokortikosteroidlər 

ACXOX-un kəskinləşməsində sistem qlükokortikosteroidləri 

(SQKS) müvəffəqiyyətlə istifadə olunur (yüngül kəskinləşmələr 

əlavə olmaqla). Onlar remissiyanın başlanma vaxtını tezləşdirir və ağ 

ciyər funksiyasının daha tez bərpa olunmasına yardım edir (A)

Qlükokortikosteroidlərdən  istifadəni FEV1 göstəricisinin lazımi 

səviyyənin 50%-indən aşağı olması halında nəzərdən keçirmək 

lazımdır. Prednizolonu sutkalıq 40 mq dozada 10 gün ərzində təyin 

etmək tövsiyə olunur (D).  



 

Antibiotiklər  

Antibiotiklər təngnəfəsliyi artmış  xəstədə ifraz olunan bəlğəm 

həcminin və irinliliyinin artması  və /və ya hərarətin yüksəlməsi 

zamanı təyin olunmalıdır (В). Preparatın seçimi mikroorqanizmlərin 

həssaslığından asılı olaraq aparılmalıdır (ilk növbədə S. pneumoniae, 

H. influenzae и M. сatarrhalis. ) 

 

Cədvəl 5. Antibiotiklərlə müalicəyə ehtiyacı olan pasiyentlərin 



qruplara bölünməsi və hər qrup üzrə potensial törədici 

 

Qrup 

Təyini 

Törədici 

A qrupu 

Yüngül kəskinləşmə: 

xoşagəlməz nəticə riski 

ilə bağlı faktorlar 

yoxdur 

H. influenzae 



S. pneumoniae 

M. catarrhallis 

Viruslar 

B qrupu 

Xoşagəlməz nəticə riski 

ilə bağlı faktorların 

olduğu mötədil 

kəskinləşmə  

A qrupu və rezistent mikroorqanizmlər 

(

β-laktamaz ifraz edən, penisillinə 



rezistent olan S.pneumoniae), 

enterobakteriayalar (K.pneumoniae, 

E.coli, Proteus, Enterobacter və s.)  

C qrupu 

P.aeruginoza infeksiya-

sının risk faktoru ilə 

ağır kəskinləşmə 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

33

Kəskinləşməsi olan xəstələrdə xoşagəlməz nəticənin  əmələ 



gəlməsinin risk faktorları: yanaşı gedən xəstəliklərin olması, 

kəskinləşmələrin tez-tez baş verməsi (3 dəfədən çox), son 3 ayda 

antibakterial preparatlardan istifadə. 

 

Cədvəl 6. ACXOX-un kəskinləşməsi dövründə  

antibiotiklərlə müalicə 

 

Qrup 

Peroral  

terapiya 

(empirik

Alternativ 

peroral terapiya

(empirik) 

Vena daxili 

(empirik

Qrup А 

Bir əsas simptomu 

olan xəstəyə AB təyin 

olunm r 

u 

Göstəriş olduqda: 

β-laktamlar 

(penisillin, 

ampisillin/ 

amoksisillin) 

 

Tertrasiklin 



 

Trimetoprim/ 

sulfometoksazol 

β-laktam/β-laktamaz 

inhibitorları 

(amoksisillin/klavulan 

turşus ) 

Makrolidlər 



(azitromisin, 

klaritromisin, 

roksitrom in) 

is

 



2-ci və 3-cü nəsil 

sefalospo inlər 

Ketolidlər 



(telitromisin*) 

 

 



Qrup B 

 

β-laktam/β-laktamaz 



inhibitorları 

(amoksisillin/klavula

n turşusu) 

 

Ftorxinolonlar 



(hemifloksasin, 

levofloksasin, 

moksifloksasin) 

β-laktam/β-laktamaz  

inhibitorları 

(amoksisillin/klavulan 

turşusu, ampisillin,    

sulbaktam) 

 

2-ci, 3-cü sıra      



sefalosporinlər 

 

Ftorxinolonlar       



(levofloksasin, 

moksifloksasin) 



Qrup C 

Pseudomonas 

infeksiyası riski olan 

pasiyentlərə: 

Ftorxinolonlar 

(siprofloksasin, 

levofloksasin – 

yüksək dozada 

 

Ftorxinolonlar 



siprofloksasin, 

levofloksasin yüksək 

dozada və ya 

P. Aeruginosa-ya təsir 

edən β-laktam 

*Klinik protokolun tərtib edildiyi dövrdə Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməmiş 

dərman vasitəsi. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 

34

KƏSKİNLƏŞMƏ ZAMANI HOSPİTALİZASİYAYA 



GÖSTƏRİŞLƏR 

 



Simptomların intensivliyinin artması (məs. sakitlik zamanı 

təngnəfəsliyin qəfildən əmələ gəlməsi) 

 

ACXOX-un ağır formaları 



 

Yeni klinik əlamətlərin meydana çıxması (məs. sianoz, periferik 



ödemlər) 

 



İlkin dərman preparatları ilə  kəskinləşmənin aradan qaldırıla 

bilməməsi 

 

Ciddi yanaşı xəstəliklərin olması 



 

Kəskinləşmələrin tez-tez baş verməsi 



 

İlk dəfə aritmiyaların baş verməsi  



 

Qeyri-müəyyən diaqnoz 



 

Yaşlı xəstələr 



 

Ambulator şəraitin məhdud olması  



 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

35

PASİYENT ÜÇÜN MƏLUMAT 



ACXOX nədir? 

Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi – tənəffüsün 

çətinləşməsi və təngnəfəsliklə müşayiət olunan ağ ciyər xəstəliyidir. 

ACXOX-un açıqlanması aşağıdakı kimidir: 

 

Ağ Ciyərlərin – yəni, proses ağ ciyərlərdə baş verir 



 

Xroniki – yəni proses uzun müddətli və tam sağalmayandır 



 

Obstruktiv – hava keçiriciliyinin qismən pozulması 



 

Xəstəliyi – funksiyaların pozulması deməkdir 



 

ACXOX-un səbəbləri nədir? 

ACXOX bir sıra səbəblər üzündən baş verə bilər, lakin siqaret 

çəkmə bu səbəblərin arasında ən tez-tez rast gəlinənidir. ACXOX-un 

yaranmasına, həmçinin  ətraf mühit faktorları  səbəb ola bilər. 

Məsələn, iş yerində müəyyən tozların, kimyəvi maddələrin təsirinə 

məruz qalma, havanın çirklənməsi xəstəliyin yaranmasında rol 

oynaya bilər.  

Bu xəstəlik bütün siqaret çəkən  şəxslərdə yaranmır və eyni 

zamanda elə hallar olur ki, xəstəlik siqaret çəkməyən insanlarda da 

baş verir. Bu vəziyyətlərin səbəbləri hələ də aydınlaşdırılmamışdır.  

İrsi faktorun da ACXOX-un yaranmasında müəyyən rolu vardır. 

 

Hansı əlamətlər olduqda bu xəstəlikdən şübhələnmək lazımdır? 

Təngnəfəslik, öskürək və/və ya uzun müddətli bəlğəm ifrazı  

ACXOX-un  əlamətləri ola bilər. Bu əlamətlər olduqda mütləq 

həkimə müraciət etməli və  spirometriya  adlanan tənəffüs testi 

aparılmalıdır. Bu test vasitəsilə  tənəffüs yollarının keçiriciliyi 

yoxlanılır. 

 

ACXOX necə müalicə olunur? 

Siqaret çəkən  şəxslərdə müalicənin birinci və  ən vacib addımı 

siqaret çəkməyin dayandırılmasıdır. Dərman preparatları adətən 

bronxların genişlənməsi (bronxodilatatorlar qrupu), tənəffüs 

yollarının  şişkinliyinin azaldılması (steroidlər kimi iltihab əleyhinə 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 

36

preparatlar) və / və ya infeksiyaların müalicəsi (antibiotiklər) üçün 



istifadə olunur. 

ACXOX zamanı qanda oksigenin səviyyəsi aşağı düşür. Belə 

olduqda, əlavə olaraq oksigenlə terapiya təyin olunacaqdır.   

Xəstəliyi nəzarət altında saxlamaq üçün dərmanları mütəmadi 

olaraq hər gün qəbul etmək lazımdır, bu, adətən ömür boyu davam 

edir. 


Bəzi hallarda ağ ciyərlər üzərində  cərrahi  əməliyyat da aparıla 

bilər.  


Ağ ciyərlərin reabilitasiyası proqramları da həyata keçirilə bilər. 

Bu proqramlar vasitəsilə  tənəffüs çətinləşməsi olan bütün şəxslərin 

maarifləndirilməsi aparılır və onlar mütəxəssis nəzarəti altında fiziki 

hərəkətlər yerinə yetirirlər. 

 

ACXOX tam müalicə olunurmu? 

“Xroniki” sözünün mənası prosesin ömür boyu davam etməsini 

göstərir.  Əlamətlərin vaxtaşırı yaxşılaşmasına baxmayaraq, ağ 

ciyərlərdə proses davam edir.  Siqaret çəkməyin dayandırılması, 

dərmanların mütəmadi qəbul olunması  və reabilitasiya proqramları 

simptomların yüngülləşməsinə qulluq edir. Baxmayaraq ki

təngnəfəslik və yorğunluq hissi tamamilə keçib getmir, pasiyentlər 

vəziyyətlərini nəzarət altında saxlaya və  məhsuldar həyat yaşaya 

bilirlər. 

     


Tibb işçisi xəstədə ACXOX-un olub-olmadığını necə təyin edir? 

Həkim  əlamətləri və testlərin nəticələrini nəzərdən keçirib ACXOX 

diaqnozunu qoyur. Xəstədə ACXOX diaqnozunu təsdiqləmək üçün 

spirometriya ən vacib testdir.  

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 

37

ƏLAVƏ №1 



 

Təngnəfəsliyin qiymətləndirilməsi şkalası 

 

Britaniyanın Tibbi Tədqiqatlar Şurasının (MRC) sorğu vəsaiti 



 

Dərəcə 

Ağırlıq 

Fiziki aktivliyin növündən 

asılı olaraq təngnəfəsliyin 

səviyyəsi 

Təngnəfəslik yoxdur 

Təngnəfəslik yalnız gərgin fiziki 

aktivlik zamanı əmələ gəlir 



Yüngül 


Təngnəfəslik tələsik hərəkətlər 

və çox hündür  olmayan 

yüksəkliklərə qalxma zamanı 

müşahidə olunur 



Orta ağır 

Təngnəfəslik səbəbindən üfüqi  

səthlərdə həmyaşıdlarına 

nisbətən daha yavaş yeriməli 

olur və ya normal sürətlə 

gedirsə, nəfəs almaq üçün 

müvəqqəti dayanmalı olur 



Ağır 


100 m yeridikdən  və ya üfüqi  

səthlə bir neçə dəqiqə getdikdən 

sonra nəfəs almaq üçün dayanır 

Çox ağır 

Təngnəfəslik şiddətli 

olduğundan  evini tərk edə 

bilmir, təngnəfəslik paltar 

geyinəndə və soyunanda da olur 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

38

ƏLAVƏ №2 

 

Fiziki yükləmə testi 

 

Aşağıdakı hallarda aparılır:  



 

təngnəfəsliyin ağırlığı  aşağı düşmüş FEV1 göstəricisi ilə uyğun 



deyil 

 



aparılan müalicənin effektivliyini qiymətləndirmək üçün 

 



xəstələrin reabilitasiya proqramlarına seçilməsi məqsədilə  

Üstünlük addım sınağına verilir (6 dəqiqəlik yerimə testi) – bu 

sınaq çox zaman ambulator şəraitdə yerinə yetirilir və  xəstənin 

vəziyyətinə  nəzarət etmək və onu qiymətləndirmək üçün asan vasitə 

hesab olunur. 

 

6 dəqiqəlik yerimə testi 

Pasiyenti sınağın məqsədləri haqqında məlumatlandırırlar.  

Pasiyentə koridorda normal sürətlə yeriməyi təklif edirlər. 

Pasiyent 6 dəqiqə  ərzində maksimal məsafə keçməlidir. Sınaq 

zamanı pasiyentə dayanıb istirahət etməyə icazə verilir, lakin 

vəziyyəti yüngülləşən kimi pasiyent yeriməyə davam etməlidir. 

Sınaq vaxtı pasiyenti “Hər  şey yaxşı gedir”, “Bu tempdə davam 

edin” kimi sözlərlə həvəsləndirmək lazımdır.  

Sınağın  əvvəlində  və sonunda xəstədə Borq şkalası üzrə 

təngnəfəslik, SatO

2

 və nəbz qiymətləndirilir.  



Aşağıdakı əlamətlər olduqda pasiyent yeriməyi dayandırmalıdır: 

 



Ağır təngnəfəslik 

 



Döş qəfəsində ağrı 

 



Baş gicəllənməsi 

 



Ayaqlarda ağrı 

 



SatO

86%-ə qədər enməsi 



Xəstənin 6 dəqiqə ərzində yeridiyi məsafə  (6MWD) (6 Minutes 

Walking Distance) metrlə ölçülür və normativ göstərici ilə 6MWD 

(i) müqayisə olunur.  

6 dəqiqəlik yerimə testi FEV1 göstəricisini MRC şkalasının 

nəticələri və  bədən çəkisinin indeksi ilə müqayisə edən SCORE 

şkalasının tərkib hissəsidir.  

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 

39

Kişilərdə 

6MWD (i) = (7,57 x boy, sm) – (5,02 x yaş) – (1,76 x bədən çəkisi, 

kq) – 309 (m) 

Normanın aşağı həddi: normativ 6MWD (i) = 153 m 

 

Qadınlarda  

6MWD (i) = (2,11 x boy, sm) – (2,29 x yaş) – (5,78 x bədən çəkisi, 

kq) + 667 (m) 

Normanın aşağı həddi: normativ 6MWD (i) = 139 m 

 

SCORE şkalası 

 0 




FEV1 (normativ 

göstəricidən) 

>65 

50-65 35-49 



<35 

MRC cədvəli üzrə 

təngnəfəsliyin 

ağırlığı 

0-1 2  3 4 

6MWD (m) 

>350 

250-349 150-249  149 



Bədən/çəki indeksi 

>21 


<21 

 

 



Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 

40

Ədəbiyyat: 

 

1.

 



Global strategy for the diagnosis, management, and prevention of 

chronic obstructive pulmonary disease (GOLD) 2007 

http://www.goldcopd.com/

  

2.



 

Management of chronic obstructive pulmonary disease in adults 

in primary and secondary care. Clinical guideline. National 

Institute for Clinical Excellence. February 2004 

http://www.nice.org.uk/

  

3.



 

Bellamy D, Bouchard J, Henrichsen S, Johansson G, 

Langhammer A, Reid J, van Weel C, Buist S. International 

Primary Care Respiratory Group (IPCRG) Guidelines: 

management of chronic obstructive pulmonary disease (COPD). 

Prim Care Respir J. 2006 Feb; 15(1):48-57. 

4.

 

Chronic obstructive pulmonary disease. Institute for Clinical 



Systems Improvement (ICSI); 2007 

http://www.guideline.gov/

  

5.

 



B.R. Celli, W. MacNee, A. Agusti, A. Anzueto, B. Berg, A.S. Buist, 

P.M.A. Calverley, N. Chavannes, T. Dillard, B. Fahy, A. Fein, J. 

Heffner, S. Lareau, P. Meek, F. Martinez, W. McNicholas, J. 

Muris, E. Austegard, R. Pauwels, S. Rennard, A. Rossi, N. 

Siafakas, B. Tiep, J. Vestbo, E. Wouters and R. ZuWallack 

Standards for the diagnosis and treatment of patients with COPD: 

a summary of the American Thoracic Society (ATS) and the 

European Respiratory Society (ERS) position paper Eur Respir J 

2004; 23:932-946  

6.

 



Qaseem A, Snow V, Shekelle P, Sherif K, Wilt TJ, Weinberger S, 

Owens DK, Clinical Efficacy Assessment Subcommittee of the 

American College of Physicians. Diagnosis and management of 

stable chronic obstructive pulmonary disease: a clinical practice 

guideline from the American College of Physicians. Ann Intern 

Med 2007 Nov 6;147(9):633-8. 

7.

 

Чучалин А.Г. акад.РАМН, Лещенко И.В., Визель А.А. 



Клинические рекомендации. Стандарты ведения больных 

2008. 


www.klinrek.ru

  

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 

Document Outline

  • XOBL oblojka.png
  • Obstruktiv pulmonologyA5_Togrul.pdf

Yüklə 286,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə