Ağ ciyərlərin xronik obstruktiv xəstəliyi üzrə klinik protokol



Yüklə 286,43 Kb.
Pdf görüntüsü
səhifə4/10
tarix02.06.2018
ölçüsü286,43 Kb.
#47245
1   2   3   4   5   6   7   8   9   10

 

13



 

Öskürək bayılmaları (sinkope) öskürək tutmaları zamanı döş 

qəfəsində təzyiqin sürətlə artması nəticəsində əmələ gələ bilər 

 



Öskürək o qədər şiddətli olur ki, qabırğaların sınığı ilə nəticələnə 

bilər. Sınıqlar bəzən  asimptomatik olur. 

 

Aşıq-baldır oynağının ödemi ağ ciyər ürəyinin inkişaf etməsinin 



yeganə əlaməti ola bilər.   

 

FİZİKAL MÜAYİNƏ 

Xəstələrin müayinəsinin vacib hissəsi olmasına baxmayaraq, 

onun nəticələri nadir hallarda diaqnostik əhəmiyyət daşıyır. 



Baxış  

 



Bəzən xəstələrdə mərkəzi sianoz və selikli qişaların sianotik rəng 

alması müşahidə olunur 

 

Ağ ciyərlərin hiperinflyasiyası (ağ ciyərlərin havalılığının 



artması) əlamətləri: qabırğaların nisbətən üfüqi istiqamət alması, 

çəlləkvarı döş qəfəsi, qarnın irəli yönəlməsi 

 

TS sakit vəziyyətdə  dəqiqədə 20-dən artıq olur, tənəffüs isə 



nisbətən səthi olur 

 



Xəstə  nəfəsini dodaqlarını bir qədər sıxaraq verir, bu zaman 

verilən nəfəs axınının sürətinin azalmasına və ağ ciyərlərin daha 

effektiv boşalmasına şərait yaranır 

 



Uzanmış  vəziyyətdə  tənəffüs  əzələlərinin hərəkətləri müşahidə 

olunur 

 

Aşıq-baldır oynağının və baldırların aşağı hissəsinin ödemi sağ 



mədəcik çatışmazlığının yeganə əlaməti ola bilər  

     

Palpasiya və perkussiya 

ACXOX zamanı palpasiya və perkussiya informativ 

olmadığından çox vaxt faydasız olur 

 



Ürəyin zirvə vurğusunun təyin edilməsi ağ ciyərlərin 

hiperinflyasiyası ilə əlaqədar çətinləşə bilər. 

 

Hiperinflyasiya qaraciyərin aşağı enməsinə  səbəb olur və 



qaraciyər ölçülərinin böyüməməsinə baxmayaraq, onun 

palpasiyasını asanlaşdırır 

 

Qutuvari perkutor səs və  ağ ciyər sərhədlərinin aşağıya doğru 



enməsi (emfizema əlamətləri) 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

14

Auskultasiya 

 

Tənəffüs küylərinin zəifləməsinə çox vaxt rast gəlinir, lakin bu 



əlamət diaqnozun qoyulması üçün kifayət deyil. 

 



Sakit tənəffüs vaxtı quru xırıltıların olması hava axını sürətinin 

məhdudlaşmasını göstərir. 

 

Bəzi xəstələrdə  nəfəs alma vaxtı krepitə edici xırıltılar eşidilir, 



lakin bu əlamət diaqnostik xarakter daşımır. 

 



Ürək tonları döş sümüyü üzərində daha yaxşı eşidilir. 

 

Cədvəl 1. Orta ağır və ağır ACXOX-un klinik xüsusiyyətləri 

 

Simptomlar 

Bronxotik forma 

Emfizematoz forma 

Əsas simptomların 

nisbəti 

Öskürək 


> təngnəfəslik Təngnəfəslik > öskürək 

Bronxların 

obstruksiyası 

Mövcuddur  

Mövcuddur 

Ağ ciyərlərin 

hiperinflyasiyası 

Az dərəcədə 

Əhəmiyyətli dərəcədə 

Dərinin və selikli 

qişaların rəngi  

Diffuz göy 

Çəhrayı-boz 

Öskürək  

Bəlğəmin hipersekresiyası   Bəlğəm az ifraz olunur 



Rentgenoqramda 

dəyişikliklər 

Diffuz pnevmoskleroz 

Ağ ciyərlərin 

emfizeması 



Ağ ciyər ürəyi  

 

Orta və ahıl yaşlarda, 

dekompensasiya daha 

erkən başlanır  

Ahıl yaşlarda, 

dekompensasiya daha 

gec başlanır 

Polisitemiya, 

eritrositoz 

Tez-tez rast gəlinir, qanın 

qatılığı yüksək olur 

Səciyyəvi deyil 



Kaxeksiya 

Səciyyəvi deyil 

Əksər hallarda rast 

gəlinir 


Xəstənin çəkisi 

Ağır çəkili xəstələr Çəkinin azalması 



Funksional 

dəyişikliklər 

Proqressivləşən TÇ və 

DÜÇ 

üstünlük təşkil edir 



Qaz mübadiləsinin 

pozulması 

ρ

α



O

2

<60, ρ

α

CO



>45 

ρ

α



O

2

<60, ρ

α

CO



<45 

Ölüm  

Orta yaşlarda Ahıl yaşlarda 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 

15

ƏSAS LABORATOR-İNSTRUMENTAL MÜAYİNƏ ÜSULLARI 



 

Spirometriya (hava axını sürətinin məhdudlaşmasının ölçülməsi) 

ACXOX ehtimalı olan bütün xəstələrdə spirometriyanın 

aparılması zəruridir. 

 

Spirometriya diaqnostika, diferensial diaqnostika və  xəstəliyin 



inkişafına nəzarət olunması üçün  “qızıl standart” hesab olunur.  

Spirometriya müayinəsi aşağıdakı göstəriciləri  müəyyən edir: 

 

maksimal nəfəs almadan sonra gücləndirilmiş  nəfəs vermə 



prosesində maksimal həcmi (ağ ciyərlərin gücləndirilmiş  həyat 

həcmi FVC)  

 

gücləndirilmiş nəfəs vermə zamanı 1-ci saniyədə  nəfəslə verilən 



havanın həcmi (FEV1) 

Hər iki göstəricinin nisbəti hesablanmalıdır (FEV1/FVC). 

Spirometrik göstəricilər yaş, boy və irqdən asılı olaraq normativ 

göstəricilərlə müqayisə olunmalıdır.  

 

FEV1/FVC < 0,70 və FEV1 < 80% postbronxodilatasion 



göstəricisi hava axını sürətinin tam geri dönməyən   məhdudluğunu 

təsdiq edir. Nəfəs vermənin zirvə sürəti hava axını sürətinin   

məhdudluğunu təyin etmək üçün bəzən istifadə olunur, lakin NVZS-

nin istifadəsi ACXOX-lu xəstədə obstruksiyanı kifayət qədər 

qiymətləndirə bilmir. 

 

Pikfloumetiya 

Asan    tez yerinə yetirilən, lakin həssaslığı az olan metoddur. 

Əsasən ACXOX-lu xəstəni aşkar etmək üçün skrininq vasitəsi kimi, 

kəskinləşmə fazasında xəstənin vəziyyətinə  nəzarət etmək və 

xüsusilə reabilitasiya dövründə istifadə olunur. 



 

Döş qəfəsinin rentgenoloji müayinəsi 

Bulyoz dəyişikliklər olmadığı zaman, ACXOX üçün nadir 

hallarda diaqnostik əhəmiyyət daşıyır, lakin  alternativ diaqnozun 

istisna olunmasına yardım edir. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




Yüklə 286,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə