Ağ ciyərlərin xronik obstruktiv xəstəliyi üzrə klinik protokol



Yüklə 286,43 Kb.
Pdf görüntüsü
səhifə9/10
tarix02.06.2018
ölçüsü286,43 Kb.
#47245
1   2   3   4   5   6   7   8   9   10

 

28



 

Vazodilyatatorlar – mövcud məlumatlara  əsasən stabil fazada 

olan ACXOX-lu xəstələrdə bu preparatların istifadəsi  əks-

göstərişdir.   

 



Respirator stimulyatorlar – mövcud məlumatlara əsasən stabil 

fazada olan ACXOX-lu xəstələrdə almitrin  preparatının 

müntəzəm istifadəsi tövsiyə olunmur (B). Bu həmçinin, qeyri-

spesifik, nisbətən təhlükəsiz respirator stimulyator olan 

diksaprama aiddir. Preparat damar daxili təyin olunur (D) 

 



Digər preparatlar – ACXOX zamanı  nedokromil, leykotrien 

antaqonistlərinin, alternativ metodların istifadəsi haqqında  (məs. 

otlarla müalicə, akupunktura, homeopatiya) adekvat tədqiqatlar 

aparılmadığından, ACXOX-un müalicəsində tövsiyə oluna bilməz.  



 

Qeyri-farmakoloji müalicə  

 



Oksigenoterapiya – sübut olunubdur ki, uzun müddətli oksigen 

terapiyası (15 saatdan çox) xroniki tənəffüs çatışmazlığı olan 

xəstələrdə sağ qalma ehtimalını artırır. Uzunmüddətli oksigen 

terapiyası  hədsiz ağır ACXOX-lu xəstələrdə  aşağıdakı hallarda 

təyin olunur: 

РаО


2

  ≤ 7,3 кPа (55 mm civə süt.) və ya  SaО

2

  ≤ 88%, 



hiperkapniya ilə birgə və ya onsuz ). 

7,3 кPа (55 mm civə süt) ≤ РаО

2

 ≤ 8 кPа (60 mm civə süt) və 



ya SaО

2

 



∼ 89% ilə  ağ ciyər hipertenziyası, durğunluq ürək 

çatışmazlığı nəticəsi olan periferik ödemlər və ya polisitemiya 

əlamətləri zamanı (hematokrit > 55%) (D). 

 



 

Reabilitasiya 

Fiziki məşğələlər – ACXOX-lu bütün xəstələrdə fiziki məşq 

proqramları effektiv olur; bu həm fiziki gərginliyə 

tolerantlığın artmasına, həm də  təngnəfəslik və  zəifliyin 

azalmasına aiddir (A). Yaxşılaşma proqram bitdikdən sonra 

da öz təsirini itirmir, lakin məşğələlər ev şəraitində davam 

etdikdə, xəstənin statusu reabilitasiyadan əvvəl olduğundan 

daha yüksək olur (B).  Məşqlərin optimal müddəti 8 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

29

həftədən az olmamalıdır. Hər məşğələ 



xəstənin 

vəziyyətindən asılı olaraq, həftədə 1-5 dəfə olmaqla, 10-45 

dəqiqə davam etməlidir  

 

Qidalanma statusunun qiymətləndirilməsi və 



korreksiyası – çəkinin və  əzələ kütləsinin azalması 

ACXOX-lu xəstələr arasında tez-tez rast gəlinən problemdir. 

Bədən çəkisi indeksinin azalması  xəstələrdə ölümlə 

nəticələnən hal üçün risk faktoru hesab olunur. (A) 

Ən səmərəli qida rejimi az porsiyalarla tez-tez 

qidalanmaqdır, əks təqdirdə diafraqmanın yerinin dəyişməsi 

nəticəsində dispnoenin güclənməsi meydana çıxa bilər. 

  



 

Cərrahi müalicə – bu müalicəyə bullektomiya, ağ ciyərin 

həcminin azaldılması və transplantasiyası aiddir (C) 

 

4. KƏSKİNLƏŞMƏNİN MÜALİCƏSİ 

 

ACXOX-un kəskinləşməsi – xəstənin vəziyyətinin nisbətən 

uzunmüddətli (24 saatdan az olmayaraq) kəskinləşməsidir, bu zaman 

vəziyyətin ağırlığı normal sutkalıq dəyişkənlik hüdudlarından kənara 

çıxır, kəskin başlanğıcla səciyyələnir və adi terapiyanın 

dəyişdirilməsini tələb edir.   

 

Kəskinləşmənin  əsas səbəbləri respirator trakt infeksiyaları 



(traxeobronxial infeksiya, pnevmoniya) və atmosferin çirklənməsidir, 

lakin  əksər hallarda ağır kəskinləşmələrin səbəbini müəyyən etmək 

olmur (Ağ ciyər arteriyasının tromboemboliyası, pnevmotoraks, 

qabırğaların sınığı / döş qəfəsinin travması,  

β-blokatorlardan qeyri-

düzgün istifadə, ürək çatışmazlığı və ya aritmiyalar) ). 

 

Ağırlıq dərəcəsinin qiymətləndirilməsi 

Kəskinləşmənin ağırlıq dərəcəsinin qiymətləndirilməsi 

kəskinləşmədən  əvvəl xəstənin anamnezi, simptomları, fiziki 

müayinə göstəriciləri, ağ ciyərlərin funksional testləri, arterial 

qazların və digər laborator müayinələrin nəticələri əsasında aparılır. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

30

Təngnəfəsliyin güclənməsi – kəskinləşmənin  əsas simptomudur. 



Bu  əlamət məsafədən xırıltıların eşidilməsi və güclənməsi, döş 

qəfəsində  sıxılma hissi, fiziki gərginliyə tolerantlığın azalması, 

öskürəyin intensivliyinin və  bəlğəmin miqdarının artması, onun 

rənginin və qatılılığının dəyişilməsi ilə müşayiət olunur. Belə halda 

xarici tənəffüs funksiyasının və qandakı qazların göstəriciləri 

pisləşir: (FEV1 və digər göstəricilər aşağı düşür), hipoksemiya və 

hətta hiperkapniya əmələ gələ bilər.  

Kəskinləşməni iki növə bölmək olar:  

1-ci növ – iltihab sindromu ilə  səciyyələnir (hərarətin qalxması, 

bəlğəmin miqdarı və qatılılığının artması, irinli olması) 

2-ci növ – təngnəfəsliyin artması, ACXOX-un ağ ciyərdən kənar 

əlamətlərinin  əmələ  gəlməsi (zəiflik, yorğunluq, baş  ağrısı, yuxu 

pozulmaları, depressiya).  

Simptomların intensivliyindən və müalicəyə cavab 

reaksiyasından asılı olaraq ACXOX-un kəskinləşməsinin 3 ağırlıq 

dərəcəsini ayırd edirlər: 

 

Yüngül: simptomların az dərəcədə güclənməsi 



bronxgenişləndirici terapiya vasitəsilə aradan qaldırılır.  

 

Orta-ağır: həkim müdaxiləsi tələb edir və müalicəsi 



ambulator şəraitdə aparıla bilir. 

 

Ağır: qeyd-şərtsiz xəstəxana  şəraitində müalicə olunmalıdır. 



Əsas xəstəliyin  əlamətlərinin güclənməsi ilə  bərabər 

fəsadların əmələ gəlməsi və dərinləşməsi baş verir.  

 

Kəskinləşmələrin ambulator şəraitdə müalicəsi   

 

Müalicənin ambulator və ya xəstəxana  şəraitində aparılması 



məsələsi vacibdir.  

 

Aşağıda göstərilən alqoritm ambulator şəraitdə aparılan pilləli  



müalicə sxemini nümayiş etdirir. 

 

 



 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



Yüklə 286,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə