Ağ ciyərlərin xronik obstruktiv xəstəliyi üzrə klinik protokol



Yüklə 286,43 Kb.
Pdf görüntüsü
səhifə5/10
tarix02.06.2018
ölçüsü286,43 Kb.
#47245
1   2   3   4   5   6   7   8   9   10

 

16

ACXOX-la  əlaqəli rentgenoloji dəyişikliklər hiperinflyasiya 



əlamətlərindən ibarətdir.  

 



Yan proyeksiyada diafraqmanın yastılanması 

 



Retrosternal sahənin böyüməsi   

 



Ağ ciyərlərin şəffaflığının artması 

 



Damar şəklinin qısa müddətdə kasadlaşması  

 

Qanın klinik analizi 

 



Kəskinləşmə  vaxtı – neytrofil leykositoz, C-reaktiv zülalın 

artması. 

 

ACXOX-un bronxotik tipi olan xəstələrdə hipoksemiya inkişaf 



etdikdə polisitemik sindrom müşahidə olunur (eritrositlərin 

sayının artması, hemoqlobinin yüksək səviyyəsi, hematokritin 

qadınlarda 47%-dən, kişilərdə 52%-dən yüksək olması, qanın 

qatılığının artması) 

 

Anemiya  təngnəfəsliyin səbəbi  və ya  onu gücləndirən amil ola 



bilər. 

 

Əlavə müayinə üsulları 

 



Bədən çəkisi indeksinin ölçülməsi  

Bədən çəkisi (kq) 

Boy

2

 (m) 



 

Elektrokardioqrafiya (imkan olduqda exokardioqrafiya) 



 

ACXOX-un kəskinləşməsi vaxtı AB-lərlə müalicə aparmaq 



məqsədilə  AB həssaslığının öyrənilməsi üçün bəlğəmin əkilməsi 

(imkan olduqda həmçinin bronxoalveolyar lavajın  əkilməsi 

aparılmalıdır)  

 



Obstruksiyanın geri dönən olmasını  təyin etmək üçün sınağın 

aparılması  

 

Fiziki yükləmə testi (6 dəqiqəlik yerimə testi) (Əlavə 2) 



 

Döş  qəfəsinin kompüter tomoqrafiyası adi praktikada tövsiyə 



olunmur, lakin KT diferensial diaqnozun aparılmasında yardım 

edə bilər. Döş  qəfəsinin KT-si bullektomiya və ya ağ ciyərin 

həcminin azaldılması üzrə cərrahi əməliyyatda faydalı ola bilər.  

 



Arterial qanda qazların ölçülməsi. Bu test FEV1< 40% olduğu 

zaman və ya tənəffüs və ürəyin sağ hissələrinin çatışmazlığı olan 

hallarda  aparılmalıdır. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

17



 

ACXOX diaqnozu qoyulan cavan yaşlı (<45 yaş) xəstələrdə  və 

ailə anamnezində  α

1

-antitripsin defisiti olanlarda α



1

-antitripsin 

defisiti testi yoxlanılmalıdır.   

 



Siqaret çəkmə indeksinin hesablanması (indeks qutu/il göstəricisi 

ilə qiymətləndirilir): 



Gün ərzində çəkilən siqaretlərin sayı  

x

  Siqaret çəkmə “stajı” 

20 

10 qutu/il – əhəmiyyətli risk faktoru kimi qiymətləndirilir 

25 qutu/il - qatı siqaret çəkən kimi qiymətləndirilir  

 

DİFERENSİAL DİAQNOZ 

 

ACXOX-un diferensial diaqnozu əsasən bronxial astma ilə 

aparılır (A)

 

Bəzi klinik hallarda diferensial diaqnoz digər xəstəliklərlə aparıla 



bilər: durğunluq ürək çatışmazlığı, ağ ciyərlərin ödemi, 

bronxoektaziya xəstəliyi, vərəm, obliterasiya edici bronxiolit, diffuz 

panbronxiolit. 

 

Cədvəl №2. ACXOX-un  diferensial diaqnostikası 



 

Diaqnoz 

Ehtimal olunan əlamətlər* 

ACXOX 

Orta yaşlarda başlanır; 

Əlamətlər tədricən artır; 

Anamnezdə uzun müddət siqaret çəkmə faktorunun 

olması; 

Fiziki aktivlik zamanı yaranan təngnəfəslik; 

Bronxial obstruksiya əsasən geri dönməyən xarakter 

daşıyır. 



Bronxial astma 

Cavan yaşlarda başlayır (əsasən uşaqlıq dövründə); 

Simptomlar gündən-günə dəyişilir; 

Simptomlar gecə və səhər tezdən baş verir; 

Əsas xəstəliklə yanaşı allergiya, rinit və / və ya 

ekzemanın olması; 

Ailədə astmanın olması; 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

18

Bronxial obstruksiya əsasən geri dönən xarakter 



daşıyır. 

Durğunluq ürək 

çatışmazlığı, ağ 

ciyərlərin ödemi 

 

 

Auskultasiya zamanı  ağ ciyərlərin aşağı hissələrində 

aydın yaş xırıltıların eşidilməsi;  

Döş 


qəfəsinin rentgenoqrafiyası genişlənməni 

nümayiş etdirir;  

Funksional ağ ciyər testləri bronxların obstruksiyası 

deyil, həcm restriksiyasını göstərir. 



Bronxoektaziya 

xəstəliyi 

Çox miqdarda irinli bəlğəmin ifraz olunması; 

Adətən bakterial infeksiya ilə müşayiət olunur; 

Auskultasiya zamanı kobud xırıltıların eşidilməsi; 

Döş 

qəfəsinin rentgenoqrafiyası bronxların 



genişlənməsi, bronxial divarın qalınlaşmasını nümayiş 

etdirir. 



Vərəm  

Hər yaşda başlana bilər

Döş  qəfəsinin rentgenoqrafiyası  ağ ciyərin infiltratını 

göstərir; 

Mikrobioloji testlə təsdiq olunur; 

Ərazidə vərəmin geniş yayılması. 



Obliterasiya edici 

bronxiolit 

Cavan yaşlarda, siqaret çəkməyənlərdə başlayır; 

Anamnezdə revmatoidli artrit xəstəliyi və  zərərli 

qazların təsirinə məruz qalma faktoru vardır; 

Nəfəs vermə zamanı KT sıxlığı  aşağı olan sahələri 

göstərir. 



Diffuz 

panbronxiolit  

 

Pasiyentlərin əksəriyyəti siqaret çəkməyən kişilərdir; 

Demək olar ki, hamısında xroniki sinusit vardır; 

Döş  qəfəsinin rentgenoqrafiyası  və ya KT az ölçülü 

sentrilobulyar düyünlü kölgələr və hiperinflyasiyanı 

nümayiş etdirir. 



*Bu əlamətlər adətən müvafiq xəstəliklərə xasdır, lakin hər klinik hadisə zamanı müşahidə 

olunmur. Məsələn, heç zaman siqaret çəkməyən insanda ACXOX xəstəliyi baş verə bilər 

(xüsusilə inkişaf etməkdə olan ölkələrdə digər risk faktorları daha əhəmiyyətli rol oynaya 

bilər); BA xəstəliyi böyüklərdə, hətta ahıllarda yarana bilər. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



Yüklə 286,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə