Ağa Musa Nağıyev haqqında əlavə məlumatlar



Yüklə 257,86 Kb.
Pdf görüntüsü
səhifə16/59
tarix24.12.2017
ölçüsü257,86 Kb.
#17837
1   ...   12   13   14   15   16   17   18   19   ...   59

 
58 
DЮVRЦNЦN   
MЦDRİK NEFTXUDASI 
 
B
ir  zaman  şələçi  olsa  da,  sonralar  uğurlu  taleyi  sayəsində 
məşhur neft milyonçusuna çevrilən Ağa Musa Nağıyevin yüksək 
zövq  ilə inşa  etdirdiyi  binalar  bu  gün  də  onun  ömrünü  sonsuz-
luğa calayan qırılmaz, sarsılmaz daş tellərdir. 
Neft və milyonlar səltənətinin məşhur xeyriyyəçi – milyon-
çularından olan Ağa Musa Nağıyevin vəfatından artıq 92 il keçir 
(1919-2011). 
70  illik  keşməkeşli  həyatını  qurub-yaratmağa,  cəmiyyət  
üçün faydalı işlər görməyə sərf etmişdi.  
 “Tikmədim özüm qalam, tikdim ki, izim qala” – deyimi 
Ağa  Musa  Nağıyevin  timsalında  həqiqəti  əks  etdirir.  Hambal-
çılıqdan milyonçuya çevrilən məşhur xeyriyyəçinin yüksək zövq 
ilə  inşa  etdirdiyi  binaları  şedevrliyi  ilə  bu  gün  Azərbaycan  me-
marlıq  tarixinin  salnaməsinə  çevrilib.  Tikdirdiyi  binaları  ilə  ta-
rixdə  iz  qoymuşdur.  Həmin  memarlıq  inciləri  hansılar  ki,  onun 
həyatını şövqləndirib. 
Amma  o,  fəxarət  hissi  ilə  ucaltdığı  binalarının  nə  vaxtsa 
onun həyat cövhərini əlindən alacağından xəbərsiz idi.  
Bəli,  bunun    səbəbi  də  onun  həyatı  kimi  maraqlı  və  ibrəta-
mizdir. 
Ağa  Musa  Nağıyev  oğlu  İsmayılın  xatirəsini  yad  etmək 
üçün şəhərin mərkəzində – Nikolayevski küçəsində (indiki İstiq-
laliyyət) qeyri adi saray tikdirməyə qərar verir. Bu məqsəd ilə o, 
milliyyətcə polyak olan məşhur memar Yozef Ploşkonu tikdirə-
cəyi  binanın  analoqunun  memarlıq  incəlikləri  ilə  tanış  olmaq 
üçün 1905-ci ildə İtaliyanın Venesiya şəhərinə göndərir, bu pro-
ses 3 il davam edir. Beləcə Palatso Kantarini sarayının eskizləri 
Bakıda  “İsmailiyyə”  sarayının  tikintisinə  başlamağa  onu  şövq 
edir. Bina 5 ilə (1908-1913) hasil olur və 1913-cü il aprelin 7-də 
tam  istifadəyə  verilir.  Binanın  frontonunda  (hal-hazırda  ulduz-
larla bəzədilən ilminatorlar) İmam Əlinin kəlamları həkk olunur: 


 
59 
“İnsan öz əməyi ilə istədiyinə nail olur və yüksəlir”, “İnsan do-
ğulandan  ölənədək  oxumalıdır“,  “Müsəlmanlar!  Sizin  yaşadığı-
nız  əsr  sizinlə  birgə  ölür,  öz  övladlarınızı  yeni  əsrə  hazırla-
yın!”... 
Sonralar memar Yuzef Ploşko xatirələrində yazır ki, Bakının 
mərkəzində  Azərbaycanın  milli  ornamentlərilə  bəzədilmiş  bina 
inşa etmək onun ən böyük arzusu imiş. 
Hazırda Elmlər Akademiyasının Rəyasət Heyətinin fəaliyyət 
göstərdiyi bu bina vaxtı ilə Ağa Musa Nağıyev üçün xüsusi əhə-
miyyət kəsb edirdi. 
Qotik üslubda tikilmiş “İsmailiyyə” (AMEA) binasını 1918-
ci ilin mart qırğınlarında qəddar düşmənlərimizin Bakıya hücu-
mu zamanı  yaxında  yerləşən “Metropol” mehmanxanasının (in-
diki  Nizami  adına  Ədəbiyyat  muzeyi)  damından  top  atəşinə  tu-
tulur. Bu planın tam həyata keçməsinə cəhd göstərən “Qatillər” 
bununla kifayətlənməyib, binanı yandırırlar. Binanın dağıdılma-
sında düşmənin əsas məqsədi – zirzəmidə qorunan ziyalıların ar-
xivini və özülündəki qızılı ələ keçirmək idi. 
Onsuz  da  heç  cürə  unuda  bilmədiyi  bala  dərdini,  Ağa  Mu-
sanın  təskinlik  mənbəyi  olan  bu  binanın  dağıdılması  –  oğlunu 
məcazi mənada yaşada biləcək yadigarının məhv edilməsi – ye-
nidən  təzələyir, həyat eşqini əlindən alır. 
Bu bütövlükdə Ağa Musanı mənən və cismən məhv edir.   
Cəfər Cabbarlının “Əhməd və Qumru” əsərindən bir hissəni 
dərc etməyi vacib hesab edirəm: 
1918-ci  ildə  ermənilərin  Bakıda  törətdikləri  qırğından  az 
keçmiş...  
...Axşam üstü hava bir qədər soyuq və cansıxıcı olduğundan 
ətrafı alaqaranlıq bürümüşdü. Havanın tutqunluğu lap ürək sıxıcı 
idi. Olginski (indiki Nizami) küçəsilə ağır-ağır addımlarla gedir-
dim.  Küçələrdə  adam  az,  səs-küy  yox,  yalnız  ruhları  zəhərlə-
yəcək iyrənc bir uğultulu külək əsirdi. 
Böyük  pəncərələri  qara  kömürlərə  dönmüş,  altun  divarları 
matəmlərə  bürünmüş  “Ġsmailiyyə”nin  önündən  keçərkən  xara-


 
60 
balıqlara,  daha  doğrusu  əti  tökülmüş  baş  skeletlərinə  bənzər  bu 
möhtəşəm bina, bu vəhşiliyin, bu cinayətin macərasını ərz edin-
cə, bir çox doğranmış yoldaşlarım və bir çox müdhiş şeylər ya-
dıma  düşdü.  Müdhiş  mart  –  deyə  gözlərimi  yumdum.  Ürəyim, 
ruhum, zehnim, ağlım, hissim inlədi. Başım bilməyərəkdən kök-
sümə sıxıldı. 
Dalğın-dalğın addımlarımı atırdım ki, “Ay qardaş, soyuqdan 
əsirəm,  acam”  –  deyən  həzin  səsə  ayıldım.  Təxminən  18  yaşlı,  
sarı bəniz, qara irigözlü, donuq baxışlı, nəcib simalı bir qızcığaz 
dayanmışdı qarşımda. Ürəyim qan ağladı... İsmailiyyə üçün, xal-
qım üçün içimdən inlədim...  
 
P.S.  Belə  qənaətə  gəlmək  olur  ki,  əgər  incəsənətin  ten-
densiyasının  keçid  dövrünü  Moskvanı  Morozovun  mülki  təmsil 
edirdisə,  Azərbaycanda  İsmailiyyə  Qotikasını  Ağa  Musanın  ix-
tirası hesab etmək olar. 
Bu bina  Bakının mənzərəsinə klassik əsər kimi daxil olub.  
Ağa  Musa  bina  tikintisini  podradçı  Hacı  Qasımova  tapşı-
rırdı.     
Doqquz  binanın  inşa  edilməsini  ona  tapşıran  Ağa  Musaya 
bir gün  xəbər verirlər ki, Hacı Qasımov sənin hesabına özünə 
bir bina tikdirir. 
Ağa Musa cavabında bildirir: Podratçı ancaq tikintidən qə-
naət etdiyi pulun hesabına bina tikdirə bilər. Çünki özüm haqq-
hesabı yaxşı aparıram. Bu onun bacarığıdır ki, yaxşı təsərrüfat-
çılıq  xüsusiyyətinə  malikdir.  İsrafçılığa  pis  baxıram,  qənaətçil-
liyi isə alqışlayıram. 
 


Yüklə 257,86 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə