Kitab Azərbaycanda Şərq-Qərb
problematikasının sistemli tədqiqinin
əsasını qoyan görkəmli şərqşünas alim
Aida xanım İmanquliyevanın
70 illik yubileyinə
ithaf olunur.
Şərq-Qərb Tədqiqat Mərkəzi
Səlahəddin XƏLİLOV
Şərq ruhunun Qərb həyatı
Aida İmanquliyevanın
yaradıcılıq axtarışlarının izi ilə
Bakı – 2009
Şə
rq ruhunun Qərb həyatı
– 4 –
Elmi redaktor: Nərgiz PAŞAYEVA
filologiya elmləri doktoru, professor
R ə y ç i l ə r: akademik Nailə VƏLİXANLI
akademik Bəkir NƏBİYEV
S.Xəlilov.
Şərq ruhunun Qərb həyatı. Aida İmanquliyevanın yaradıcılıq
axtarışlarının izi ilə.
Bakı, “Şərq-Qərb”, 2009, 380 səh.
Kitab Azərbaycanda Şərq-Qərb problematikasının sistemli tədqiqinin əsasını
qoymuş görkəmli şərqşünas alim Aida İmanquliyevanın yaradıcılığına həsr olunmuş-
dur. Burada həmçinin Aida xanım tərəfindən Azərbaycan oxucularına təqdim olun-
muş məşhur romantik şairlər: Şərqdə – C.X.Cübran, Ə.ər-Reyhani və M.Nüaymənin,
Qərbdə – U.Bleyk, C.Bayron, R.Emerson və U.Uitmenin ideya dünyası işıqlandırılır,
onların poetik yaradıcılığında tərənnüm olunan Şərq ilə Qərb arasında vəhdət ideyası
hərtərəfli şəkildə şərh olunur.
Kitab Şərq-Qərb düşüncə tərzləri, sivilizasiyaların dialoqu, ədəbi əlaqələr və ro-
mantik poeziya problemləri ilə maraqlanan tədqiqatçılar, habelə geniş oxucu kütləsi
üçün nəzərdə tutulmuşdur.
ISBN 978-9952-448-52-8
© S.Xəlilov, 2009
– 5 –
Müəllifdən
Beş il öncə Milli Elmlər Akademiyasında professor Aida İman-
quliyevanın 65 illiyinə həsr olunmuş Beynəlxalq Elmi Konfransda çıxış
edərkən belə bir fikir söyləmişdim ki, illər ötəcək, Aida xanımın tədqi-
qatları fəlsəfi aspektdə daha böyük dəyər kəsb edəcəkdir. Çünki onun
qoyduğu və araşdırdığı məsələlər şərqşünaslığın və filoloji düşüncə-
nin hüdudlarına sığmır. Onun Azərbaycan oxucularına təqdim etdiyi
Cübran Xəlil Cübran, Əmin ər-Reyhani və Mixail Nüaymə sadəcə şair
yox, böyük vətənpərvər və mütəfəkkir idilər. Aida xanım da onların an-
caq poetikasını deyil, həm də ideya dünyasını araşdırmağa qalxmışdı.
Şərq-Qərb problematikasının bədii-romantik tərənnümü Aida xanımın
yaradıcılığında müstəqil fəlsəfi problem kimi qoyulur və Şərq ilə Qərb
düşüncələrinin vəhdət zərurəti elmi-fəlsəfi arqumentlərlə, qətiyyət və
ardıcıllıqla sübuta yetirilir ki, bu da çağdaş fəlsəfədə sivilizasiyalar
təliminin və kulturoloji nəzəriyyənin ən ümdə məqamlarından biridir.
Aida xanım tərəfindən hərtərəfli tədqiq olunan Cübran Xəlil
Cübran, Əmin ər-Reyhani və Mixail Nüaymənin öz əsərləri, təəssüf ki,
indiyədək Azərbaycan oxucularına geniş çeşiddə təqdim olunmamış-
dır. Bunu nəzərə alaraq, kitaba onların bir sıra əsas əsərlərinin tərcü-
mələrini daxil etməyi lazım bildim. Adı keçən ərəb şairlərinin, habelə,
Aida xanımın əsərlərində onlarla müqayisəli şəkildə təqdim olunan
Qərb romantik poeziyasının nümayəndələri U.Bleyk, R.Emerson və
U.Uitmenin də yaradıcılığından bəzi fraqmentləri ərəb, ingilis, rus və
türkcədən dilimizə çevirən Aqil Şirinova, Könül Bünyadzadəyə, Müş-
Şə
rq ruhunun Qərb həyatı
– 6 –
viq Şükürova, Bəhram Həsənova, Mehriban Qasımovaya, Samirə Hə-
sənovaya və Kamil Şərifova minnətdarlığımı bildirirəm. Onların ori-
jinaldan tərcümələri sayəsində mən öz tədqiqatımda Aida İmanquliye-
vanın əsərləri ilə yanaşı, ilk mənbələrdən də istifadə etmək imkanı əldə
etdim. Həmin tərcümələrin bir qismini kitaba əlavə şəklində nəşr et-
məkdə məqsəd Aida xanımın bütün yaradıcı ömrünü həsr etdiyi bu bö-
yük mütəfəkkir-şairlər haqqında oxucuların bilavasitə təsəvvür əldə et-
məsinə imkan yaratmaqdır. Çünki bu böyük romantiklər təkcə ideyala-
rı ilə deyil, həm də bu ideyaların ifadə formaları, fikrin özündəki şei-
riyyətlə seçilirlər ki, belə bir gözəlliyin bilavasitə duyulması yüksək
mənəvi-estetik ilham mənbəyidir.
Azərbaycan şairlər yurdudur. Bizim böyük poetik ənənələrimiz
vardır. Yəni milli oxucu auditoriyasını hansı isə fərqli bir poeziya ilə,
ədəbiyyatla heyrətləndirmək çox çətindir. Lakin bununla belə, oxucu-
lara təqdim olunan bədii-fəlsəfi nümunələr o dərəcədə hikmətamiz və
orijinaldır ki, bu ecazkar gözəllik qarşısında heyrətlənməmək mümkün
deyil.
Dostları ilə paylaş: |