20
Qanlı günlər
İmdi tamam yeddi aydır ki, Zaqafqaziya tarixçəsinin qanlı səhifələri
açılmışdır. Bu qanlı səhifələrdə bir çox şəxslər önlərinə bədnamçılıq adı əhya edib
bir çoxlarını qırğına vermişlər. Bu ağır və dəhşətli günlər müsəlman məxluqu üçün
çox ağır və çox da bahalı oturmuşdur. Bu günlərdə minlərlə müsəlman külfətləri
sahibsiz qalıb çöllərə düşmüşlər. Bir İrəvan quberniyasında 42 kənd viran olub
əhalisi tərki-vətən olmuşdur. Biçarə şamaxılılar qışı öz isticə ocaqlarını buraxıb
yağış-yağmurun altında bu səhraları ata-oğlunu, ana qızını gözlərinin yaşlarını
tökə-tökə axtarırlardı.
Martda nahaq yerə minlərlə islam fəhlələri adlarını bolşevik adlandıran
erməni quldurlarının qurbanı olub meyitləri dəryaya tökülmüşdür. Bilməm kimə
lazım idi islam fəhlələrinin qətli? Məsləkli dejaparidizzayəmi? Yox, islam
fəhlələrinin qətli ancaq erməni xainlərinə lazım idi.
Xunxar erməni bandaları müsəlmanların izzəti-namusuna toxunub gah 12
yaşında qız uşaqlarını dizlərinin üstünə mindirib keyfləndirib namusuna təcavüz
etdikdə təsəlliyyat olurlar idi, gah Şamaxıda dörd yüzdən ziyadə qoca islam
ailələrini məscid həyatına yığıb siyirmə xəncər bunların üstə düşüb vay həsrəta ilə
doğrayan zaman islamlardan intiqam almışlar.
Erməni bandaları daha islamlara nə etmədilər? Erməni bandaları
Şamaxıda islamların müqəddəs məscidlərinə kimi yandırıb məhv etmişlər. Bir
böyük minillik Şamaxıdan imdi bu saətlikdən ancaq bir məzarıstanə bənzər yanmış
uçuq xərabələr taparsınız.
İslam aləmi Abbas Səhhət kimi böyük bir ədibi bu bandalara qurban
vermişdir. Bununla böylə bir neçə doxturlar cavan-qoca alimlər qətl olunmuşlar.
Bir böylə böyük bədbəxtlikləri eşidib və bir böylə nahaq axan qanlara
şahid olan Zaqafqaziyadakı ictimaiyun və ya milli qəzetələr erməni bandalarına
etiraz etdilərmi?
Nahaq yerə tökülən islam fəhlələrinin qanları bu gün hesab olunub. Haqlı
çöllərə tökülmüş balaları və övrətləri qəzetələr tərəfindən bandaların balaları hesab
olunurlar.
Bəsdir, nə vəqtə qədər yatıb dalda arxada qalacaqsın, ey yazıq millət?!
Na-həqq yerə ölən sən, xainlərin gülləsinə düçar olan sən, başımız qalıb
ayaqlar altında tapdalanan sən. Bu gün də genə müqəssir olan sən.
Binəva
21
Bakının mart hadisəsi
(Martdan sentyabra kimi Bakıda olmuş M.Ə.Əfəndinin nəqli)
Bakının martda olan faciəsinin ayrı-ayrı vəhşiliklərindən danışmaqdan
qabaq mən hadisənin təfsili haqda danışmaq istəyirdim - deyə M.Ə.Əfəndi sözə
başladı. Təbii, Bakı hadisəsi əvvəlcə milli bir rəngə malik deyildir. Fəqət,
vaqtiykən bolşeviklər gördülər ki, yalnız öz güclərilə
müsəlmanları basa bilməyəcəklər. Başladılar erməni
soldatları olan qazarmalara mübəliğ yollamağa ki,
ermənilər öz əbədi düşmənləri ilə mübarizəyə
çıxsınlar. Bu dəvətdən sonra Bakı hadisəsi rəngini
dəyişib iki qonşu millətin milli mübarizəsinə çevrildi.
Bu da lazımdır deyək ki, bolşeviklər, ruslar və
yəhudilər silahlansın, camaət ilə insaniyyət-karanə
dolanırdılar. Onlar var gücləri ilə çalışırdılar Bakı
hadisəsi “milli rəng” almasın, fəqət müvəffəq ola
bilmədilər. Lazım bilirəm daha aydın təsvir üçün öz
evində olanların başına gələnləri nəql edəm.
Bizi (krasnoqvardiya) əhatə etmişdi, gedirdik,
yolda (krasnoqvardiya)lar erməniləri qovlayırdılar. Biz
bunun səbəbini soruşduq. Onlar deyirlər ki, ermənilər
çox vaxt apardığımız adamları öldürürlər. Ona görə
sizin salamatlığmız üçün onları qovlamaq lazımdır.
Yolda bəlli oldu ki, bən yoldaşım
(krasnoqvardiya) olan bir yəhudi tələbəsinin evində
qalacağam. Biz evdə mehriban qəbul olunduq.
İkinci gün tələbə evə gələndə sararmış idi.
Anası səbəbini sorduqda bən öyrəndim ki: Biz
yaşadığımız evdə bir erməni polkunun ştabı vardı.
Həmin həyətdə də 12 müsəlman arvad və uşaqları
gizlənmişlər. Erməni polkunun rəisi əmr vermiş ki, bu
12 nəfəri gülləbaran etsinlər. Bu vaxt yəhudi tələbə
mane olmaq istəmiş: - Köməksizləri öldürmək eyibdir,
demiş, bunun cavabında erməni söyləmiş ki: -
“Rdovska morda”, bəsdir onlara yardım etdiyiniz...
Bu gecə onlar və evinizdə olan qonaqlar gülləyə tutulacaqlar. Bunu
eşidcək tələbəyə dedim ki, mənim barəmdə müsəlman bolşeviklərindən Nəriman
bəy Nərimanova və Məşədi bəy Əzizbəyova xəbər versin. Bir saat keçmədi ki,
Şaumyanın əmri ilə 15 nəfər (qvardiya) gəlib erməni naçalniki həbs edib, bizi də
22
Musa Nağıyevin qış klubuna apardılar. Burada bizdən başqa saysız-hesabsız
müsəlman var idi. Onlar hamısı çılpaq döşəmə üstünə oturmuşdular. Oturanların
içində Bakının mötəbər adamlarının ailəsi dəxi çox idi.
Həmin burada Məşədi Əzizbəyov və Sultanov bana rast gəldilər. Onlar
şikayət etdilər ki, müsəlmanlar az olduqlarına görə, ermənilər alçaq fikirlərinə nail
oldular.
Necə ki, erməni olmasa idi, bolşeviklər qalib gəlməyəcəkdi. İmdidə bən
böylə anlayırdım ki, əgər ermənilər olmasa bolşeviklər müsəlmanlar üçün çox işlər
görər və müsəlman xalqı da onlara rağib olardı.
Necə ki, məlumdur onlar da müsəlman firqələri xüsusi dəstələr düzəldib
Azərbaycan qoşunu ilə müharibə apardılar. Lakin vəqtki ermənilər yolda
müşəlman kəndlərini, obalarını yandırmağa başladılar.
Ermənilər, bolşevizm, bayrağı altında əvəzində müsəlman firqəsini
talayıb qırırdı. O cümlədən Nəvahi kəndini yerli-dibli yandırdılar.
Ermənilər evbəev gəzib ziyalı müsəlmanları yığırdılar və naməlum bir
yerə aparırdılar.
Çox vaxt aparılan ziyalı, oxumuş müsəlmanların meyitlərini tapmaq
olurdu. Fəqət, çox vaxtda olurdu ki, heç bir əsər də əldə etmək mümkün olmayırdı.
Misal: İki doktor Kərim bəy Balabəy Sultanovlar heç tapılmadı. O
cümlədən mədənçi T.B.Qulubəyov da itdi. Meyitaxtaran bir dəstə bir quyuya rast
gəlirlər. Quyunun yanında hasar içində çoxlu müsəlman arvad, uşaq meyiti var
imiş.
İkinci bir dəstə, bir quyuya rast gəlirlər ki, bərk boğucu iyi çıxırmış. Bir
nəfəri quyuya salırlar. Fəqət o, tez çıxarılmasını rica edir. Zira, durmaq mümkün
deyilmiş. Ancaq özü ilə bir cib dəftəri gətirmiş idi. Yazılarında məlum olmuşdur
ki, bu dəftər H.Cəfərovun xidmətçisi Tahirovundur.
Xəstəxanada yatan bir yaralı nəql edir ki: “Biz 9 nəfər müsəlman idik. 5
nəfərimiz şəhərli, 4 nəfərimiz kəndli idik. Biz araba ilə gedirdik ki, yolda erməni
(krasnoqvard)ları bizi həbs edib Zabrata apardılar.
Yolda bir neft quyusunun yanında bizi saxladılar. 5 şəhərlini diri-diri
quyuya tullayıb bizi də gülləbaran etdilər. Mənim üç yoldaşım öldü. Mən isə
yaralandım. Ermənilər gedəndən sonra mən sürünə-sürünə dəhşətli yerdən
uzaqlaşdım. Yolda məni bir həmşəri qalxızıb xəstəxanaya apardı.
Bütün vəhşət və zalımlıqları sayıb qurtarmaq olmaz. Bunu bilirəm ki,
bolşeviklərin öz hesabına görə 8 min islam qırılmışdı. Bu yalandır. Çünki onlar
ətrafda, kəndlərdə qırılanları hesaba daxil etməmişlər.
Mən mart və sentyabr dəhşətlərinin ikinsini də görmüşəm. Və cəsarətlə
deyə bilərəm ki, biri-birindən pis və hər ikisi də erməni-müsəlman ədavətdən bir
vaqeədir” - deyə M.Ə.Əfəndi nəqlini bitirdi.
Xanım Sultanova
Dostları ilə paylaş: |