18
-20-ci illərdə bəzi digər Azərbaycan torpaqlarının Gürcüstana verilməsi
prosesi müxtəsər şəkildə izlənilmişdir.
Əlbəttə, tədqiqatda sözügedən elmi problemin heç də bütün aspektləri
bərabər dərəcədə və dolğun surətdə nəzərdən keçirilməmişdir. Lakin təqdim olunan
elmi işin bu sahədə ilk addım olduğu bir daha nəzərə alınmalıdır. Fikrimizcə,
əsərdə qoyulmuş bir sıra tədqiqat vəzifələri və məsələləri öz gələcək
tədqiqatçılarını gözləyir.
19
I FƏSĠL
AZƏRBAYCAN-GÜRCÜSTAN MÜNASĠBƏTLƏRĠNDƏ
ZAQATALA MAHALININ SĠYASĠ MƏNSUBLUĞU
MƏSƏLƏSĠ (1917-1920)
1. Zaqatala dairəsi: ərazisi, əhalisi və idarəçiliyi
Azərbaycanın şimal-qərbində, tarixi Car-Balakən camaatlığı və İlisu
sultanlığı torpaqlarında rus inzibati idarəçiliyi tərəfindən təşkil olunmuş Zaqatala
dairəsi 1917-1918-ci illərdə Rusiya məkanında cərəyan edən və Cənubi Qafqazı da
öz təsir dairəsində saxlayan arxitektonik səciyyəli sosial və siyasi proseslər
gedişində mübahisə predmeti kimi aktuallıq kəsb etdi. O zaman qurulmaqda olan
gənc Qafqaz respublikalarının - Azərbaycan və Gürcüstanın siyasi-intellektual
dairələrinin qarşısında duran ən mühüm vəzifələrdən biri öz dövləti
identikliklərinin təsbiti və sərhədlərin müəyyənləşdirilməsi idi. Zaqatala dairəsinin
sözügedən dövlət qurumlarından hansına birləşdirilməsi, habelə əhalisinin öz
etnosiyasi müqəddəratını təyin etməsi məsələləri, bir qədər sonra görəcəyimiz
kimi, məhz göstərilən kontekstdə siyasi, iqtisadi və simvolik məna və əhəmiyyət
kəsb etmiş olurdu.
Bilavasitə mövzuya keçməzdən əvvəl dairə və onun tarixi haqqında kiçik
arayış verməyi münasib hesab edirik.
1
Qeyd olunduğu kimi, Zaqatala dairəsi
tərkibinə Car-Balakən camaatlıqları və qismən İlisu sultanlığının torpaqları daxil
edilmişdi. Sözügedən dövlət qurumlarının, xüsusən də Car-Balakən
camaatlıqlarının Rusiya istilasınadək sərhədləri kifayət qədər dinamik idi. Osmanlı
hökmdarı III Əhmədin 1728-ci ildə Car-Balakən camaatlıqlarına göndərdiyi
fərmanda bu qurumun ərazisi aşağıdakı şəkildə göstərilirdi: «Gürcüstan və Şirvana
hazırlıq görülən səfərlərdə tam şəkildə iştirakınızı boynunuza götürdüyünüzə görə
əvvəllər və hal-hazırda ixtiyarınızda olan Cəbəl əl-Fəth və Kurtumanı, Şəki
tərəfdən Qobu çay, Kaxet tərəfdən Qabırrı çayı və Kavaz suyu ətrafında olan
İnisel, Padar, Axilo, Bəy-Əhmədli, Lələli sizə qarşı mərhəmət və lütfkarlığımızın
əlaməti olaraq mükafatınız olur».
2
Fərmanda adı çəkilən Cəbəl əl-Fəth çox güman
ki, Böyük Qafqaz sıra dağlarını, Kurtuman çayı isə Qara-Tuban çayını bildirirdi.
Yeri gəlmişkən, rus müəllifi Poserbski Zaqatala dairəsinin sərhədlərindən bəhs
edərkən, Qara-Tuban çayının dairəni Telavi qəzasından ayırdığını qeyd edirdi.
3
Fərmanın gətirilən hissəsindən bəlli olur ki, göstərilən ərazilər, o
cümlədən Qabırrı (İori) çayınadək ərazilər (yəni Şirək çölü) artıq uzun zamandan
bəri camaatlıqların tərkibində idi və türk sultanı, sadəcə, mövcud status-kvonu
etiraf edirdi. Yeri gəlmişkən, tarixən camaatlıqların şimal-qərb hüdudları faktiki
olaraq Gürcüstanın indiki Laqodexi rayonunun ərazisini də əhatə edirdi: sənədlərdə
20
21
Qara-tuban çayının (hal-hazırda Laqodexi və Telavi rayonları ərazisindən keçən
çay) mahalın şimal-qərb sərhədi kimi göstərilməsi də dediklərimizi təsdiqləyir.
İlisu sultanlığının sərhədlərinə gəldikdə isə, o şərqdən Qanlı-qobu çayı ilə
Şəki xanlığından, qərbdən isə Qapı çay və Muxax çay ilə Car-Balakən
camaatlıqlarından ayrılırdı. Sultanlığın cənub sərhədini Alazan çayı təşkil edirdi.
Onun şimal hüdudları Qafqaz sıra dağlarınadək uzanaraq, Samur çayının yuxarı
hövzəsini də əhatə edirdi.
4
Car-Balakən camaatlıqları və İlisu sultanlığı Rusiya tərəfindən 1803-
1804-cü illərdə işğal edilmişdi. Lakin 1830-cu ilədək bu qurumlar öz nisbi
sərbəstliklərini saxlamışdılar: yalnız həmin ildə bölgədə üsyan yatırıldıqdan sonra
Car vilayəti yaradıldı və onun idarəçiliyi Qafqaz baş komandanı tərəfindən təyin
olunan xüsusi orqana həvalə edildi. Vilayət rəisinə 1844-cü ilədək öz nominal
mövcudluğunu qoruyub saxlayan İlisu sultanlığı da tabe idi.
1840-cı ilin aprelində Cənubi Qafqazda inzibati islahat haqqında qanun
verildi. Ona əsasən çar hökuməti bir sıra Azərbaycan torpaqlarını yenicə təsis
edilən Gürcüstan-İmeretiya quberniyası tərkibinə daxil etmişdi. Car vilayəti də
Balakən qəzası adı altında həmin quberniyaya aid edildi. Lakin bu hal uzun
sürmədi: 1842-ci ildə Car-Balakənə baş çəkən hərbi nazir knyaz Çernışev, «yeni
qaydanın əhalinin anlayışlarına nə dərəcədə uyğun gəlmədiyinə şəxsən əmin oldu
və qəza idarəsinin hərbi qərargah zabitinə tabe olmaqla və hərbi-məhkəmə
komissiyasını təsis etməklə... dairə idarəsi ilə əvəz olunması haqqında əmr verdi».
5
1844-cü ildə, ləğv edilmiş İlisu sultanlığının da bir hissəsi daxil olmaqla Car-
Balakən hərbi dairəsi yaradıldı. Sultanlığın digər - dağlıq hissəsi isə Samur
dairəsinin tərkibinə verildi.
6
1860-cı ilin aprelində dərc olunmuş «Dağıstan vilayətinin idarəçiliyi
haqqında əsasnaməyə» əsasən Car-Balakən hərbi dairəsi başda dairə rəisi olmaqla
Zaqatala dairəsinə təbdil edilirdi. Dairə rəisi Yuxarı Dağıstanın hərbi rəisinə,
sonuncusu isə hərbi cəhətdən Dağıstan vilayəti rəisinə, mülki cəhətdən isə
bilavasitə Qafqaz canişininə tabe idi. 1864-cü ildə dairə rəisinə daxili
idarəçilikdə qubernator səlahiyyətləri verilmişdi.
Zaqatalada «hərbi-xalq idarəçiliyi» adlanan idarəetmə sistemi tətbiq
edilmişdi. Belə bir sistem üçün bütün mülki hakimiyyətin hərbi məmurların əlində
cəmləşməsi səciyyəvi idi; digər tərəfdən o, kənd icmalarının idarəçiliyini, habelə
qəza idarəsinin aşağı vəzifələrini nüfuzlu yerli sakinlərə həvalə etməklə müəyyən
elastiklik nümayiş etdirmiş olurdu.
7
Zaqatala dairəsində qeyd olunan idarəçilik sistemi müəyyən
dəyişikliklərlə 1917-ci ilə qədər saxlanılmışdı.
Yeri gəlmişkən, bir məsələyə də qısaca toxunmaq istərdik. Bəzən
belə bir fikir səslənməkdədir ki, Zaqatala dairəsi inzibati planda Tiflis
quberniyasına tabe idi. Hətta qonşu Gürcüstanda dərc olunmuş tarixi-coğrafi
xəritələrdə sözügedən dairə məhz Tiflis quberniyasının tərkibində göstərilir.
Dostları ilə paylaş: |