34
RAYON BÖLMƏLƏRİNİN İNKİSAFI
Məqsəd
Proqramın məqsədi sosial və sağlamlığın faktorlarını nəzərə almaqla icmalarda
imkansızlığın azaldılmasına nail olmaıq məqsədi ilə Azərbaycan Qızıl Aypara
Cəmiyyətinn ümumi strukturlarının və imkanlarının gücləndirilməsi
Fəaliyyətlər
-2009 cu il ərzində yerli İcra Hakimiyyətləri, bələdiyyələr, beynəlxalq və yerli
təşkilatlar ilə əməkdaşliq davam etdirilib. Adı çəkilən təşkilatların
nümayyəndələri AzQAC tərəfindən keçirilən treyninqlərdə mütəmadi olaraq
iştirak edib.
-Gəncə, Zaqatala, İmişli və Xanlar Rayon bölmələrinin imkanlarının
qiymətləndirilməsi aparılmış və onun nəticəsi olaraq “İcmalarda ehtiyacların
qiymətləndirilməsi”, “Layihələrin planlaşdırılması və idarə edilməsi”,
”Monitorinq və Hesabatlılıq” və “ilk yardim”üzrə 170 nəfər işçi və könüllü üçün
5 treyninq kecirilmişdir.
-Həmçinin 1 “ictimai əlaqələr” və Qızıl Aypara Cəmiyyətinin fəaliyyətinə dair
həmin rayon bolmələri üçün treyninqlər keçirilmişdir.
-Gəncə, Zaqatala, İmişli və Xanlar RB –ri tərəfindən icmlarda “Ümumdünya
Qızıl Xaç və Qızıl Aypara Günü”, “Beynəlxalq Sağlamlıq günü”, Siqaret və TB
əleyhinə kampaniya və tədbirlər keçirilmişdir. Bütün bu tədbirlərdə
ümumilikldə 750 nəfər icma üzvü iştirak etmiş.
35
-Qızıl Aypara bölmə könüllüləri İlk yardim üzrə 1735 nəfərə təlim vermişlər və
daha 2800 nəfərə isə profilaktik sağlamliq üzrə təhsil verilmişdir. “Beynəlxalq
İlk Yardim Günün”də İcmlarda 4 İlk yardım kampaniyasi kecirilmiş və 3
səhiyyə maarifi kampaniyası təşkil edilmişdir.
-Həmçinin bu layihə çərçivəsində bütün icmalarda 4 tədbirlərdə kecirilmiş 100
icma üzvü fəal surətdə iştirak etmişdir.
May ayında Gürcüstan respublikasinda “Sosial yardim” mövzusuna həsr
olunmuş treyninqdə layihənin koordinatoru da iştirak etmişdir.
Nailiyyətlər
-Azərbaycan Qızıl Aypara Cəmiyyətləri Federasiyasının birgə keçirdiyi
Qiymətləndirmə Milli Cəmiyyətinin imkanlarının geniş mənzərəsini verməyə
imkan vermişdir. Bölmələrin material və texniki imkanlarını da yaxşilaşdırmaq,
bu da Qızıl Aypara işçilərinin və könüllülərinin özünə inamı, maraq və
motivasiyanı artırmışdır. İnternetdən istifadə imkanı dahada çox könüllərin
bölmə fəaliyyətinə cəlb etmişdir.
-Gəncə, Zaqatala, İmişli və Xanlar bölmələri könüllülərin idarəedilməsini
güclənəndirmişdirlər. Onlar bölmə inkişafi işində hər bir könüllünün rolulu təyin
etmişlər. Bütün könünllər məlumat bazasına qeydiyyata alınmışlar.
-Yerli İcra hakimiyyətləri ilə əmkdaşlıq güclədirilmişdir. Layihədən əvvəl
bölmələr yalniz ərzaq və dərman preparatlarının bölüşdürülməsi işinə cəlb
olunmuşdur, hazırda onların işi İlk yardim, səhiyyə maarifi və humanitar
dəyərlərin yayımlanması kimi sahələri əhatə edir. Bölmələr həmçinin, müxtəlif
sosial fəaliyyətlərə başlamışlar. Bölmələrdən alınan maliyyə və fəaliyyət
hesabatları yaxşılaşmışdır. QAC-nin bölmələri cəmiyyətin bölmələri öz
fəaliyyətində iştirak edən qadın və gənclərin sayını artıra bilmişlər. Layihənin
ilkin mərhələsində təkcə 200 qadın və 76 gənc iştirak edirdi. Layihənin sonunda
isə bu rəqəm artmışdir. Belə ki, 800-dən artıq qadın və 520 gənc profilaktik
sağlamlig, ilk yardım və bacarıgların təlimi sahəsində Qızıl Aypara Cəmiyyəti
ilə birgə calışmışdır.
-29 nəfər könüllü “İcmalarda ehtiyacların qiymətləndirilməsi, 26 nəfər İcma
könüllüləri “Sağlаmliq” üzrə 27 nəfər işçiləri “Layihənin planlaşdırılması və
idarə edilməsi” və 22 nəfər RB könüllüsü “Sosial qayği” üzrə 6 təlim keçərək
bilik və bacarıqlarını artırmışlar.
Icmalarda keçirilən tədbirlərdə ümumiyyətlə 3750 icma üzvü fəal iştirak
etmişdir ki, bu da icmalarda AzQAC-a olan maraqlarının artırılmasıdır.
Problemlər
36
•
Hazırki layihə çərçivəsində aparılan icma iştiraklı inkişaf üsulu Qızıl Aypara
Cəmiyyətinin yerli bölmələri üçün yeni bir üsul idi. Bəzi bölmələrin işçi heyəti
üçün bunu qəbul etmək və başa düşmək bir qədər mürəkkəb olmuşdur.
•
RB-nin ucqar kəndlərdə yerləşən icmalara səfələrinin sayı bir qədər azalmış və
orada monitorinqi vaxtında keçirmək mümkün olmamışdır. Bunun əsas səbəbi
proqram daxilində Federasiya tərəfindən yanacaq xərclərinin dayandırılması
olmuşdur.
Tövsiyələr
•
İştiraklı İcma İnkişafı metodlu RB-nin inkişafının AzQAC-ın Strateji Planında
xüsusi yerinin olması və 2008-2010-cu il üçün hazırlanacaq Strateji Planına
salınması tövsiyə edilir.
•
2010-cu ildə yeni Rayon Bölmələrinin seçilməsi nəzərdə tutulur ki, bununla da
artıq bu layihəyə cəlb olunan Rayon bölmələrinin sayının 22-ə çatması
gözlənilir, bu da AzQAC RB-nin təxminən 25%-ı deməkdir.
HUMANİTAR YARDIM
Məqsəd:
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin imkanlarını və insanlığın gücünü
səfərbər edərək, yardıma ehtiyacı olan ahıl, tənha-xəstə, qaçqın və məcburi
köçkün ailələrə, aztəminatlı və təbii fəlakətlərdən zərər çəkmiş zavallı insanlara
müxtəlif formada köməklik göstərmək, humanitar dəyərləri rəhbər tutaraq
insanlar arasında bir-birlərinə köməklik etməsini aşılamaq;
Fəaliyyət:
Azərbaycan QAC Katibliyinə, Regional Mərkəzlərə və yerli bölmələrə
çoxlu sayda ərizə, telefon zəngləri və müxtəlif səpkili müraciətlər daxil olur.
Milli Cəmiyyət humanist prinsipləri rəhbər tutaraq, həmişə olduğu kimi
müraciətlərə fərdi qaydada baxır, hər müraciət barəsində müvafiq qərar qəbul
olunur və imkan daxilində yardım göstərilir.
Azərbaycan QAC-ın Prezidenti Novruz Aslanovun təsdiq etdiyi cədvələ
uyğun olaraq, Cəmiyyətin rəhbərliyinin və Katibliyin humanitar yardım
şöbəsinin əməkdaşının iştirakı ilə Bakı Regional Mərkəzində yardıma ehtiyacı
olan aztəminatlı insanların qəbulu təşkil edilir. Rayon bölmələrində belə
qəbulların keçirilməsi, Katibliyin Humanitar Yardım şöbəsi tərəfindən daim
tövsiyyə olunur. Son illər bu cür qəbulların keçirilməsi bir çox yerli bölmənin
fəaliyyətində öz əksini tapmışdır.
Cəmiyyətin missiyasına aidiyyatı olan zavallı insanların rayonlar üzrə
sayının müəyyənləşdirilməsi və qeydiyyat siyahılarının tərtibi işi daima davam
etdirilir. Aztəminatlarının müəyyənləşdirilməsi və qeydiyyata alınması
yarli bölmələrin fəaliyyət istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti Humanist prinsipləri rəhbər tutaraq həmişə
olduğu kimi, bu gün də əhalinin aztəminatlı təbəqəsinə, xroniki xəstələrə ahıl-