43
azaldılmasıdır. 2009-cu ildə “TOM” layihəsi aşağıdakı cəbhəyanı kəndlərdə
həyata keçirilmişdir:
Ağstafa rayonu – Köhnə Qışlaq kəndi;
Ağdam rayonu – Zəngişalı kəndi;
Tərtər rayonu – Əskipara, Qaradağlı kəndləri
Mina Üzrə Maarifləndirmə
2009-cu ildə AzQAC tərəfindən həyata keçirilmiş “TOM” layihəsində (3
rayondan 4 kənddə) hər bir oyun meydançasına minalar və PHS əleyhinə
üzərində şüarlar yazılmış və rəsmlər çəkilmiş müxtəlif maarifləndirici lövhələr
quraşdırılmışdır. Bu lövhələr vasitəsilə uşaqlar mina təhlükəsi barədə bilavasitə
xəbərdar ola bilərlər. Bundan əlavə AzQAC ANAMA tərəfindən hazırlanmış
mina üzrə maarifləndirici vəsaitləri (yüzlərlə bloknotlar, qələmlər, təqvimlər,
kitablar, plakatlar və s.) özünün cəbhə bölgəsində fəaliyyət göstərən 10 Rayon
Bölməsinin (Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Göygöl, Goranboy, Tərtər,
Ağdam, Ağcabədi, Füzuli) könüllüləri vasitəsilə mina / MPQ təhlükəsi yüksək
sayılan kəndlərdə yaymışdır.
AzQAC və ANAMA arasında əməkdaşlıq
2007-ci il dekabr ayında AzQAC və ANAMA arasında “Mina / MPQ
Hadisələri və Qurbanları, eləcə də Minadan Zərərçəkmiş İnsanların Ehtiyacları
Haqqında Məlumatların Toplanması” üzrə imzalanmış rəsmi Razılaşma
Memorandumuna əsasən Milli Cəmiyyət 2009-cu il ərzində mina / MPQ
partlaması hadisəsi və bu hadisələrdə mina qurbanlarına çevrilən bütün şəxslər
haqda məlumatları toplayaraq ANAMAya təqdim etmişdir. 2009-cu ilin dekabr
ayında AzQAC-ın və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) təşkilatçılığı
ilə Bakı şəhərində Milli Cəmiyyətin “Mina / MPQ Hadisələri və Qurbanları,
eləcə də Minadan Zərərçəkmiş İnsanların Ehtiyacları Haqqında Məlumatların
Toplanması” fəaliyyətinə cəlb olunmuş 10 rayon bölmə sədrinə ANAMA
mütəxəssisləri tərəfindən 1 günlük təkmilləşdirmə kursu təşkil olunmuşdur.
2009-cu il ərzində AzQAC və ANAMA arasında 4 (rüblük olaraq)
koordinasiya görüşü keçirilmişdir. Görüşlərdə yuxarıda göstərilən birgə
fəaliyyətə və digər ümumi fəaliyyətlərə dair müzakirələr aparılmış və təklif
olunmuşdur ki, 2010-cu ildə də tərəflər bu əməkdaşlığı davam etdirsinlər.
Mina / MPQ partlayışı nəticəsində ailə başçısını itirmiş ailələrin hadisədən
sonrakı sosial durumunun qismən də olsa bərpası
2009-cu ildən başlayaraq AzQAC “Mina Partlayışı Zamanı Ailə Başçısını
İtirmiş Ailələrə Sosial Dayaq” layihəsinə start vermişdir. Bu layihə çərçivəsində
AzQAC BQXK-nin maliyyə dəstəyi ilə Tərtər, Qazax, Ağstafa və Tovuz
rayonlarında belə ailələrlə tədqiqat işini reallaşdırmışdır. ANAMAnın AzQACa
təqdim etdiyi bu kimi ailələrlə bağlı mövcud olan statistika üzrə aparılmış
tədqiqatda real olaraq hazırda sosial durumu çox aşağı olan ailələr layihə üçün
44
qeydə alınmışdır. Tərtər rayonu üzrə 16 ailə, Qazax rayonu üzrə 6 ailə, Ağstafa
rayonu üzrə 7 ailə və Tovuz rayonu üzrə 1 ehtiyaclı ailə qeydə alınmışdır.
AzQAC tərəfindən bütün rayonlar üçün layihələr hazırlanmış və tərəfdaşlıq
etmək üçün donorlarla müzakirələrə təqdim edilmişdir.
2009-cu ilin iyul ayında AzQAC ABŞ-nın Azərbaycandakı Fövqəladə və
Səlahiyyətli səfiri xanım Anne Derse ilə əməkdaşlıq edərək Tovuz rayonundan
bu layihə üçün qeydiyyata alınmış yeganə ailəyə sosial dayaq olmaq məqsədilə
1 baş iribuynuzlu heyvan (inək) və bu heyvanın 1 illik müddətə yem tədarükünü
təqdim etmişdir.
2009-cu il ərzində Tərtər rayonu üzrə mina və PHS partlaması nəticəsində
zərər çəkmiş ailələrdən olan 13 nəfər gənc AzQAC Tərtər rayon bölməsinnin
nəzdində fəaliyyət göstərən “Gənclər Mərkəzində” təmənnasız olaraq
kompyuter biliklərinə yiyələnərək sertifikatlar əldə etmişlər.
KİV-lə iş
AzQAC-ın mətbu orqanı olan “Yeni Təfəkkür” qəzeti və Milli
Cəmiyyətin rəsmi veb-səhifəsi (
www.redcrescent.az
) vasitəsilə görülən işlər
barədə geniş ictimaiyyət mütəmadi olaraq məlumatlandırılmışdır. Bundan əlavə
olaraq AzQAC Silahlara Qarşı Mübarizə proqramı üzrə həyata keçirilən bütün
mühüm tədbirləri Azərbaycanın rəsmi dövlət və özəl televiziya kanalları ilə
işıqlandırmışdır. Bu proqram çərçivəsində fəaliyyətlərə cəlb olunmuş cəbhəyanı
rayonların əsas mətbu orqanları da AzQAC-nin bu sahədə həyata keçirdiyi
fəaliyyətlər haqda mütəmadi olaraq məqalələr dərc edirlər.
Digər əməkdaşlıq
2009-cu ildə AzQAC Silahlara Qarşı Mübarizə proqramı çərçivəsində ən
sıx əməkdaşlığı BQXK ilə həyata keçirmişdir. BQXK tərəfindən bu proqram
texniki və maliyyə dəstəyi almışdır. AzQAC Silahlara Qarşı Mübarizə
proqramının məsləhətçisi mütəmadi olaraq BQXKnin Azərbaycandakı
Nümayəndəliyində bu sahəyə məsul olan müvafiq nümayəndələrlə görüşlər
keçirmiş, müzakirələr etmişdir.
“TOM” layihəsi və digər fəaliyyətlərlə əlaqədar olaraq il ərzində AzQAC
Silahlara Qarşı Mübarizə proqramının məsləhətçisi BQXK, BQXQACF
(Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası), Almaniya
Qızıl Xaç Cəmiyyəti, ANAMA, AzCBL (Minalar Əleyhinə Azərbaycan
Kampaniyası İctimai Birliyi), HOMS, Norveç Krallığının Azərbaycandakı
Səfirliyi, BAMF (Beynəlxalq Avrasiya Mətbuat Fondu), Trans Global LTD və s.
təşkilatlarla görüşlər keçirmiş, layihələr ətrafında müzakirələr aparmış, seminar,
treyninq və konfranslarda iştirak etmişdir.
Beynəlxalq görüşlər