Annual Report 2009 last version



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə17/18
tarix25.03.2018
ölçüsü0,5 Mb.
#33234
1   ...   10   11   12   13   14   15   16   17   18

43 

azaldılmasıdır.  2009-cu  ildə  “TOM”  layihəsi  aşağıdakı  cəbhəyanı  kəndlərdə 

həyata keçirilmişdir: 

Ağstafa rayonu – Köhnə Qışlaq kəndi; 

Ağdam rayonu – Zəngişalı kəndi; 

Tərtər rayonu – Əskipara, Qaradağlı kəndləri 



 

Mina Üzrə Maarifləndirmə       

2009-cu  ildə  AzQAC tərəfindən  həyata keçirilmiş “TOM”  layihəsində  (3 

rayondan  4  kənddə)  hər  bir  oyun  meydançasına  minalar  və  PHS  əleyhinə 

üzərində  şüarlar  yazılmış  və  rəsmlər  çəkilmiş  müxtəlif  maarifləndirici  lövhələr 

quraşdırılmışdır. Bu  lövhələr  vasitəsilə  uşaqlar  mina təhlükəsi barədə bilavasitə 

xəbərdar  ola  bilərlər.  Bundan  əlavə  AzQAC  ANAMA  tərəfindən  hazırlanmış 

mina  üzrə  maarifləndirici  vəsaitləri  (yüzlərlə  bloknotlar,  qələmlər,  təqvimlər, 

kitablar,  plakatlar  və  s.)  özünün  cəbhə  bölgəsində  fəaliyyət  göstərən  10  Rayon 

Bölməsinin  (Qazax,  Ağstafa,  Tovuz,  Gədəbəy,  Göygöl,  Goranboy,  Tərtər, 

Ağdam,  Ağcabədi,  Füzuli)  könüllüləri  vasitəsilə  mina  /  MPQ  təhlükəsi  yüksək 

sayılan kəndlərdə yaymışdır.     

 

AzQAC və ANAMA arasında əməkdaşlıq 

 

2007-ci  il  dekabr  ayında  AzQAC  və  ANAMA  arasında  “Mina  /  MPQ 

Hadisələri  və  Qurbanları,  eləcə  də  Minadan  Zərərçəkmiş  İnsanların  Ehtiyacları 

Haqqında  Məlumatların  Toplanması”  üzrə  imzalanmış  rəsmi  Razılaşma 

Memorandumuna  əsasən  Milli  Cəmiyyət  2009-cu  il  ərzində  mina  /  MPQ 

partlaması  hadisəsi  və  bu  hadisələrdə  mina  qurbanlarına  çevrilən  bütün  şəxslər 

haqda  məlumatları toplayaraq  ANAMAya  təqdim etmişdir. 2009-cu  ilin  dekabr 

ayında  AzQAC-ın  və  Beynəlxalq  Qızıl  Xaç  Komitəsinin  (BQXK)  təşkilatçılığı 

ilə  Bakı  şəhərində  Milli  Cəmiyyətin  “Mina  /  MPQ  Hadisələri  və  Qurbanları, 

eləcə  də  Minadan  Zərərçəkmiş  İnsanların  Ehtiyacları  Haqqında  Məlumatların 

Toplanması”  fəaliyyətinə  cəlb  olunmuş  10  rayon  bölmə  sədrinə    ANAMA 

mütəxəssisləri tərəfindən 1 günlük təkmilləşdirmə kursu təşkil olunmuşdur. 

2009-cu  il  ərzində  AzQAC  və  ANAMA  arasında  4  (rüblük  olaraq) 

koordinasiya  görüşü  keçirilmişdir.  Görüşlərdə  yuxarıda  göstərilən  birgə 

fəaliyyətə  və  digər  ümumi  fəaliyyətlərə  dair  müzakirələr  aparılmış  və  təklif 

olunmuşdur ki, 2010-cu ildə də tərəflər bu əməkdaşlığı davam etdirsinlər.  

 

Mina  /  MPQ  partlayışı  nəticəsində  ailə  başçısını  itirmiş  ailələrin  hadisədən 

sonrakı sosial durumunun qismən də olsa bərpası 

 

2009-cu ildən başlayaraq AzQAC “Mina Partlayışı Zamanı Ailə Başçısını 



İtirmiş Ailələrə Sosial Dayaq” layihəsinə start vermişdir. Bu layihə çərçivəsində 

AzQAC  BQXK-nin  maliyyə  dəstəyi  ilə  Tərtər,  Qazax,  Ağstafa  və  Tovuz 

rayonlarında belə ailələrlə tədqiqat işini reallaşdırmışdır. ANAMAnın AzQACa 

təqdim  etdiyi  bu  kimi  ailələrlə  bağlı  mövcud  olan  statistika  üzrə  aparılmış 

tədqiqatda  real  olaraq  hazırda  sosial  durumu  çox  aşağı  olan  ailələr  layihə  üçün 



44 

qeydə alınmışdır. Tərtər rayonu üzrə 16 ailə, Qazax rayonu üzrə 6 ailə, Ağstafa 

rayonu  üzrə  7  ailə  və  Tovuz  rayonu  üzrə  1  ehtiyaclı  ailə  qeydə  alınmışdır. 

AzQAC  tərəfindən  bütün  rayonlar  üçün  layihələr  hazırlanmış  və  tərəfdaşlıq 

etmək üçün donorlarla müzakirələrə təqdim edilmişdir.  

2009-cu  ilin  iyul ayında  AzQAC  ABŞ-nın Azərbaycandakı  Fövqəladə  və 

Səlahiyyətli  səfiri  xanım  Anne  Derse  ilə  əməkdaşlıq  edərək  Tovuz  rayonundan 

bu  layihə  üçün qeydiyyata alınmış  yeganə  ailəyə sosial dayaq olmaq  məqsədilə 

1 baş iribuynuzlu heyvan (inək) və bu heyvanın 1 illik müddətə yem tədarükünü 

təqdim etmişdir.    

2009-cu il ərzində Tərtər rayonu üzrə mina və PHS partlaması nəticəsində 

zərər  çəkmiş  ailələrdən  olan  13  nəfər  gənc  AzQAC  Tərtər  rayon  bölməsinnin 

nəzdində  fəaliyyət  göstərən  “Gənclər  Mərkəzində”  təmənnasız  olaraq 

kompyuter biliklərinə yiyələnərək sertifikatlar əldə etmişlər.   



  

 

KİV-lə iş 

 

AzQAC-ın  mətbu  orqanı  olan  “Yeni  Təfəkkür”  qəzeti  və  Milli 

Cəmiyyətin  rəsmi  veb-səhifəsi  (

www.redcrescent.az

)  vasitəsilə  görülən  işlər 

barədə geniş ictimaiyyət  mütəmadi olaraq məlumatlandırılmışdır. Bundan əlavə 

olaraq  AzQAC  Silahlara  Qarşı  Mübarizə  proqramı  üzrə  həyata  keçirilən  bütün 

mühüm  tədbirləri  Azərbaycanın  rəsmi  dövlət  və  özəl  televiziya  kanalları  ilə 

işıqlandırmışdır. Bu proqram çərçivəsində fəaliyyətlərə cəlb olunmuş cəbhəyanı 

rayonların  əsas  mətbu  orqanları  da  AzQAC-nin  bu  sahədə  həyata  keçirdiyi 

fəaliyyətlər haqda mütəmadi olaraq məqalələr dərc edirlər.  

 

Digər əməkdaşlıq 



 

2009-cu  ildə  AzQAC Silahlara Qarşı Mübarizə proqramı  çərçivəsində ən 

sıx  əməkdaşlığı  BQXK  ilə  həyata  keçirmişdir.  BQXK  tərəfindən  bu  proqram 

texniki  və  maliyyə  dəstəyi  almışdır.  AzQAC  Silahlara  Qarşı  Mübarizə 

proqramının  məsləhətçisi  mütəmadi  olaraq  BQXKnin  Azərbaycandakı 

Nümayəndəliyində  bu  sahəyə  məsul  olan  müvafiq  nümayəndələrlə  görüşlər 

keçirmiş, müzakirələr etmişdir. 

 

“TOM” layihəsi və digər fəaliyyətlərlə əlaqədar olaraq il ərzində AzQAC 



Silahlara  Qarşı  Mübarizə  proqramının  məsləhətçisi  BQXK,  BQXQACF 

(Beynəlxalq  Qızıl  Xaç  və  Qızıl  Aypara  Cəmiyyətləri  Federasiyası),  Almaniya 

Qızıl  Xaç  Cəmiyyəti,  ANAMA,  AzCBL  (Minalar  Əleyhinə  Azərbaycan 

Kampaniyası  İctimai  Birliyi),  HOMS,  Norveç  Krallığının  Azərbaycandakı 

Səfirliyi, BAMF (Beynəlxalq Avrasiya Mətbuat Fondu), Trans Global LTD və s. 

təşkilatlarla görüşlər keçirmiş, layihələr ətrafında müzakirələr aparmış, seminar, 

treyninq və konfranslarda iştirak etmişdir. 

 

Beynəlxalq görüşlər 



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə