Annual Report 2009 last version



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə16/18
tarix25.03.2018
ölçüsü0,5 Mb.
#33234
1   ...   10   11   12   13   14   15   16   17   18

41 

Fedarasiyası,  Beynəlxalq  Qızıl  Xaç  Komitəsinin  müntəzəm  olaraq  həyata 

keçirdiyi düşərgə layihələri misal göstərildi 

 

2009  cu  il  may  ayının  6-da  Azərbaycan  Qızıl  Aypara  Cəmiyyətinin  Miqrasiya 



şöbəsi tərəfindən Şuşanın işğalı ilə bağlı anım tədbiri keçirilmişdir. Tədbirə 9-12  

yaşlı    55  uşaq  5  fəal  könüllü  Beynəlxalq  Miqrasiya  təşkilatının  numayəndəsi 

Cəmiyyətin Miqrasiya şöbəsinin müdiri və digərləri iştirak etmişlər.Tədbirdə ilk 

olaraq Şuşanın erməni ekstremistləri tərəfindən işğalı anılıb. Uşaqlara mənəvi və 

psixoloji dəstək üçün ayparaçılar dənizkənarı Milli Parkda gəzinti və yeni təşkil 

olunmuş  atraksionlarda  iştirakını  təşkil  etmişlər.  Gəzintidən  sonra  uşaqlar  üçün  

Araz  kafesində  nahar  sufrəsi  təşkil  olunmuşdur.Tədbirdə  iştirak  edən  uşaqlar 

Azərbaycan  Qızıl  Aypara  Cəmiyyəti  tərəfindən  kiarəyəyə  götrülmüş  xüsusi 

avtobusla gətirilmiş və mənzil başına çatdırılmışdır. 

 

Azərbaycan  Qızıl  Aypara  Cəmiyyəti  hər  il  olduğu  kimi  bu  ildə  1  iyun 



“Uşaqların  Beynəlxalq  Müdafiə  Günü”  münasibətilə  silsilə  tədbirlər  həyata 

keçirir.  Belə tədbirlər  Cəmiyyətin daxili  imkanları   hesabına keçrilir  və əsasən 

qaçqın  və  məcburi  köçkün  valideyn  himayəsindən  məhrum  olmuş  fiziki  əqli 

qüsurlu  uşaqlar  üçün  müxtəlif  əyləncə  idman  və  rəngarəng  konsert 

proqramlarının  təşkili  ilə  müşaiət  olunur.  Belə  tədbirlər  onların  bir  qədər  öz 

problemlərini  unudaraq  uşaqlıq  illərini  daha  sevincli  yaşamasına  ümidləndirir. 

Belə  tədbirlərdən  biri  də  2009-cu  il  may  ayının  25-də  1iyun  “Uşaqların 

Beynəlxalq  Müdafiyə  Günü”  münasibətilə  Azərbaycan  Qızıl  Aypara 

Cəmiyyətinin  miqrasiya  şöbəsi  tərəfindən  Ağdam  rayonu  Quzanlı  qəsəbəsində 

yerləşən  məcburi köçkünlər  üçün salınmış  qəsəbənin 150 saylı  orta  məktəbində 

keçrilmişdir. Tədbirdə şagirdlərin iştirakı ilə futbol (oğlanlar )və volebol (qızlar 

)  yarışlarının  keçrilməsi  tədbiri  daha  maraqlı  və  həyacanlı  etdi.  Tədbirdə 

təşkilatçı  qismində  Azərbaycan  Qızıl  Aypara  Cəmiyyətinin  əməkdaşları  və 

Cəmiyyətin  Ağdam  rayon  bölməsinin  əməkdaşları  da  iştirak  etmişlər.  Tədbirdə 

100-dən  artıq  şagird  və  müəllim  kollektivinin  izlədiyi  maraqlı  idman 

yarışmasında  47  nəfər  uşaq  iştirak  etmişdir.Yarışdan  sonra  qalib  gələn 

komandalar 

Cəmiyyətin 

təqdim 

etdiyi 


kubok 

və 


hədiyyələrlə 

mükafatlandırılmışdır 

 

19-20  fevral  2009-cu  il  tarixlərində    Fransanın  Strasburq  şəhərində  Beynəlxalq 



Qızıl  Xaç  və  Qızıl  Aypara  Hərəkatının  Avropa  üzrə  fəaliyyət  göstərən  44  Mlli 

Qızıl  Xaç  və  Qızıl  Aypara  Cəmiyyəti  Miqrasiya  məsələlərinə  dair  beynəlxalq 

görüş  keçirmişlər.  Görüş  Fransa  Qızıl  Xaç  Cəmiyyəti  və  Avropa  Şurası 

tərəfindən  təşkil  olunmuşdur.  Avropa  Şurasının  qərargahında  təşkil  olunmuş 

beynəlxalq  görüşün  əsas  məqsədi  Beynəlxalq  Qızıl  Xaç/Q;z;l  Aypara 

Cəmiyyətləri  Federasiyasının  növbəti  2009-2019-cu  illər  üçün  miqrasiya  üzrə 

həyata  keçrirəcəyi  əsas  Strateji  plan  üçün  işçi  qrup  səviyyəsində  təkliflərin 

hazırlanması  və  ümumiyyətlə  beynəlxalq  maliyyə  böhranından  sonra  Avropa 

ərazisində  idarə  olunması  mümkün  olmayan  miqrantlarla  bağlı  Milli  Qızıl  xaç 



42 

və  Qızıl  Aypara  Cəmiyyətlərinin  dövlətlərlə  birgə  həyata  keçrəcəyi  yeni 

layihələrin müzakirə olunması idi.  

 

 

 

SİLAHLARA QARŞI MÜBARİZƏ 

 

Məqsəd: 

 

Respublikada  silahların  (mina,  müharibənin  partlayıcı  qalıqları–MPQ)

 

 

mülki  əhali  üçün  yaratdığı  problemlərin  həllində  aparıcı  təşkilatlardan  biri  olan 



Azərbaycan  Qızıl  Aypara  Cəmiyyətini  (AzQAC)  bu  sahədə  daha  fəal, 

təkmilləşmiş,  operativ  bir  qurum  kimi  tanıtmaq,  Respublikada  mina  və 

partlamamış  hərbi  sürsatlardan  zərər  çəkmiş  icmalarda  “Mina  Risklərinin 

Azaldılması” 

(cəbhəyanı 

kəndlərdə 

uşaqlar 

üçün  “Təhlükəsiz  Oyun 

Meydançaları”nı  (TOM)  quraşdırmaq),  “Mina  Üzrə  Maarifləndirmə”  işlərində 

ANAMA-ya  (Azərbaycan  Respublikası  Ərazilərinin  Minalardan  Təmizlənməsi 

Üzrə  Milli  Agentlik)      dəstək  olmaq,  “Mina/Müharibənin  Partlayıcı  Qalıqları 

(MPQ)  Hadisələri  və  Qurbanları,  eləcə  də  Minadan  Zərərçəkənlərin 

Ehtiyaclarına dair Məlumatların  Toplanması”  üzrə Milli Cəmiyyət  və  ANAMA 

arasında  imzalanmış  rəsmi  əməkdaşlıq  memorandumuna  əsasən  fəaliyyəti 

uğurla  davam  etdirmək,  “Mina  Qurbanlarına  Yardım”  strategiyası  çərçivəsində 

mina  və  MPQ  partlayışı  nəticəsində  ailə  başçısını  itirmiş  ailələrin  sosial 

vəziyyətinin  qismən  də  olsa  bərpa  olunması  istiqamətində  layihələr 

reallaşdırmaq, icmalar və ANAMA arasında vasitəçi rol oynamaq, mina / MPQ-

lərə  qarşı  fəaliyyət  göstərən  digər  yerli  və  beynəlxalq,  hökumət  və  qeyri-

hökumət təşkilatları ilə sıx əməkdaşlıq etmək. 



 

 

 

 

 

Fəaliyyət:    

 

Mina Risklərinin Azaldılması 

 

2009-cu  ildə  AzQAC  “HOMS”  (Heads  Of  Missions  Spouses  –  ölkədə 

fəaliyyət göstərən xarici ölkə diplomatlarının xanımlarının humanitar birliyi) ilə 

tərəfdaşlıq çərçivəsində cəbhə yaxınlığında yerləşən,  mina və MPQ problemləri 

ilə  üzləşən  3  kənddə,  Norveç  Krallığının  Azərbaycandakı  Səfirliyi  ilə 

əməkdaşlıq  çərçivəsində  isə  1  kənddə  uşaqları  mina  və  Partlamamış  Hərbi 

Sürsatlarla  (PHS)  qarşılaşma  risklərindən  qorumaq  məqsədilə  “TOM” 

quraşdırılaraq icmaların istifadəsinə verilmişdir.  

Layihənin əsas məqsədi uşaqları oynamaq üçün təhlükəsiz ərazilərdə oyun 

meydançaları  ilə  təmin  edərək  onların  mina  /  MPQ  ilə  qarşılaşma  risklərinin 




Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə