Annual Report 2009 last version



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə12/18
tarix25.03.2018
ölçüsü0,5 Mb.
#33234
1   ...   8   9   10   11   12   13   14   15   ...   18

31 

Nailiyyət: 

Mərkəzi  və  Regional  Gənc  Könüllülər  Şurasının  görüşlərinin  keçirilməsi 

nəticəsində  könüllülər  artiq  rayonlarda  koordinasiyanın  sərbəst  şəkildə  idarə 

olunmasina nail olub. 

 

 

 

 

GƏNCLƏR KOMİITƏSİ 

  

Məqsəd: 

 

 Azərbaycan  Qızıl  Aypara  Cəmiyyəti    Gənclər  Komitəsinin  (Az.QAC 

Gənclər  Komitəsi)  əsas  məqsədi    Beynəlxalq  Qızıl  Xaç  və  Qızıl  Aypara 

Hərəkatını  rəhbər  tutaraq  gənc  (uşaqlar,yeniyetmələr,məktəblilər,tələbələr,əlil 

uşaq  və  gənclər)  insanlar  arasında  Könüllülük  Hərəkatının  inkişafı,Beynəlxalq 

Humanitar dəyərlərinin aşılanması,sülh,qarşılıqlı hörməti və anlaşma ideyalarını 

geniş 


şəkildə  yaymaq,gənclərin  asudə  vaxtlarının  səmərəli  keçməsi 

məqsədilə,maarifləndirmə,  sağlam  həyat  tərzinin  formalaşması  və  mənəvi 

rifahını yüksəldilməsi sahəsində fəaliyyətlər həyata keçirməkdən ibarətdir. 

 

  



Fəaliyyətlər: 

 

  

2009-cu  ildə  AzQAC  Gənclər  komitəsi  zavallı  insanların  sosial 



vəziyyətinin  yaxşılaşdırılması  istiqamətində  bir  sıra  humanitar  fəaliyyət  həyata 

keçirmişdir. 

 

  

2009-cu  ilin  yanvar  ayında  “Yeni  il  münasibəti  ilə”  Binəqədidə 



məskunlaşmış  Xocalı rayonından olan 120 nəfər imkansız ailənin uşaqları üçün 

McDonald”sda 

tədbir 

keçirilmişdir. 



Uşaqlar 

McDonaldsda 

oyun 

atraksionlarında  əylənmiş,  onlara  müxtəlif  hədiyyələr  verilmiş,  sonda  uşaqlara 



“Yeni il”şənliyində iştirak etmək üçün biletlər təqdim edilmişdir.   

 

   



2009-cu  ildə  Az.QAC-ın  Gənclər  Komitəsi  tərəfindən  “Gənclər  günü  “ 

münasibəti  ilə  Bakı  şəhəri  Yasamal  rayonunda  yerləşən  gecə-gündüz  uşaq 

bağçasında  tərbiyə  alan  imkansız  ailələrin    uşaqları  üçün  tədbir  keçirilmişdir. 

Tədbir  zamanı  uşaqlar  kukla  teatırında  tamaşaya  baxmış,dəniz  kənarında 

yerləşən  əyləncə  mərkəzlərində  vaxtlarını  səmərəli  keçirmiş  və  onlara  nahar 

süfrəsi verilimşdir.   

 

AzQAC-ın 89-cu il dönümü ilə əlaqədar 07.03.09 tarixdə Əzizbəyov rayonunun 



Şüvəlan qəsəbəsində yerləşən Lal və kar internat məktəbində təhsil alan 50 nəfər 

uşaq  üçün  və  Kəlbəcər  rayonundan  olan  80  uşaq  üçün  McDonald'sda  tədbir 




32 

keçirilmişdir.Tədbirdə  uşaqlar  üçün  intellektual  yarışlar,  musiqili  əyləncəli 

proqramlar hazırlanmış və hədiyyələr təqdim olunmuşdur. 

  

AzQAC-ın  89-cu  il  dönümü  ilə  əlaqədar  Pirşağı  qəsəbəsində  Yel  xəstəliyindən 



əziyyət  cəkən  130  nəfər  uşaq  üçün  “Bizim  dünya  Sizin  hərəkat”adlı  şəkil 

müsabiqəsi  keçirilmişdir.  Çəkilən  şəkillərin  Uşaq  Qalereyasında  sərgisi 

keçirilmiş, qalib gələn uşaqlar mükafatlandırılmışdır. 

 

1iyun  ”Uşaqların  Beynəlxalq  müdafiəsi  günü”  ilə  əlaqədar  6№  uşaq 



xəstəxanasında 170  uşaq  və  AİDS-dən əziyyət çəkən 18  nəfər  uşaq  üçün  tədbir 

keçirilmişdir.Tədbir zamanı uşaqlara musiqili əyləncəli proqramları, intellektual 

oyunlar və s. təqdim edilmişdir. Sonda hər iki xəstəxanaya idman ləvazimatları, 

uşaqlara  müxtəlif  hədiyyələr  və  AİDS-dən  əziyyət  çəkən  uşaqlara  süni  qida 

məhsulları verilmişdir. 

 

13  sentyabr  “Ümumdünya  ilk  yardım  günü”ilə  əlaqədar  çətin  tərbiyyə  olunan 



qapalı  Uşaq  koloniyasında  tədbir  keçirilmişdir.  Tədbir  müsabiqə  xarakteri 

daşıyırdı. Müsabiqədə SOS uşaq kəndinin, “Uşaqdan-uşağa sülh şəbəkəsi”nin və 

uşaq  koloniyasının  uşaqları,  iştirak  edirdilər.  Sonda  qalib  gələn  komandalara 

hədiyyələr verilmişdir. 

 

15  sentyabr  “Bilik  günü”  ilə  əlqədar  Kəlbəcər  və  Xocalı  rayonlarından  olan  70 



nəfər  uşaq    üçün  Kainat  Gənclər  mərkəzinin  dəstəyi  ilə  tədbir 

keçirilmişdir.Tədbirin sonunda uşaqlara məktəbli cantaları və dərs ləvazimatları 

verilmişdir. 

 

TƏŞKİLATİ İNKİŞAF 

 

 



2009-cu  ilin  əvvəlindən  etibarən  QAC-nın  bütün  Regional  mərkəzlərinin  və 

yerli bölmələrinin iş və tədbirlər planı tərtib edilərək təsdiq edilmişdir. Ötən ilin 

illik  yekun  hesabatları  analiz  edilərək  nəticələr  müəyyən  edilmişdir.  QAC-nin 

XXIII Baş Məclisinə hazırlıqla əlaqədar 2009-cu ilin əvvəlindən etibarən QAC-

nın  bütün  Regional  mərkəzlərinin  və  yerli  bölmələrinin  iş  və  tədbirlər  planı 

tərtib  edilərək  nəticələr  müəyyən  edilmişdir.  Ötən  ilin  illik  yekun  hesabatları 

analiz  edilərək  nəticələr  müəyyən  edilmişdir.  QAC-nın  XXIII  Baş  Məclisinə 

hazırlıqla  əlaqədar  lazımi  sənədlər  qaydaya  salınmışdır.  Yerli  bölmələrdə 

Rəyasət  Heyətinin  iclaslarının  vaxtlı-vaxtında  keçirilməsi  təşkil  olunmuş,  iki 

yerli bölmədə (Cəlilabad, Gəbələ) kadr dəyişikliyi edilmişdir.  

 

 

2009-cu  ilin  mart  ayının  10-da  QAC-nın  89  illik  ildönümü  təntənəli 



surətdə  qeyd  edildi.  Tədbirin  keçirilməsi  üçün  Təşkilat  İdarəsinin  əməkdaşları 

lazımi  təşkilatı  məsələləri  həll  etmişdir.  QAC  Bakı  RM-ə  daxil  olan  yerli 

bölmələr  bu  tədbirlərin  keçirilməsində  yaxından  iştirak  etmişlər.  Eyni  zamanda 

digər  yerli  bölmələr  ildönümü  ilə  əlaqədar  bir  sıra  silsilə  tədbir  həyata 

keçirmişdir.  



33 

 

 



10 yerli bölmə səmərəli fəaliyyətlərinə görə AzQAC-nin Fəxri Fərmanları 

ilə təltif edilib. QAC üzrə ilk təşkilatların sayı 6125, üzvlərin sayı 265156 nəfər 

təşkil edir. 2009-cu il ərzində rüblər üzrə Regional koordinatorları ilə mütəmadi 

görüşlər 

keçirilmiş, 

gündəlik 

təşkilatı 

məsələlər 

diqqət 

mərkəzində 



saxlanılmışdır.  Yerli  bölmələrin  maddi-texniki  bazasının  möhkəmləndirilməsi 

istiqamətində  xeyli  işlər  görülmüşdür.  Belə  ki,  il  ərzində  7  bölmə  xidməti 

avtomobillə  təmin  edilmişdir.  31  yerli  İcra  Hakimiyyəti  orqanlarına  müvafiq 

məktublar göndərilmişdir.  

 

Təhsil  və  Səhiyyə  İdarələrində  təşkilatı  məsələlərlə  bağlı  mütəmadi  görüşlər 



keçirilmişdir. Müxtəlif idarə və müəssisələr tərəfindən daxil olmuş müraciətlərə 

baxılaraq aidiyyatı üzrə müvafiq tədbirlər görülmüşdür.  

 

 

2009-cu  ilin  maliyyə  planlarının  rüblər  üzrə  ödənişinin  təmin  olunması 



daim diqqət mərkəzində saxlanılmışdır. 

 

2009-cu  ilin  dekabr  ayının  8-də  Cəmiyyətin  XXIII  Baş  Məclisi  keçirildi.  Baş 



Məclisin  işində  bölgələrdən  seçilmiş  220  nəfər  nümayəndə  iştirak  etdi.  Baş 

Məclis  Cəmiyyətin  08  aprel  2008-ci  ildən  08  dekabr  2009-cu  il  tarixə  olan 

müddət  ərzində  görülmüş  işləri  müzakirə  edərək  qənaətbəxş  hesab  etdi.  Eyni 

zamanda  Baş  Məclis  İdarəetmə  Şurasının  və  Rəyasət  Heyətinin  yeni  tərkibini 

seçərək  təsdiq  etdi.  Baş  Məclis  həmçinin  QAC  Rəyasət  Heyətinin  il  ərzində 

keçirilən  iclaslarda  qəbul  etdiyi  qərarları  nəzərə  olaraq  təsdiq  etdi.  Beləliklə 

XXIII  Baş  Məclis  gündəlikdə  duran  əsas  məsələləri  müzakirə  edərək  öz  işinə 

yekun vurdu.  

 

İlk Təşkilatların sayı 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Üzvlərin sayı 


Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə