Annual Report 2009 last version



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə15/18
tarix25.03.2018
ölçüsü0,5 Mb.
#33234
1   ...   10   11   12   13   14   15   16   17   18

39 

haqqı və digər 

mənbədən daxil 

olan vəsaitlər 

hesabına 

gigiyenik dəstlər 

məcburi köçkünlər 

 

Cəmi: 

23798 

305864,13 

                       

Problemlər: 

1.

 



Humanitar  Yardım  məqsədi  ilə  lazım  olan  maliyyə  vəsaitinin  kifayət  qədər 

olmaması. 

2.  Humanitar  missiyanın  daha  keyfiyyətlə  yerinə  yetirilməsi  üçün  şöbənin 

nəqliyyat vasitəsinə ehtiyacı olması.

 

 

 



 

FANDREYZİNQ 

 

2009-cu  il  ərzində  Fandreyzinq  şöbəsi  gəlir  mənbələrinin  artırılması 



məqsədi  ilə  ölkə  daxili  bir  çox  əlaqələr  qurmuşdur.  Şirkətlər,  holdinqlər, 

təşkilatlarla müxtəlif istiqamətdə AZ.QAC-a məxsus layihələrin və Fandreyzinq 

siyasətinin  həyata keçirilməsinə dair görüşlər keçirilmişdir.   

Bir neçə layihə üçün daimi donorlarla əlaqələr möhkəmləndirilmişdir İanə 

qutularının sayı artırılıb 110-a  çatdırılmışdır. Almalı marketlərinin yeni açılmış 

5 mağazasına, NLT telekom satış mərkəzlərinə, Azza şirniyyat evlərinə, TİENS 

şirkətinin  baş  idarəsinə,  Sevimli  Dad  süd  və  ət  məhsullarının  butun 

mağazalarına,  Beutech  gözəllik  salonuna,  Sea  Vew  plaza,  Karamel  kafeyə, 

Kosmoland  uşaq  əyləncə  mərkəzinə  bu  il  yeni  ianə  qutuları  yerləşdirilmişdir. 

Nəinki  paytaxt  Bakıda,  eləcə  də  Sumqayıt  və  Gəncə  şəhərlərində  Almalı 

marketlərində  və ticarət  mərkəzlərində də  ianə qutuları quraşdırılıb. Qutulardan 

yığılan  vəsait  hesabına  Gənclər  komitəsinin,  səhiyyə  şöbəsinin,  humanitar 

şöbənin layihələri, eləcə də Azərbaycan QAC-a müraciət edən köməyə ehtiyacı 

olan  insanlara  müxtəlif  istiqamətdə  yardımlar    edilmişdir.  “Danone”  şirkəti  ilə 

onlara  məxsus  yoqurt  və  içəcəklərin  daimi  ərzaq  yardımı  ilə  bağlı  aparılan 

görüşlər  müsbət  həll  olunmuşdur.  Eləcə  də  Tiens  şirkəti  Azərbaycan  QAC-ın 

layihələrini  daim  dəstəkləyir,  buna  misal  olaraq  küçə  uşaqları  ilə  bağlı  sosial 

çarxın    və  Yeni  il  şənliyinin  “Daun”  sindromlu  uşaqlara    təşkilinin 

maliyyələşdirməsini  qeyd  edə  bilərik.  Müxtəlif  gənc  təşkilatlarla  da  əlaqə 

genişləndirilir.  Məsələn,  AGAT-ın  (  Azərbaycan  Gənclərinin  Avropaya 

İnteqrasiyası Təşkilatı) “Dost” layihəsinə Azərbaycan Qızıl Aypara Cəmiyyyəti 

və    Aqil  M.  Film  prodüsser  mərkəzi  dəstək  duraraq  gözdən  əlil  yeniyetmənin 

gözəl  səsə  malik  olduğunu  ortaya  çıxarıb  və  istedadını  əks  etdirən  sosial  yönlu 

qısa  metrajlı  sənədli  filmin  ərsəyə  gətirilməsi  ilə  nəticələnmişdir.    Fandreyzinq 

şöbəsinin Sənətim-Gələcəyim adlı layihəsinə Rotarakt klub adlı təşkilatla görüşü 

nəticəsində kimsəsiz  gənclərin 6 ay  müddətində sənətə  yiyələnməsi  üçün  5400 

manat məbləğində yardım etmişdir.  



40 

Azərsun  Holdinqlə  əlaqələr  daha  da  inkişaf  etdirilmiş,  bu  layihəyə  dəstək 

duraraq    Azərsun  2  gənci  işlə  təmin  etmişdir  və  Qızıl  Aypara  Cəmiyyətinin 

humanitar yönlü layihələrini dəstəkləyərək il ərzində bir neçə dəfə  qida yardımı 

etmişdır. Fandreyzinq şöbəsinin         Sənətim-Gələcəyim layihəsinə İran Islam 

Respublikasının  Azərbaycandakı  səfirliyi  dəstək  duraraq    5    kimsəsiz 

yeniyetmənin müxtəlif peşələrə tədrisə göndəriblər. Ümumiyyətlə 30 000 manat 

büdcəsi olan  bu  layihə 2 ay ərzində  uğurla  həyata keçmişdir.  Bu  layihədə  küçə 

uşaqlarının problemlərini əks etdirən Aqil M.Film produsser mərkəzinin çəkdiyi 

video filmin yayımı böyük rol oynamışdır.  

Azərbaycanda yüksək peşəkarlıqları ilə seçilən bu mərkəzin təqdim etdiyi 

filmə görə 10 kimsəsiz yeniyetmə  bu il sənətə yiyələnir və bəziləri də daimi iş 

yerləri  ilə  təmin  olunublar.  Bu  istiqamətdə        Aqil  M.  Film  prodüsser  mərkəzi 

Azərbaycan  QAC  ilə    Azərbaycanın  sosial  rifahı  naminə  daim  əməkdaşlığı 

davam  etdirəcəklərini  bildirmişlər.  Trans  Qlobal  şirkəti  ilə  də  uğürlu  danışıqlar 

nəicəsində  Qızıl  Aypara  Cəmiyyətinin  Silahlarla  mübarizə  şöbəsinin  TOM 

layihəsinin (6000 Azn)  şirkət tərəfindən ödənildi. Yalnız şirkətlər və təşkilatlar 

deyil  ölkəmizdə  fəaliyyət  göstərən  beynəlxalq  təşkilatlar  və  səfirliklərlə  də 

əlaqələr  qurulur,  onları  Qızıl  Aypara  Cəmiyyətinin  layihələri  ilə  mütəmadi 

olaraq tanış edir və məlumat verilir 

  

2009-cu  il  Fandreyzinq  şöbəsinin    gördüyü  işlər  nəticəsində  ianə 



qutularından  gələn  gəlir  artırılmış,  yeni  şirkətlərlə  əlaqələr  qurulmuş,  bəzi 

layihələr videofilm versiyası ilə işlənmiş və layihənin maliyyələşməsində özünü 

doğrultmuşdur.  İanələr  hesabına  az  təminatlı  ailələrə,  tənha  yaşayan  ahıllara, 

imkansız tələbələrə,  müxtəlif  xəstəlikdən əziyyət çəkən  insanlara  maddi  yardım 

edilmişdir.  

Fandreyzinq  şöbəsi  nəinki  maddi,  həmçinin  Azərbaycan  Qızıl  Aypara 

Cəmiyyətinin  Respublika  ərazisində  xüsusilə  də  müxtəlif  qurumlar,  şirkətlər, 

imkanlı şəxslər  və s. arasında real, şəffaf  humanitar  fəaliyyətlə  məşğul olan  bir 

təşkilat kimi tanınmasında da əvəzolunmaz rol oynayır.  

 

 

 

MİQRASİYA   

 

2009-cu  ildə  may  ayının  5-də  Azərbaycan  Qızıl  Aypara  Cəmiyyətinin  məsul 



işçiləri  ilə  Beynəlxalq  Miqrasiya  Təşkilatının  Azərbaycandakı  Missyiyasının 

Rəhbərliyi  arasında  iki  tərəfli  görüş  keçrilmişdir.  Görüşün  əsas  məqsədi 

Miqrasiya problemlərinin həlli istiqamətində Fəaliyyət göstərən hər iki təşkilatın 

bu  sahə  üzrə  rəhbərlərinin  tanışlığı  və  gələcək  əməkdaşlıq  üzrə  müzakirələrin 

aparılması  olmuşdur.  Görüş  zamanı  ilk  olaraq  Azərbaycan  Qızıl  Aypara 

Cəmiyyətinin nümayəndələri Milli Cəmiyyətin uzun illər boyu və hal-hazırda da 

Miqrasiya məsələləri üzrə həyata keçirdiyi ənənəvi layihələrdən bəhs edildi Belə 

layihələrə  qaçqın  və  məcburi  köçkün  soydaşlarımız  üçün  Azərbaycan  Qızıl 

Aypara  Cəmiyyəti,  Beynəlxalq  Qızıl  Xaç/Qızıl  Aypara  Cəmiyyətləri 



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə