18
tələb olunur;
•
vəsaitlər imkan daxilində ehtiyaca görə paylanır;
•
xərclər əvvəlcədən müəyyənləşdirilir, nəzərət olunur və
layihənin inkişafından asılı olaraq dəqiqləşdirilir.
Bu layihələrdə təsbit edilmiş müddətdə müəyyənləşdirilmiş
xərclərə əsasən zəruri vəsait tələb olunmaq şərtilə yüksək iqtisadi
nəticələr əldə etmək olar.
Sosial sistemin reformu, səhiyyə, aztəminatlı təbəqənin sosial
müdafiəsi, təbii və sosial fəlakətlarin nəticələrinin aradan
qaldırılma və sairə bu kimi layihələr sosial layihələr adlanır. Bu
layihələr aşagıdakı parametrlərlə xarakterizə olunurlar:
•
layihənin məqsədi müəyyənləşdirilir və layihədəki işlər
icra olunduqca məqsədlər bir-birilə əvəz olunur;
•
layihənin başlanğıc və son müddətləri əvvəlcədən
təxmini olaraq təyin olunur, müəyyən mərhələlərdən
sonra isə dəqiqləşdirilir;
•
layihənin xərcləri büdcədən asılı olaraq müəyynləşdirilir
•
ehtiyatlar tələbata uyğun olaraq verilir.
Sosial layihələr digər layihələrə nisbətən qeyri-müəyyən,
qeyri-səlis təbiətə malik olurlar.
4. Layihənin mühiti
Layihələr müəyyən təsirə məruz qalan dinamik mühitdə
yerinə yelirilir. Mühiti xarakterizə edən hər bir element - qanunlar,
standartlar, inkişaf təməyüllü qüvvələr və s. layihələrin
yaradılmasında və formalaşmasında müəyyən rol oynayırlar.
Layihələrin mühiti iki hissəyə bölünür:
•
daxili mühit
•
xarici və ya ətraf mühit.
Layihəyə bu mühitlərə məxsus olan parametrlər təsir
göstərirlər. Ətraf mühit faktorlarına coğrafi, ekoloji, sosial,
psixoloji, mədəni, siyasi, iqtisadi. maliyyə, hüquqi, təşkilati,
texnoloji və estetik aspektləri misal göstərmək olar. Daxili mühit
parametrlərinə isə layihədəki idarəetmə vasitələri, işlər,
müqavilələr, iştirakçılar, onların münasibətləri və s. digər
elementlər aiddir.
19
Hər bir mühit amilləri təhlil edilməli və əmsallandırılmalıdır
ki, bu faktorların layihəyə təsir dərəcələri müəyyənləşdirilsin. Bu
faktorlar layihəni dayanıqlıq vəziyyətindən çıxara bilər və müəyyən
şəraitlərdə layihələrin dağılmasına səbəb ola bilər.
Bi neçə il əvvəl yaranmış müəssisələr zaman keçdikcə öz
strukturunda müəyyən dəyişikliklər tələb edir. Hər bir dəvi§iklik
layihə şəklində həyəla keçirilir. Beləliklə, hər bir dəyişikliyi həyata
keçirmək üçün yeni bir layihə yerinə yetirmək lazım gəlir. Bu
səbəbdən həmin müəssissələr yeni layihələrin yaranmasını və
tətbiqini tələb edirlər. Bu tələblər nəticəsində layihələr dünyaya göz
açırlar.
Layihənin başlanma və son müddətləri olduğu üçün onun
«yaşayış dövrü» də mövcuddur. Əgər layihə yerinə yetirilməyə
başlanmışdırsa onda deyirlər ki, layihə «yaşamağa başladı».
Layihənin «yaşayış həyatı» sərbestdir. Layihə yerinə yetirilərkən
onun iştirakçıları bütün qüvvələrini layihənin məqsədinə yönəldirlər.
Onlar eyni problemlər daxilinda yaşayır və fəaliyyət göstərirlər.
Böyük müəssisə strukturuna daxil olan hər bir kiçik müəssisə adətən
layihə şəklində fəaliyyət göstərir.
Layihələrin yerinə yetirildiyi müddətdə müəssisə məhsul
istehsal edir və öz işini normal şəkildə davam etdirir. Layihaə də
müstəqil olaraq öz işini davam etdirir. Lakin layihə təşkilat
tərəfindən kənar qüvva kimi təsirə məruz qalır. Bu labüd bir
prosesdir və layihə məhz bu mühitdə yaşamalıdır. Ona görə də
layihələri bu təsirlərdən uzaqlaşdırmaq və ya azad etmək olmaz.
Layihəyə ətraf mühit kimi təsir edən təşkilati amillari nəzərdən
keçirək:
Təşkilatın rəhbərliyi: Layihə qarşısında qoyulan tələblərin
və onun əsas məqsədinin müəyyənləşdirilməsində təşkilatm rəhbəri
mühüm rol oynayır. Rəhbər ekspertlərin, mütəxəssislərin rəylərini,
təkliflərini nəzərə alaraq aşağıdaki tələbləri əsas götürür:
•
layihənin nəticəsinə tələb;
•
layihənin yerinə yetirilməsinə tələb;
•
layihənin məqsədinə və tələblərinə düzəlişlər metodikasi və
qaydası.
Maliyyə: Müəssisənin istehsal etdiyi məhsulun maya dəyəri
və satiş qiymətini nəzərə alaraq layihənin xərcləri müəyyənləşdirilir
və düzəlişlər aparılır.
20
Satış: Bazarda rəqabət prinsiplərini nəzərə alaraq layihə
qarşısında qoyulan tələblər formalaşır.
İstehsal: istehsal bazar ilə bağlıdır və aşağıdakı tələblər irəli
sürülür:
•
yeni texnologiya və avadanlıqlardan istifadə edilməsi;
•
dayanmış istehsal sahələrinin işə salınması;
•
müəyyən texnoloji xətlərin dayandırılmas;
•
bazar münasibətlərinə görə yeni layihə tələblərinin
müəyyənləşdirilməsi.
Maddi taminat: Istehsal olunmuş məhsulun bazarda
rəqabətədözümlük dərəcəsina uyğun olaraq layihə material, xammal
və qiymət kimi parametrlərin dəyişdirilməsini tələb edir.
İnfrastruktur: Bazar xidmətlərinə görə layihəyə yönəlmiş
tələblər müəyyənləşdirir. Bu tələblərə reklamlar, rabitə-
telekommunikasiya, informasiya və digər mühəndis işləri aiddir.
Ekologiya: Layihənin və ya onun məhsulunun ətraf mühitə
olan təsiri və tullantılar ilə bağlı olan tələblərdir.
Göstərilən ətraf mühit parametrlərinin təhlilinə əsasan layihə
rəhbərinin, menecerin və onun komandasının qarşısında aşağıdak
məsələlər durur:
•
layihə qarşısında qoyulan tələblər çoxluğu;
•
bütün maraqlı tərəflərin və layihənin iştirakçılarının layihə
haqqında məlumatlandırılması;
•
layihayə olan tələblər haqqında yığılan məlumatların həcimi
və formasınn müəyyənləşdirilməsi;
•
mühitin
layihəyə
təsiretmə
dərəcəsi
dinamikasnın
proqnozlaşdırılması;
•
tələblərin prioritetlər əsasında müəyyənləşdirilməsi və
ierarxik strukturunun qurulması.
Layihələrin yerinə yetirildiyi və aid olduğu müəssisənin
mühiti layihəyə birbaşa olmasa da, dolayı yolla təsir edir. Layihənin
miqyası nə qedər böyük olarsa ona təsir edən qüvvələrin sayı bir о
qədər də çox olur.
Beynəlxalq layihələrin və ya xarici ölkələrin iştiraki ilə
yerinə yctirilən layihələrdə diqqət mərkəzində olan faktorları
nəzərdən keçirək:
Siyasi faktorlar:
siyasi stabillik
Dostları ilə paylaş: |