Anpassung des lehrbetriebs an den



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə6/33
tarix11.07.2018
ölçüsü0,79 Mb.
#54838
1   2   3   4   5   6   7   8   9   ...   33

18 
 
tələb olunur; 

 
vəsaitlər imkan daxilində ehtiyaca görə paylanır; 

 
xərclər  əvvəlcədən  müəyyənləşdirilir,  nəzərət  olunur  və 
layihənin inkişafından asılı olaraq dəqiqləşdirilir. 
Bu  layihələrdə  təsbit  edilmiş  müddətdə  müəyyənləşdirilmiş 
xərclərə  əsasən  zəruri  vəsait tələb olunmaq  şərtilə  yüksək  iqtisadi 
nəticələr əldə etmək olar. 
Sosial sistemin reformu, səhiyyə, aztəminatlı təbəqənin sosial  
müdafiəsi,  təbii  və  sosial  fəlakətlarin  nəticələrinin  aradan 
qaldırılma  və  sairə  bu  kimi  layihələr  sosial  layihələr  adlanır.  Bu 
layihələr aşagıdakı parametrlərlə xarakterizə olunurlar: 

 
layihənin  məqsədi  müəyyənləşdirilir  və  layihədəki  işlər 
icra olunduqca məqsədlər bir-birilə əvəz olunur

 
layihənin  başlanğıc  və  son  müddətləri  əvvəlcədən 
təxmini  olaraq  təyin  olunur,  müəyyən  mərhələlərdən 
sonra isə dəqiqləşdirilir; 

 
layihənin xərcləri büdcədən asılı olaraq müəyynləşdirilir 

 
ehtiyatlar tələbata uyğun olaraq verilir. 
Sosial  layihələr  digər  layihələrə  nisbətən  qeyri-müəyyən, 
qeyri-səlis təbiətə malik olurlar. 
 
4. Layihənin mühiti 
 
Layihələr  müəyyən  təsirə  məruz  qalan  dinamik  mühitdə 
yerinə  yelirilir.  Mühiti  xarakterizə  edən  hər  bir  element  -  qanunlar, 
standartlar,  inkişaf    təməyüllü  qüvvələr  və  s.  layihələrin 
yaradılmasında və formalaşmasında müəyyən rol oynayırlar. 
Layihələrin mühiti iki hissəyə bölünür: 

 
daxili mühit 

 
xarici və ya ətraf mühit. 
Layihəyə  bu  mühitlərə  məxsus  olan  parametrlər  təsir 
göstərirlər.  Ətraf  mühit  faktorlarına  coğrafi,  ekoloji,  sosial, 
psixoloji,  mədəni,  siyasi,  iqtisadi.  maliyyə,  hüquqi,  təşkilati, 
texnoloji  və  estetik  aspektləri  misal  göstərmək  olar.  Daxili  mühit 
parametrlərinə  isə  layihədəki  idarəetmə  vasitələri,  işlər, 
müqavilələr,  iştirakçılar,  onların    münasibətləri  və  s.  digər 
elementlər aiddir. 


19 
 
Hər bir mühit amilləri təhlil edilməli və əmsallandırılmalıdır 
ki,  bu  faktorların  layihəyə  təsir  dərəcələri  müəyyənləşdirilsin.  Bu 
faktorlar  layihəni dayanıqlıq vəziyyətindən çıxara bilər və müəyyən 
şəraitlərdə layihələrin dağılmasına səbəb ola bilər. 
Bi  neçə  il  əvvəl  yaranmış  müəssisələr  zaman  keçdikcə  öz 
strukturunda  müəyyən  dəyişikliklər  tələb  edir.  Hər  bir  dəvi§iklik 
layihə  şəklində  həyəla  keçirilir.  Beləliklə,  hər  bir  dəyişikliyi  həyata 
keçirmək    üçün  yeni  bir  layihə  yerinə  yetirmək  lazım  gəlir.  Bu 
səbəbdən  həmin  müəssissələr  yeni  layihələrin  yaranmasını  və 
tətbiqini tələb edirlər. Bu tələblər nəticəsində layihələr dünyaya göz 
açırlar. 
Layihənin    başlanma  və  son  müddətləri  olduğu  üçün  onun  
«yaşayış  dövrü»  də  mövcuddur.  Əgər  layihə  yerinə  yetirilməyə 
başlanmışdırsa  onda  deyirlər  ki,  layihə  «yaşamağa  başladı». 
Layihənin  «yaşayış  həyatı»  sərbestdir.  Layihə  yerinə  yetirilərkən 
onun iştirakçıları bütün qüvvələrini layihənin məqsədinə yönəldirlər. 
Onlar  eyni    problemlər  daxilinda  yaşayır  və  fəaliyyət  göstərirlər. 
Böyük müəssisə strukturuna daxil olan hər bir kiçik müəssisə adətən 
layihə şəklində fəaliyyət  göstərir. 
Layihələrin  yerinə  yetirildiyi  müddətdə  müəssisə  məhsul 
istehsal  edir  və  öz  işini  normal  şəkildə  davam  etdirir.  Layihaə  də 
müstəqil  olaraq  öz  işini  davam  etdirir.  Lakin  layihə  təşkilat 
tərəfindən  kənar  qüvva  kimi  təsirə  məruz  qalır.  Bu  labüd  bir 
prosesdir  və  layihə  məhz  bu  mühitdə  yaşamalıdır.  Ona  görə  də 
layihələri bu təsirlərdən uzaqlaşdırmaq və ya azad etmək olmaz. 
Layihəyə  ətraf  mühit  kimi  təsir  edən  təşkilati  amillari  nəzərdən 
keçirək: 
Təşkilatın  rəhbərliyi:  Layihə  qarşısında  qoyulan  tələblərin 
və  onun  əsas  məqsədinin  müəyyənləşdirilməsində  təşkilatm  rəhbəri 
mühüm  rol  oynayır.  Rəhbər  ekspertlərin,  mütəxəssislərin  rəylərini, 
təkliflərini nəzərə alaraq aşağıdaki tələbləri əsas götürür: 

 
layihənin nəticəsinə tələb; 

 
layihənin yerinə yetirilməsinə tələb

 
layihənin  məqsədinə  və  tələblərinə  düzəlişlər  metodikasi  və 
qaydası. 
Maliyyə: Müəssisənin istehsal etdiyi məhsulun maya dəyəri 
və satiş qiymətini nəzərə alaraq layihənin xərcləri müəyyənləşdirilir 
və düzəlişlər aparılır. 


20 
 
Satış:  Bazarda  rəqabət  prinsiplərini  nəzərə  alaraq  layihə 
qarşısında qoyulan tələblər formalaşır. 
İstehsal: istehsal bazar ilə bağlıdır və aşağıdakı tələblər irəli 
sürülür: 

 
yeni texnologiya və avadanlıqlardan istifadə edilməsi; 

 
dayanmış istehsal sahələrinin işə salınması; 

 
müəyyən texnoloji xətlərin dayandırılmas; 

 
bazar  münasibətlərinə  görə  yeni  layihə  tələblərinin  
müəyyənləşdirilməsi. 
Maddi  taminat:  Istehsal  olunmuş  məhsulun  bazarda 
rəqabətədözümlük dərəcəsina uyğun olaraq layihə material, xammal 
və qiymət kimi parametrlərin dəyişdirilməsini tələb edir. 
İnfrastruktur:  Bazar  xidmətlərinə  görə  layihəyə  yönəlmiş 
tələblər  müəyyənləşdirir.  Bu  tələblərə  reklamlar,  rabitə-
telekommunikasiya, informasiya və digər mühəndis işləri aiddir. 
Ekologiya:  Layihənin  və  ya  onun  məhsulunun  ətraf  mühitə 
olan təsiri və tullantılar ilə bağlı olan tələblərdir. 
Göstərilən ətraf mühit parametrlərinin təhlilinə əsasan layihə 
rəhbərinin,  menecerin  və  onun  komandasının  qarşısında  aşağıdak 
məsələlər durur: 
 

 
layihə qarşısında qoyulan tələblər çoxluğu; 

 
bütün  maraqlı  tərəflərin  və  layihənin  iştirakçılarının  layihə 
haqqında məlumatlandırılması; 

 
layihayə olan tələblər haqqında yığılan məlumatların həcimi 
və formasınn müəyyənləşdirilməsi

 
mühitin 
layihəyə 
təsiretmə 
dərəcəsi 
dinamikasnın 
proqnozlaşdırılması; 

 
tələblərin  prioritetlər  əsasında  müəyyənləşdirilməsi  və 
ierarxik strukturunun qurulması. 
Layihələrin  yerinə  yetirildiyi  və  aid  olduğu  müəssisənin 
mühiti layihəyə birbaşa olmasa da, dolayı yolla təsir edir. Layihənin 
miqyası  nə  qedər  böyük  olarsa  ona  təsir  edən  qüvvələrin  sayı  bir  о 
qədər də çox olur. 
Beynəlxalq  layihələrin  və  ya  xarici  ölkələrin  iştiraki  ilə 
yerinə  yctirilən  layihələrdə  diqqət  mərkəzində  olan  faktorları 
nəzərdən  keçirək: 
Siyasi faktorlar: 

 
siyasi stabillik 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə