Anpassung des lehrbetriebs an den



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə3/33
tarix11.07.2018
ölçüsü0,79 Mb.
#54838
1   2   3   4   5   6   7   8   9   ...   33


 
Layihələrin  idarə  edilməsində  biliklər  modeli,  şlüz 
texnologiyası  və  biliyin  transfer  edilməsi  mexanizmi,  layihələrin 
idarə edilməsinin melodologiyasının konseptual modeli açıqlanır və 
izah edilir. 
Layihə  ofisinin  yaradılması,  onun  idarə  edilməsi,  treninqlərin 
keçirilmə  standartları,  təşkilatın  layihə  menecerləri  ilə  təmin 
edilməsi və digər məsələlər haqqında məlumatlar verilir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 



 
1. Layihə anlayışı və əsas əlamətləri 
 
Layihə  daha  geniş,  daha  da  məzmunlu  və  mürəkkəb  bir 
sistemdir. Onun dəqiq və yeganə tərifi yoxdur. Hər bir alim hər bir 
mütəxəssis layihəyə öz düşüncələri çərçivəsində tərif verir. 
Əvvəlcə  layihələrə  verilən  təriflər,  layihəni  səciyyələndirən 
əlamətlər,  layihənin  növləri  və  təsnifatı,  layihənin  mühiti  və 
iştirakçıları  , layihənin  məqsədi  və  strukturu   və  həyat  dövrü  kimi 
məsələləri,  layihəni  səciyyələndirən  on  əlaməti  və  layihələrə  təsir 
edən qüvvələrin qrafik təsvirini öyrənək. 
İctimai  yaşayış  binalarının  inşası,  sənaye  obyektlərinin 
tikilməsi,  kompüter  sistemləri  üçün  proqram  təminatının 
yaradılması,  yeni  texnologiyanın  və  texnikanin  kəşfi,  yeni 
müəssisənin  açılması,  kino  və  filmlərin  çəkilişi,  vergi  sisteminin 
dəyişdirilməsi və bu kimi digər dəyişiklər layihə xarakterli tədbirlər 
adlanır. 
Bu tədbirlər ilə layihə arasında fərq nədən ibarətdir? 
Layihə nə deməkdir? 
Layihələrə aşağıdakı kimi təriflər verilir: 
Xüsusi  şərtlərlə,  vaxt  məhdudiyyəti,  qiymət,  keyfiyyət, 
fəaliyyət  növü  və  digər  məqsədlərlə  xarakterizə  olunan  nadir  işlər 
çoxluğu LAYİHƏ adlanır. 
LAYİHƏ  -  insanlar,  materiallar  və  maliyyə  resurslarının 
cəmləşdirilib məhdud vaxt və büdcə şəraitində nadir işlər toplusunu 
yerinə  yetirmək  üçün  təşkil  edilmiş  hərəkətlər  çoxluğudur. 
Layihələr müəyyən keyfiyyət və kəmiyyət dəyişiklikləri aparmaqla 
yerinə yetirilir. 
LAYİHƏ  -  başlanğıcı  və  sonu  müəyyənləşdirilmiş  idarə 
olunan  nadir  işlar  çoxluğudur.  Layihələr  işlərin  yerinə  yelirilmə 
ardıcıllığı  qrafikinə  əsasən  büdcə  məhdudiyyəti  və  müəyyən 
nəticələr  əldə  etmək  məqsədilə  müxtəlif  şəxslər  və  ya  təşkilatlar 
tərəfindən idarə olunur. 
LAYİHƏ  -  nadir  məhsul  istehsal  edən  və  xidmət  göstərən 
müvəqqəti müəssisədir. Burada «müvəqqəti»lik layihənin başlanğıc 
və sonu olması ilə bağlıdır. Layihənin başlanma (start) tarixi olduğu 
kimi nə zamansa sona çatma (finish) tarixi də mövcuddur. Hər bir 
layihənin istehsalı yeganədir, yəni nadirdir. 


10 
 
VEBSTER lüğətinə əsasən LAYİHƏ – hər hansi bir şeyi düşünmək  
və ya planlaşdırmaq deməkdir. 
ABŞ-ın  Layihələrin  idarə  edilməsi  institutunun  layihələrə 
verdiyi tərif: 
LAYİHƏ - əvvəlcədən təyin olunmuş müəyyən məqsədli bir 
müəssisədir.  Layihənin  uğurla  başa  çatması  müəyyən  edilmiş 
məqsədlərə çatmaq deməkdir. 
Layihələrin  idarə  edilməsi  Ingiltərə  Assosiasiyasının 
layihələrə verdiyi tərif: 
LAYİHƏ  -  vaxt,  büdcə  və  keyfiyyət  kimi  parametrlə 
tələblərini irəli sürən müəyyən məqsədli sərbəst müəssisədir. 
Almaniya menencerlərinin tərifi: 
LAYİHƏ-təkraredilməz şərtlərlə xarakterizə olunan məqsədli 
müəssisədir. Bu şərtlər aşağıdakılardır: 
-
 
məqsədin müəyyənləşdirilməsi
-
 
vaxt, büdcə və başqa ehtiyatlar üzrə məhdudiyyətlər
-
 
ətraf mühit təsirlərinin müəyyənləşdirilməsi; 
-
 
layihələrin yerinə yetirilməsi planı. 
Layihələrə  verilən  təriflərdən  göründüyü  kimi  onlar 
funksional və obyektiv xarakter daşıyırlar. 
Ümumiyyətlə,  layihələrin  aşağıdakı  ələmətləri  vardır: 
dəyişkənlik  əlaməti;  vaxt  məhdudiyyəti  əlaməti;  büdcə  əlaməti; 
ehtiyatlar  əlaməti;  təkrarolunmazlıq  əlaməti;  yenilik  əlaməti; 
bütövlük,  tamlıq  əlaməti;  hüquqi  təminat  ələmətləri;  təşkilat 
əlamətləri;.  məhdudiyyət  əlamətləri.  Bu  əlamətlərin  hər  birinə 
ayrılıqda nəzər salaq. 
Dəyişkənlik  əlamati.  Bu  əlamət  əsas  xassələrdən  biri  kimi 
qiymətləndirilir. Əgər layihədə bu əlamət hiss olunarsa, onda layihə 
“yaşayır”. Layihənin start dövründə, onun bütün elementləri passiv 
vəziyyətdə  olurlar.  Vaxt  keçdikcə  layihədəki  işlər  yerinə  yctirilir. 
Bu zaman işlər passiv vəziyyətdən aktiv vəziyyətə keçir. İşlər yerinə 
tam  yetirildikdən  sonra  onlar  passivləşdirilir.  Beləliklə,  hər  bir  iş 
(element)  ayrılıqda  öz  məqsədinə    çatdıqca  layihənin  ümumi 
vəziyyəti  dəyişir.  Bu  səbəbdən  layihə  dəyişir  və  layihədə 
dəyişkənlik əlaməti görünür. 
Vaxt  məhdudiyyəti  əlaməti.  Layihələrdə  müəyyən  vaxt  
çərçicvəsində  məqsədə  nail  olmaq  mümkündür.  Layihələri  digər 
tədbirlərdən  və  obyektlərdən  fərqləndirən  əsas  parametrlərdən  biri 


11 
 
vaxt  məhdudiyyətidir.  Hər  bir işin  başlanğıcı  və  sonu  olduğu  kimi 
layihələrin də başlanma (start) va son (finish) vaxtları var. Bu vaxt 
göstəriciləri  adətən  məhdud  olurlar.  Bu  səbəbdən  layihənin  uğurla 
başa çatmasında əsas şərtlərdən biri onun verilmiş vaxt çərçivəsində 
yerinə yetirilməsidir. 
 
Büdcə əlaməti. Hər bir layihə üçün büdcə müəyyənləşdirilir. 
Bu  büdcəyə  müəyyən  metodlar  vasitəsilə  nəzarət  edilir.  Bəzi 
layihələr  büdcə  əsasında  və  çərçivəsində  yaradılır.  Buna  görə  də 
büdcə əlamətinə görə iki növ layihə mövcuddur
1.
 
Layihənin  məqsədi  formalaşandan  sonra  onun  büdcəsi 
müəyyənləşdirilir; 
2.
 
Büdcə  məlum  olduqdan  sonra  ayrılmış  vəsaitə  uyğun 
layihəlaər həyata keçirilir. 
Нər  iki  halda  layihənin  bütün  elementlərinin  yerinə 
yetirilməsində büdcə əlaməti görünür və xüsusi yer tutur. 
Ehtiyatlar  əlaməti.  istənilən  layihənin  yerinə  yetirilməsində 
büdcədən başqa digər vəsaitlərdən istifadə edilməsi tələb olunur. Bu 
ehtiyat  növlərinə  insan  qüvvəsi,  texnika,  avadanlıqlar,  materiallar, 
enerji və digər ehtiyatlar aiddir. Нər bir vəsait büdcə ilə bağlı olduğu 
üçün  onun  mənimsənilmə  həcmi  məhdudlaşdırılır.  Bəzən  bu 
məhdudiyyətər  əvvəlcədən  müəyyənləşdirildiyi  üçün  layihənin 
yerinə yetirilmə müddəti təyin edilir. Layihənin təsdiq edilməsi üçün 
əsəs amillərdən biri də ehtiyatların mənimsəmə qrafikidir. Bu plan-
qrafikin  düzgün  yerinə  yetirilməsi  layihənin  məqsədə  çatmasına 
xidmət edir. 
Təkrarolunmazlıq əlaməti. Elə iki layihə yoxdnr ki, onlar tam 
eyni olsunlar. Hətta bir-birinə çox yaxın olan və oxşayan layihələrdə 
belə fərqlər mövcuddur. Layihə işlər çoxluğudur. Нər bir işi yerinə 
yetirmək  üçün  müəyyən  vaxt,  büdcə  ayrılır  və  müxtəlif  ehtiyatlar 
mənimsənilir.  Bu  müxtəliflik  hər  bir  işə  nadirlik  xüsusiyyəti  və  ya 
təkrarolunmazlıq  əlaməti  verir.  Layihələrdə  hər  hansı  bir  işin 
müxtəlif vasitəllərlə və ya müxtəlif vaxtlarda yerinə yetirilməsi onun 
təkrarolunmazlıq əlaməti sayılır. 
Yenilik  alamati.  Hər  bir  layihə  tədqiqat  obyektidir  və  bu 
səbəbdən  layihələrdə  həmişə    tədqiqat  və  inkişaf  əlamətləri  hiss 
olunur.  Yenilik  əlamətləri xüsusən  təşkilati  layihələrdə  özünü  daha 
çox  biruzə  verir.  Zaman  keçdikcə,  ətraf  aləm  inkişaf  etdikcə 
layihələr  qarşısında  tələblər  dəyişir  və  müasirləşir.  Müasir 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə