Aqşin Babayev_______________________________________________
10
2012-ci il... Türkiyədə “Nazim və Azərbaycan” kitabım çap olunur.
Üç il həyat yoldaşımla, qızımla Nazim Hikmətin Vətənində
yaşamışam. Ömür dostum Müzəyyən xanım Zəkəriyyə Sərtəlin
Nazim
Hikmətə həsr etdiyi “Mavi gözlü Dev” kitabını dilimizə çevirib. Oğlum
Gündüz aliəsi ilə birlikdə beş ildir ki, Nazimin Vətənindədir.Burada işləyir.
Nəvələrim Nazimin dilində təhsil alırlar. Qızım Aytən Nazim Hikmətin
fəlsəfi görüşlərinə həsr olunmuş dissertasiya müdafiə edib. Fəlsəfə
doktorudur. Evdə yazı masamın üstündə əlini çənəsinə söykəyib mənalı
gözləri ilə mənə baxan Nazim Hikmətin şəkli var. Audio-kasetlərdə
Nazimin səsi var. Bu səslər içərisində onun özünün oxuduğu şeirlər də var,
mənim ondan aldığım müsahibələr də...
Bütün bu dediklərim ömrümün bir parçasıdır... Tələbəlik illərindən bu
günə qədər gəlib çatan Nazim Hikmətə bağlı ömür! İnanıram ki, gündən-
günə şöhrəti ucalan Nazim Hikmətin gələcək tədqiqatçıları heç olmasa bir
yerdə mənim adımı çəkəcəklər. Bu, mənim üçün böyük qürur olacaq.
Həyatda olsam da, olmasam da... Amma hələ ki, torpağın üstündəyəm. Nə
qədər ki, torpağın üstündəyəm, Nazimdən deyəcək, Nazimdən yazacağam.
Sizə, əziz oxucular, təqdim etdiyim bu kitabda Nazim Hikmətə həsr
etdiyim və onunla bağlı insanlardan söz açdığım yazılarım toplanmışdır.
Bu yazıların böyük bir qismi müxtəlif illərdə dövrü mətbuatda işıq üzü
görmüşdür. Təkrarlar olsa, üzürlü hesab edin.
_______________________________________________
Nazim Hikmət qalaktikası
11
NAZĠM HĠKMƏTĠN 100 ĠLLĠYĠ
Nazim Hikmət haqqında çox yazılıb, çox deyilib, hələ çox yazılacaq
və çox deyiləcək. Çünki Nazim Hikmət bütün dünya miqyasında tanınmış
böyük sənətkardır. Türk dünyası onunla fəxr edir, hələ bundan sonra da
fəxr edəcək. Mənim ömrümün təxminən əlli ili Nazim Hikmətlə bağlıdır.
Daha dəqiq desək, bütün şüurlu həyatımı Nazim Hikmət yaradıcılığının
tədqiqinə həsr etmişəm. Kitablarım, məqalələrim çap olunub, televiziya
verilişlərində, radio proqramlarında onun haqqında dəfələrlə danışmışam.
2002-ci il, hamıya məlum olduğu kimi, YUNESKO tərəfindən Nazim
Hikmət ili kimi elan olundu. Böyük söz ustadının 100 illiyi ərəfəsində və
ondan sonra Nazim barədə çox yazıldı, çox deyildi. Bu dövr özü ayrıca bir
tədqiqat obyektidir. Bu müddətdə Nazimi sevənlər də oldu, sevməyənlər
də. Bu da təbiidir. Nəhəng şəxsiyyətlər hamı tərəfindən sevilə bilməz.
Amma Nazimin sevənləri çoxdur. Buna görə də o, həmişə yaşayacaq.
Bu kitabı qələmə almaqda məqsədim son illər Nazim Hikmətlə bağlı
hadisələrə və araşdırmalara qiymət vermək, ümumiyyətlə, Nazim Hikmət
dünyasından söz açmaqdır. Altmış bir il ömür sürmüş Nazim Hikmət
təzadlı bir həyat yaşayıb. Özünün dediyi kimi: “hapislerde de yattım, büyük
otellerde de”. Onun böyük sənətinə münasibət də təzadlıdır. Kimi onu
sevir, kimi də bəyənmir. Kommunist olduğu üçün, “Vətənini atdığı üçün”
bəyənmir. Guya kommunistdən şair olmaz. Güya məcbur olub Vətənini
tərk edən insan “Vətən xaini”dir.
Nazimin 100 illiyi ilə əlaqədar Azərbaycanda da tədbirlər oldu,
Türkiyədə də. Təkcə türk dünyasında yox, Amerikada, Rusiyada, Fransada,
İngiltərədə, İtaliyada və başqa ölkələrdə Nazim Hikmətə həsr olunmuş
Aqşin Babayev_______________________________________________
12
tədbirlər həyata keçirildi. Pyesləri yenidən tamaşaya qoyuldu, kitabları
təkrar nəşr olundu.
2002-ci ilin yanvar ayında Nazim Hikmət Kültür ve Sanat Vakfinın
təşəbbüsü ilə İstanbulda şairin 100 illiyinə həsr olunmuş məclis keçirildi.
Həmin məclisə mən də dəvətli idim. Kiçik bir çıxış da hazırlamışdım və
faksla İstanbula göndərmişdim. Gedə bilmədim. Azərbaycan Yazıçılar
Birliyinin sədri, xalq yazıçısı Anar da həmin məclisə dəvətli idi. O,
İstanbuldan qayıdandan sonra televiziya ilə çıxış edərkən tamaşaçılara belə
dedi: “Müəyyən səbəblərdən Aqşin Babayev İstanbulda keçirilən Nazim
Hikmət tədbirlərində iştirak edə bilmədiyi üçün onun çıxışını mən
oxudum.” Mən həm şəxsən, həm də televiziya ilə Nazim Hikmət haqqında
çıxış edərkən Anar müəllimə dərin təşəkkürümü bildirdim.
Həmin ilin aprelində mən Nazim Hikmət yubileyində iştirak etmək
üçün İstanbul bələdiyyəsinin dəvəti ilə İstanbula gəldim. Ömür-gün
yoldaşım Müzəyyən xanım Nazim Hikmət vurğunu olduğu üçün İstanbula
onunla bərabər getmişdim. Tədbirlər aprel ayının 6-da başlayacaqdı. Amma
biz artıq aprelin 3-də İstanbulda idik. Şəhəri gəzir, təəccübümüzü gizlədə
bilmirdik. Nazim Hikmətin 100 illiyi ilə əlaqədar kinoteatrlara, müxtəlif
mədəniyyət mərkəzlərinə afişalar vurulmuşdu. Bu dəfə Türkiyəyə iri
həcmli bir məruzəmlə gəlmişdim. Adı belə idi: “Azərbaycanda Nazim
Hikmət, Nazim Hikmətdə Azərbaycan”. Həmin günü, həmin dəqiqəni
səbirsizliklə gözləyirdim. Bir axşam taksi ilə qaldığımız “Eresin” otelinə
dönəndə şofer hal-əhvaldan sonra bizdən soruşdu:
– Xeyir ola, İstanbula nə münasibətlə gəlmisiz?
– Nazim Hikmətin 100 illiyi münasibəti ilə, – dedim.
Cavan oğlan qaş-qabağını tökdü. Xeyli susduq. Sonra özü dilləndi:
– Mən Nazim Hikməti sevmirəm, – dedi.
Dostları ilə paylaş: |