QEYRI-MADDI AKTIVLƏR VƏ AMORTIZASIYA
Qeyri-maddi aktiv aşağıdakı meyarlara cavab verdikdə tanınır:
Bu aktiv fiziki formaya malik olmayan qeyri-monetar aktiv olmalıdır;
Ayrıca tanına bilinməlidir;
Müəssisə aktiv üzərində nəzarət imkanına malik olmalıdır;
Gələcəkdə iqtisadi səmərələr yaratmalıdır;
Gələcəkdə iqtisadi səmərələrin müəssisəyə daxilolacağı ehtimalı olmalıdır;
Aktivin dəyəri etibarlı qiymətləndirilməlidir.
Bu meyarlardan hər-hansı yerinə yetirilmədikdə xərclər qeyri-maddi aktiv kimi deyil, onların yarandığı dövrün
xərcləri kimi tanınır. Qeyri-maddi aktivlərin tanınması onların ilkin dəyəri əsasında aparılır. Cəmiyyət ilkin
tanınmadan sonra qeyri-maddi aktivi amortizasiya çıxılmaqla ilkin dəyər ilə uçota alır (“ilkin dəyər modeli”).
Qeyd etmək lazımdır ki, faydalı istifadə müddətinə malik qeyri-maddi aktivlər amortizasiya oluna bilərlər,
faydalı istifadə müddətləri qeyri-müəyyən olan qeyri-maddi aktivlər isə amortizasiya oluna bilməzlər. Cəmiyyət
faydalı istifadə müddətinə malik qeyri-maddi aktivlərə amortizasiyanı “düz xətt metodu” ilə hesablayır. Bundan
əlavə, balans dəyəri təyin edilmiş ədalətli dəyərlə müqayisə edilməli və ədalətli dəyər balans dəyərindən
əhəmiyyətli dərəcədə aşağı olduqda, balans dəyərindən qiymətdən düşmə zərəri çıxılmalıdır. Aktiv qiymətdən
düşmüş olduqda, ona amortizasiyanın standart qaydalarının tətbiq edilməsi davam etdirilməlidir.
Dostları ilə paylaş: |