36
E. ə. V-VI əsrlərdə Mitra inancı unudulmuĢdu, lakin sonra bu kult
yenidən bərpa olundu və Ġranda, Babilistanda, Pontda, Friqiyada,
Kappadokiyada və baĢqa regionlarda yayıldı. Daha sonra Mitraya Romada
da ibadət edirdilər.
Mitra öküzü öldürür.
II əsr Roma heykəli
Mitraistlər inanırdılar ki,
Mitra zülmət qüvvələri ilə
mübarizə
aparır,
insanlara
xidmət etməyə gəlib. Eyni za-
manda Mitra dünyanın yara-
dıcısıdır, lakin qnostiklərdən
fərqli olaraq o Xeyrin təcəssü-
müdür.
Xristianlığın mitraizmlə
bir sıra oxĢar cəhətləri vardır.
Məsələn, 274-cü ildən baĢlaya-
raq, hər ilin 25 dekabr günü,
imperator Avrelianın əmri ilə
günəĢ tanrısı Mitranın anadan
olan günü kimi qeyd edilirdi.
IV əsrdən baĢlayaraq bu günü Ġsanın anadan olan günü kimi qeyd etməyə
baĢlamıĢdılar. Bu adət bizim zamanəmizə qədər davam edir.
BaĢqa bir misal kimi Mitra və Ġsanın xilaskar olmasını gətirmək olar.
Onların hər ikisi də Tanrı ilə insanlar arasında olan vasitəçidirlər, onları yerə
yollayan Atanın buyruqlarını yerinə yetirirlər. Ġsa kimi Mitra da axirətdə
insanları mühakimə edəcək. Hətta Xristianlığın rəmzi olan xaç da
mitraistlərin simvollarından biri olub. Onlar xaçı dairənin içində təsvir
edirdilər. Mitraizmdə, Xristianlıqda olduğu kimi, bu dini qəbul edənlərin xaç
suyuna salma mərasimi kesirilirdi. Bu barədə tanınmıĢ xristian ilahiyyatçısı
Tertulian da yazırdı
68
.
Manilik
68
Tertullian. De baptismo, V, 1.
Ġngiliscə: Tertullian. On Baptism // Ante-Nicene Fathers. The Writings of the
Fathers Down to A.D. 325. Volume II. T&T Clark, Edinburg; WM. B. Eerdmans
Publishing Company, Grand Rapids, Michigan: 1885.
http://www.ccel.org/fathers2/ANF-03/anf03-49.htm# P11466_3245563
Rusca: Тертуллиан. О крещении. Оригинальный текст, пер евод на русский
язык, комментарии - Издательская группа "Прогресс"-"Культура". Общая
редакция и составление А.А.Столярова. Москва - 1994.
http://www.krotov.info/library/t/tertull/baptism.html#4-6
37
Ġran mənĢəli qnostisizmlə daha bir dini-mistik təlim sıx bağlıdır.
Söhbət manilikdən gedir. Bu sinkretik
69
dini təlimdə zərdüĢti, xristian,
buddist, caynist, yeni platoçu, qnostik ideyalarından və müxtəlif əsatirlərdən
geniĢ istifadə edilmiĢdir. Maniliyi yaradan Mani adında bir iranlı olmuĢdur.
O, III əsrdə yaĢamıĢdır. Mani Sasani dövlətində müxtəlif dini təlimlərlə tanıĢ
olaraq yeni ideyalarla çıxıĢ etməyə baĢlamıĢdı. Eyni zamanda , rəvayətlərə
görə, ona hansısa ruhdan vəhy gəlirdi. Bu səbəbdən, o özünü peyğəmbər
elan etmiĢdi. Mani bir neçə kitab da yazmıĢdı: ―Sirlər kitabı‖, ―Ġncil‖ və s.
Lakin onlardan bizim dövrümüzə qədər yalnız bəzi fraqmentlər çatıb. Onun
Ġranda, Babilistanda, mərkəzi Asiyada və Çində çoxlu sayda tərəfdarları və
ardıcılları var idi. Lakin zərdüĢti kahinləri Maninin fəaliyyətindən razı
qalmadılar. Onların təĢəbbüsü ilə, təxminən 276-cı ildə, ĢahənĢah Bəhramın
Ģahlığı dövründə Mani vəhĢicəsinə edam edildi. Onun diri-diri dərisini
soymuĢdular. Onun tərəfdarları isə Ģiddətli təqiblərə məruz qaldılar.
Bundan sonra müxtəlif dövrlərdə mani dini Ġranda (yeniləĢmiĢ
―məzdəki‖ formasında) və Çində müəyyən qədər öz ardıcıllarını tapmıĢdı.
Lakin sonra mani dininin ardıcılları yenə də Ģiddətli təqiblərə məruz
qalırdılar.
Çinin vasitəsilə manilik dini ilə uyğur türkləri tanıĢ oldular və VIII
əsrin sonunda bu din Uyğur xaqanlığının rəsmi dini elan edildi. Lakin
bundan sonra bu dövlətdə baĢqa dinlərin nümayəndələrini təqib etməyə
baĢladılar. Maniçilər onları Ģər qüvvələrin nümayəndələri adlandırdılar.
Sonda maniçilərin fəaliyyəti Uyğur dövlətinin zəifləĢməsinə səbəb oldu.
Qırğızlar və çinlilər bu dövləti və uyğurların əksəriyyətini məhv etdilər. Sağ
qalanlar isə mani dinindən imtina etdilər.
IV əsrdə manilik Roma imperiyasının ərazilərində də yayılmıĢdır.
Lakin orada da onları təqib edirdilər. X-XI əsrlərdə isə bu din tarixi
səhnədən tamamilə silinib, lakin onların bəzi azsaylı təriqətləri Mərkəzi
Asiyada bu günə qədər qalmaqdadır. Bundan baĢqa, Mani ideyalarından
pavlikanlar, albiqoylar və baĢqa orta əsr xristian təriqətləri istifadə edibdilər.
Maniçilər hesab edirdilər ki, dünya iki substansiyadan yaranıb. Biri
Nur (Xeyir), digəri isə Zülmətdir (ġərdir). Əvvəlcə onlar bir-birindən ayrı
idilər. Sonra isə Zülmət Nurun sahəsinə daxil oldu. Buna görə də bizim
dünya yarandı. Beləliklə, mani dinində dünyanın yaranması böyük bir
fəlakətdir.
69
Sinkretika (yunanca ―synkretismos‖) - müxtəlif dini və fəlsəfi ideyaların bir
təlimdə birləĢdirilməmiĢ formada mövcud olması.
38
Xeyir od, hava, iĢıq, su; ġər isə duman, tüstü, lil, tufan isti kimi
ünsürlərdən ibarətdir. Xeyir məkanının baĢında Xeyir, ġər məkanının
baĢında isə ġər tanrıları durur.
Xeyirlə ġər bir-biri ilə mübarizə aparırlar, ixtilafdadırlar. Onların
məkanları əvvəllər bir-birindən ayrı idi, lakin sonra qarıĢıq baĢ verdi. Bunun
nəticəsində Ġlahi substansiyanın (Nurun) hissəciklərini Ģeytanlar apardılar.
Onlardan ġər tanrısı dünyanı yaradanda öz məqsədləri üçün istifadə etmiĢdi.
Lakin Adəm və onun oğulları Nurun bu dünyada mövcud olması və onun
qorunmasının zəruriliyi haqqında Ġlahi xəbər aldılar. Yəni əgər insanlar
onların daxilindəki Nuru azad etsələr, onda kosmosda olan Nur substansiyası
da azad olar və Xeyrin məkanına qayıdar. Beləliklə insan özünü dərk edərək,
ġərdən azad olmağa can atmalıdır. Bunun üçün onun köməyinə Xeyrin
təmsilçiləri gəlirdilər. Bu, ZərdüĢt, Budda, Ġsa kimi adamlardır. Lakin bu
silsilədə sonuncusu və ən əhəmiyyətli Ģəxs Manidir.
Mani dininin ardıcılları.
ġərqi Türküstanda mə zərlıqda
tapılan rəsmlər
Maniçilər inanırdılar ki, za-
man üç dövrə bölünür. ―Birinci
dövr‖də iki birbirinə zidd olan qüv-
və vardır. Bu Xeyr (Nur) və ġər
(Zülmət)dir. Onların sahələri müx-
təlifdir və onlar bir-biri ilə qarıĢ-
mırlar. ―Ġkinci dövr‖də bu iki sub-
stansiya qarıĢır, ġər Xeyrin sahəsi-nə
təcavüz edir. Nurun Atası buna cavab
olaraq həyatın Anasını yara-dır. O
isə, öz növbəsində ilk insanı yaradır.
Ġlk insan arxontlarla (Ģər qüvvələrlə)
mübarizə aparmağa baĢlayır, lakin
məğlub olur və onların əsarətinə dü
Ģür
(materiya
ġər
qüvvələrin
obyektidir). Onu xi-
las etmək üçün Ata həyatın Anası olan Ruhu (Loqosu) yaradır. O, arxontlara
qalib gəlir və materiya tərəfindən mənimsənilmiĢ Nurun təmizlənməsi üçün
Kosmosu yaradır. GünəĢ və Ay bu iĢdə ona köməkçi olurlar. Ay ölənlərin
ruhlarını qəbul edir, sonra onları günəĢə ötürür, sonra isə ruhlar Tanrıya
doğru yönəlirlər.
Zamanın ―üçüncü dövr‖ündə Nur materiyanın əsarətindən azad olur.
Xeyr ġərə qalib gəlir. Manilikdə insanlar zülmət (materiya) tərəfindən
yaradılmıĢ məxluqlardır. Onların ruhları (Nurun qığılcımları) bədənlərinin
əsarətindədir.
Dostları ilə paylaş: |