Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə16/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   12   13   14   15   16   17   18   19   ...   135

 

47 


məkanında  da  bu  baş  verməyəcək:  nə  XIX,  nə  də  XX 

əsrlərdə. 

     Bu  nəyin  göstəricisidir?  Teatrın  topluma, 

toplumu  təşkil  edən  çoxluğa,  yəni  ki,  kütləyə  tə-

siri  minimaldır.  Ona  görə  də  teatr,  kassa  haqqında 

düşünəndə  belə,  heç  vaxt  kütləni  ciddi    qəbul 

eləmir. Çünki o, bilir ki, kütlənin əbədiyyətə yolu 

yoxdur və onun gücü mütləq şəkildə indiyə bağlıdır. 

Əyləncə 

axtaran 


kütlə 

də 


tamaşa 

mərasiminin 

qanunlarını  ciddi  saymır.  Axı,  tamaşaya  baxmaqdan 

ötrü  nələrəsə  riayət  etmək  gərəkir.  Seyrçi  teatra 

gəldiyi  zaman  fərddir:  onun  şəxsi  maraqları  var, 

problemləri  var.  O,  teatra  bu  maraqlar,  bu 

problemlər  barədə  söhbətləşmyə  gəlir,  bu  söhbətdən 

ləzzət  aparmağa  gəlir,  gəlir  ki,  özünün  çoxluqdan 

fərqləndiyini, 

çoxluqdan 

yuxarıda 

dayandığını 

göstərsin.  Hərçənd  tamaşaçı  teatra  daxil  olduğu 

andaca  digər  seyrçilərlə  qarşılaşır  və  seyrçi 

kütləsinin  fraqmentinə  çevrilir.  Seyrçi  salonunda 

əyləşən 


hər 

bir 


fərd 

yüzlərlə 

özükimilərin 

əhatəsinə,  təsir  dairəsinə  düşür  və  beləliklə, 

teatrda  birdən-birə  qaranlıq  içrə  əyləşmiş  lal 

kütlə  formalaşır.  Bu  zaman  hər  bir  seyrçi  öz 

fərdiyyətini  nə  qədər  qoruyub  saxlamağa  çalışsa  da 

yenə 


lal 

kütlənin 

məxfi, 

rəsmiləşdirilməmiş 



hökmündən, 

onun 


reaksiyasından 

asılı 


olur. 

Tamaşanın  özü  də  bu  lal  kütlənin  girovudur:  çünki 

hər  an  onun  reaksiyasına  möhtacdır.  Seyrçi  kütləsi 

əksərən  tamaşanı  psixoz  yaşantılarında  qavrayır. 

Tamaşa  zamanı  hər  hansı  bir  qəfil  reaksiya  (göz 

yaşı hıçqırtısı, gülüş pıqqıltısı və ya gözlənilməz 

çəpik  səsi)  kifayətdir  ki,  bu  reaksiya  həməncə 

kütləviləşsin.  Yalançı  uğura  imza  atmaqdan  ötrü 

teatr  sənətçiləri  və  ya  teleşoular  düzənləyən 

insanlar  bu  effektdən  vaxtaşırı  yararlanırlar. 

Tamaşa  zamanı  bir  də  görürsən  ki,  kimsə  bərkdən 

ağladı, ya da güldü, ya da ki çəpik çaldı. Bu kimsə 




 

48 


teatrın  ştat  üzrə  əməkdaşıdır  və  onun  funksiyası 

seyrçi  salonunda  əyləşib  rejissorun  işarələdiyi 

məqamlarda  müəyyən  bir  reaksiyanı  coşqulu  şəkildə 

imitasiya  eləməkdir.  Bu  sayaq  reaksiyalar  kütlə 

içrə  mütləq  əks-səda  verir.  Teleşoular  zamanı 

efirlə 


məxsusi 

olaraq 


yayımlanan 

qəhqəhələr 

(hırıldamalar),  coşqulu  fitəbasmalar  da  elə  bu 

məqsədi güdür.  

     Deməli,  teatrda  da  seyrçinin  bir  fərdiyyət 

kimi 


əvvəldən 

axıra 


kimi 

toxunulmaz 

qalması 

mümkünsüzdür. Ona görə ki, kütlə teatr hüdudlarında 

da  kütlənin  mövcudluq  prinsipləri  üzrə  yaşayır. 

Ancaq  teatr  tarixən  hər  vədə  bunun  əksinə  çalışıb; 

çalışıb  ki,  bacardığı  qədər  kütlə  həmrəyliyini 

dağıtsın:  çalışıb  ki,  kütlə  ilə  yox,  fərdlə 

danışmağı  öz  prioritet  işi  saysın.  Hər  halda  XX 

yüzil teatrı məhz bu missiya ilə tarixiləşib. Teatr 

fərdiyyəti  düşünməyə  dəvət  edir:  kütlə  üçünsə 

düşünmək  əziyyətdir,  onun  sazişsiz  həmrəyliyinin 

əngəlidir.  Odur  ki,  seyrçi  və  səhnə  həmişə  bir-

birinə  oppozisiyadır.  Ol  səbəbdən  oppozisiyadır  ki, 

“teatr 

şəxsiyyətin 



sənətidir” 

(A.F.Losev)

8



individual 



başlanğıcın 

təmsilçisidir; 

salonda 

əyləşənlər  isə  kütlədir.  Teatrın  sönən  işıqları 

kimsəni  kimsədən  fərqləndirməyə,  şəxsiyyəti  tapıb 

seçməyə  imkan  vermir.  Teatr  tamaşası  kütləyə 

münasibətdə  məxfi,  gizli  hücumdur,  “basqındır”. 

Çünki  teatrın  öz  iddiası  var.  Bu  iddia  ilə  teatr 

kütlədən  fərdləri  qoparıb  onları  “özünküləşdirmək”, 

özünə 


sarı 

çəkmək 


istəyir. 

Kütlə 


sənətin 

düşmənidir.  Sənət  və  kütlə  tandemi  nonsensdir.  Ən 

əlverişli 

şəraitdə 

belə 

üstün 


mövqe, 

latent 


təşəbbüs yenə seyrçilərin olaraq qalır. Teatr tama-

şasının  müəllifi  rejissordan,  aktyordan  daha  çox 

seyrçidir.  Kütlə  teatrda  həmişə  sifarişçi  pozi-

siyasından  “danışır”.  Təsadüfi  deyil  ki,  səhnə 

seyrçi 

salonundan 



daim 

“qorxur”, 

çəkinir, 



 

49 


ehtiyatlanır. 

Odur 


ki, 

fərdiyyətə 

kütlədən 

(çoxluqdan,  sürüdən)  ayrılmaq  hər  bir  vaxt  həm 

çətindir,  həm  təhlükəlidir.  Bizim  bilincaltımız  da 

bunu  bizdən  yaxşı  bilir.  Bu  isə  tamaşanın  təsiri 

qarşısında ciddi psixoloji sipərdir. 

     Kino  sənəti,  XX  yüzil  mədəniyyətinin  törəməsi, 

kütlələrə,  düzgün  olar  desəm,  çoxluğa  ünvanlanır. 

Onun  hədəfi  fərd  deyil,  kütlədir.  Kino  sənəti  fərd 

axtaranda  bir  istehsalat  kimi  məhv  olur.  Bir  gün 

ərzində  bir  tamaşanın  bir  teatrda  yalnız  bir  dəfə 

oynanılmaq imkanı var: nadir hallarda isə uzağı iki 

kərə.  Bir  filmi  isə  bir  gün  ərzində  müxtəlif 

kinoteatrlarda  müxtəlif  seanslarda  dəfələrlə  yayım-

lamaq  mümkündür.  Özü  də  teatrdan  fərqli  olaraq 

kinoteatrda  filmə  baxmaq  heç  bir  xüsusi  mərasim 

tələb eləmir. Ora hər cür geyimdə getmək məqbul sa-

yılır. Bu da onu göstərir ki, kinoteatrda fərdiyyət 

yox,  kütlə  vacib  hesab  edilir.  Kino  sənəti  öz 

yaranışından belə olub. Çarli Çaplinin filmləri ilk 

öncə  kütlələri  uğundurmaq  üçün  idi.  Əgər  bu 

filmlərdə  Məna  oyunbazlıqdan  və  vələdüznalıqdan 

üstün  olsaydı,  seyrçi  onun  filmlərinin  heç  bir 

səhnəsində  gülməyəcəkdi.  Çünki  insan  düşünməyə 

başlayanda  gülüş  sakitcənə  aradan  çıxır.  Kino 

sənətində  intellekt  oyunbazlıqdan  irəli  durduqca, 

adi  seyrçi  üçün  “darıxdırıcı”  filmlər  əmələ  gəlir. 

Busa  kinozalların  boşalmasına  gətirirb  çıxarır. 

Kütlə  kino  sənətində  nağılın  vizuallaşmasının,  yəni 

konkret 

obrazlar 

vasitəsilə 

sərgilənməsinin 

vurğunudur.  Çoxluq  primitiv  nağılları  xoşlayır. 

Məsələ  bu  ki,  nağıllarda  hər  şey  son  dərəcə 

aydındır. 

Nağıllarda 

düşünmürlər, 

yalnız 


qəhrəmanlıq 

göstərirlər. 

Bizləri 

qorxaq 


edən 

düşüncələrimizdir. Nə qədər çox düşünürsənsə, bir o 

qədər  də  çox  qorxaq  olursan.  Ancaq  kamil  düşüncə 

sahibi qorxaqlıq fövqünə yüksələ bilir. Düşüncə ilə 

qəhrəmanlıq  da  bir  araya  sığmayan  mənalardır. 



Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə