Azer-dili 5s Derslik 2016 Layout 1



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə9/42
tarix21.06.2018
ölçüsü3,25 Kb.
#50196
1   ...   5   6   7   8   9   10   11   12   ...   42

19.  Necə bilirsiniz, şahın razılığından sonra Memar Əli öz adını
sarayın üstündə niyə yazmadı? Fikirlərinizi əsaslandırın.                                            
20. Şeiri düzgün intonasiyaya əməl edərək oxuyun və əzbərləyin.
Azərbaycana gəlsin
         
Vətənimin seyrinə çağırıram elləri,
         
Sərvət görmək istəyən Azərbaycana gəlsin.
         
Bəzənib başdan­başa şəhərləri, kəndləri,
         
Cənnət görmək istəyən Azərbaycana gəlsin!
         
Qanımızda dövr edən sədaqətdir, sədaqət,
         
Günəşdən də parlaqdır gözümdə bu həqiqət.
         
Dostuna, qardaşına təmənnasız məhəbbət,
         
Hörmət görmək istəyən Azərbaycana gəlsin!
         
Payızında, qışında, baharında, yazında
         
Dinər dostluq nəğməsi könüllərin sazında.
         
Sabaha addımlayan mərd oğlunda, qızında
         
Qeyrət görmək istəyən Azərbaycana gəlsin!
Süleyman Rüstəm
21. Şeirdə deyilən fikirlərlə siz də razılaşırsınızmı? Necə düşü nür ­
sünüz, şair öz Vətəni ilə niyə fəxr edir? Fikirlərinizi açıqlayın.
22.  Şeirin birinci bəndini əzbərdən yazın. Sonra yazınızı kitabla
yoxlayın və səhvlərinizi düzəldin.
23. Buraxılmış hərfləri artırıb köçürün, qoşa hərflərlə yazılan sözləri
cümlələrdə işlədin.
..öbələk, kəpənə.., hədi..ə, tə..arə, riyazi..at, bənö..şə, ağa..dələn,
aya..qabı, do..quz, ha..sızlıq, cavan..ıq
34
SÖZ EHTİYATI
könüllərin sazında – здесь: песня души
dövr etmək – здесь: действоват
SÖZLÜK
sədaqət – верност
təmənnasız – безвозмездно
ь
ь
Çap üçün deyil
Çap üçün deyil


§ 7. “SAATSAZ” QARĞA
Bahar idi. Həyətimizdəki
çinar çoxdan yarpaqlamışdı.
Ancaq yenə tez­tez soyuq
küləklər əsirdi. Qış elə bil
ki, geri qayıtmaq fikrinə
düş müş  dü.
Çinarın başında yuva
salmış  qarğanın  ətcəba   la ­
larına adamın yazığı gəlirdi.
Külək əsəndə ağız­ağıza
ve 
rib bərkdən qığıldaşır 
­
dılar.
Onlar yumurta dan çıxan­
da üç idilər, sonra soyuqdan
ikisi öldü, təkcə biri qaldı.        
Bir gün axşamdan xeyli keçmiş yenə bərk 
əsmə yə başladı.
Səhərə qə dər davam elədi. Səhər qarğa yuvasını çinarın başında gör­
mədik; külək onu uçurmuşdu. “Qarğa və tülkü” nağılını mən keçən il
oxumu şam. 
“Görəsən bala necə olub? Bəlkə, külək onu aparıb?” Çox narahat ol duq.
Ancaq birdən həyətin bir küncündə atıla­atıla gəzən qara bir şey gör ­
dük. Bu, qarğanın balası idi. Tez onu tutub otağa gətirdik. Soyuqdan bə ­
dəni tir­tir əsirdi.
O, bir neçə gün evdə qaldı, canı qızdı. Hətta hərdən qanad çalıb  ha ­
va ya qalxa bilirdi. Bir də görürdün ki, pırıltı ilə uçub pəncərənin üs tü nə
qondu, sonra yenə yerə atıldı. Bəzən də saatlarla çarpayının 
girib çamadanları dimdiklərdi, xalçanın saçaqlarından yapı şıb dartış dı ­
rar  dı: sözün qısası, çox dəcəl idi.
İndi əsl əhvalatı danışım. Bizim evdə kəfkirli bir divar saatı vardı.  Çox
düz işləyirdi. Onun irəli qaçdığını və ya geri qaldığını hələ görmə mişdik.
Bütün günü bir qayda ilə işləyirdi: – Çıq­çıq, çıq­çıq. Yazda quş  lar isti
ölkələrdən qayıdırlar. 
Qarğa balası uçmağa başlayandan sonra isə saat tez­tez dayanırdı.
Anam deyirdi: “Ay qız, bu qarğanın ayağı düşmədi, o gələn gündən saat
xarab olub”.
Doğrudan da, qəribə idi, saatı işləyə­işləyə qoyub həyətə çıxırdıq, ota ğa
35
Çap üçün deyil
Çap üçün deyil


qayıdanda görürdük ki, dayanıb. 
Anam 
kəfkirini tərpə 
dir 
di, o
yenə çıqqıltı ilə işləyirdi. Çox təəccüblü idi. Axı bu saata nə olmuşdur,
onun dərdi nədir? Axır qərara gəldik ki, onu saatsaza göstərək.
Ancaq göstərməyə ehtiyac qalmadı. Sən demə, “saatsaz” evin için dəy ­
 miş.
Bir gün yenə 
yatmış qoyub getmişdik. Axşamüstü qapını
açıb içəri girəndə nə gördük: qarğa balası dırnaqları ilə saatın kəfkirin ­
dən bərk­bərk yapışıb yellənir.
Anam əllərini bir­birinə vurub dedi: – Belə “saatsazdan” danış!
Bala qarğa bir neçə gündən sonra uçub getdi. Saat yenə əvvəlki kimi
işləməyə başladı: – Çıq­çıq, çıq­çıq.                       
Xalidə Hasilova
1. Aşağıdakı suallardan hansılara  mətndə cavab tapmadınız?
1) Qarğanın əvvəlcə neçə balası vardı?
2) Qarğa yuvası niyə çinarın başında yox idi?
3) Yuvasını külək  uçurandan sonra qarğa harada yuva tikdi?                                 
4) Qarğa balalarını necə yedirirdi?
5) Qarğa balası haradan tapılmışdı?
6) Qarğa balası çarpayının altında nə edərdi? 
7) Kəfkirli saat niyə işləmirdi?
2. Mətn üzrə plan tərtib edin və məzmununu danışın.
3. Mətnin məzmunu əsasında düzgün cavabı səsləndirin.
Saatı saatsaza göstərməyə niyə ehtiyac qalmadı?
A) Çünki bu saat artıq köhnəlmişdi.
B) Saatın niyə işləmədiyi artıq məlum idi.
C) Ana saatın kəfkirini tərpədəndə o yenə çıqqıltı ilə işləyirdi.
D) Qarğa uçub getmişdi və saat da yenə əvvəlki kimi işləyirdi.
36
SÖZLÜK
ətcəbala – птенец
qığıldaşmaq – издавать звуки
saçaq – бахрома
dartışdırmaq – дергать
SÖZ EHTİYATI
ağız­ağıza vermək – здесь: вместе
tir­tir əsmək – дрожать
sözün qısası – короче
ayağı düşmək – повезти
Çap üçün deyil
Çap üçün deyil


4. Mətnin məzmunu ilə əlaqəsi olmayan cümlələrdən biri birinci, biri
isə ikinci hissədədir. Həmin cümlələri tapın və niyə artıq olduğunu izah
etməyə çalışın. 
5.  Mətndə bir neçə sözün altından xətt çəkilmişdir. Həmin sözlərin
quruluşunu müəyyənləşdirin və  müvafiq sütunlarda yazın:
sadə                         düzəltmə                       mürəkkəb
6. Aşağıdakı birləşmələrin Azərbaycan dilinə tərcüməsində yol veril ­
miş səhvləri tapıb düzəldin. 
дворец, построенный умным человеком – ağıllı adamın tikmək
istədiyi saray, совершенные им правые и неправые дела – gördüyü
bütün işlər, с того времени как построили дворец – saray tikildiyi vaxt,
если вы прочитаете цитата из Корана сквозь зеркaло наоборот – əgər
siz ayəni güzgüdə oxusanız
GÜLƏK VƏ DÜŞÜNƏK
7. Aşağıdakı lətifəni oxuyun və nəticə çıxarın.
Qarğa
Molla Nəsrəddin bir gün evə bir qarğa gətirir. Arvadı soruşur:
– A kişi, bu qarğanı neyləyirsən?
Molla deyir:– Alimlər deyirlər ki, qarğa üç yüz il yaşayır, yoxlaya­
cağam görüm, doğru deyirlər, ya yalan.
Arvad deyir: –A kişi, yaxşı, sən özün üç yüz il yaşayacaqsan ki, onu
da yoxlayasan?
Molla bir az fikrə gedib deyir: – Bəs o alim ki, bunu deyib ha, o özü
üç yüz il yaşayıb ki, bunu deyib?
TAP GÖRƏK
8. Tapmacaları oxuyun və hansı quşlardan söhbət getdiyini tez tap­
mağa çalışın. Tapdığınız sözləri birləşmələrdə işlədin.
9. Mətndəki sarı boşluqların yerinə tələb olunan sözləri qoyub cüm­
lələri oxuyun, sonra həmin cümlələri rus dilinə tərcümə edin.
37
Nağaraçı nağara çalır,
Nə nağarası var, nə çubuğu.  
         
*
Qatar­qatar uçarlar,
Şahin görüb qaçarlar.
Gündüzləri otlayıb,
Axşamları uçarlar   
*
Çap üçün deyil
Çap üçün deyil


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə