İbrahimxəlil xan xanların bu arzusunu general Zubova çatdırdı.
Belə bir
şəraitdə rus qoşunları Gəncəni, Cavadı, Salyanı, Şamaxını tutdular. General
Zubov Cavad yaxınlığında, Kürün sol sahilində Yekaterinakerd şəhəri salmağı
planlaşdırdı. Eyni zamanda, Bakının liman şəhəri kimi inkişafı barədə layihə də
hazırlanmışdı. 6 noyabr 1796-cı ildə II Yekaterinanın vəfatı general Zubovun
planlarını alt-üst etdi. 1797-ci ilin martında yeni rus çarı I Pavel
Azərbaycandakı rus qoşunlarını geriyə çağırdı...
Ağa Məhəmməd şah Qacar 1794-1795-ci illərdə Qarabağı işğal edə bilmədi.
Qarabağ xanlığı hiss etdi ki, gələcəkdə İran istilasına qarşı mübarizədə daha
güclü müttəfiqlər lazımdır. Bununla belə kənardan kömək almadan Qarabağın
və onun mərkəzi Şuşanın Ağa Məhəmməd xana sinə gərməsi xalqın
vətənpervərliyini və mübarizə əzmini qat-qat gücləndirdi...
Rus qoşunları Azərbaycandan çəkilən kimi Ağa Məhəmməd Qacar daha
güclü qüvvə ilə Qarabağı və onun sarsılmaz paytaxtı Şuşa şəhərini
işğal etmək
planını hazırladı.
1797-ci ilin martında Ağa Məhəmməd şah Qacar Azərbaycan və Dağıstan
hakimlərinə fərman göndərərək onları hədələyib itaətə çağırdı. Lovğa şah
yazırdı ki, guya "rus qoşunları məndən zərbə yeyəcəklərindən qorxaraq, geri
qayıtmağa məcbur oldular".
Azərbaycan xanlarından heç bir cavab almayan Ağa Məhəmməd şah Qacar
1797-ci ilin yazında yenidən Arazı keçdi.
Onun əsas qüvvələri Qarabağ
xanlığına - Şuşa qalasına doğru hərəkət edirdi.
Şuşanı müdafiə etmək üçün lazımi, kifayət tədarükü olmadığından İbrahim
Xəlil xan Şuşadan çıxıb müdafiə oluna-oluna Car-Balakənə doğru hərəkət etdi.
Ağa Məhəmməd şah Qacar 1797-ci ilin yazında Qarabağa hücum edərkən
böyük ordu hissələri toplaya bilmişdi. Əhali isə hələ 1795-ci ilin qarət və
talanlarından sonra özünü düzəldə bilməmişdi. Qarabağda quraqlıq aclıqla
nəticələnmişdi. O günlərin canlı şahidi olan "Qarabağnamə" müəllifləri təsdiq
edirdilər ki, "hətta bir çanax buğdanı o vaxtın pulu ilə 45 manata güclə almaq
olurdu"
1
.
"Belə bir vəziyyətdə Şuşa qalasının müdafiəsini 1795-ci ildəki kimi təşkil
etmək mümkün deyildi. İbrahim Xəlil xanın Şuşanı tərk edib Car-Balakən
istiqamətində hərəkət etməsini eşidən Ağa Məhəmməd şah onu təqib etmək
üçün Şahsevən atlılarının bir neçə dəstəsini götürüb Car-Balakən tərəfə yolladı.
İbrahimxəlil xanın yanında ayrı-ayrı xanlar
- şəkili Səlim xan, mişkinli Ətaulla
xan və Qarabağın seçilmiş və məşhur bəylərindən bir neçəsi onunla səfər
yoldaşı olub birgə dərə-təpəli yerlər ilə yolla hərəkət edirdilər.
Ağa Məhəmməd xanın qoşunları Tərtər çayı sahilində köç və binadə onlarla
rastlaşıb vuruşdular, amma bir iş edə bilmədilər. İbrahim xan öz adamlarını və
sursatını sağ və salamət Kür çayından keçirib Car və Balakənə daxil oldu".
1 Bax: "Qarabağnamələr", bu nəşrin I kitabı, səh.142.
228
Mirzə Camal yazır: "Ağa Məhəmməd şahın öldürülməsinin təfsilatı belədir:
"İbrahim xan qaladan çıxıb Balakənə getdikdən
sonra Ağa Məhəmməd şah
ciddi maneəyə rast gəlmədən Şuşa qalasına girib bir həftə orada qaldı. Xoşu
gəlmədiyi bir işə görə Səfərəli bəy və Abbas bəy adlı iki nəfər yaxın
xidmətçisinə acıqlanıb dedi: "Səhər açılan kimi hər ikinizə ağır cəza
verəcəyəm". Onlar bilirdilər ki, şah heç vaxt öz dediyindən dönmür. Odur ki,
canlarının qorxusundan səhər açılana qədər onu öldürməyi lazım bildilər. Sübh
açılan zaman şah yuxuda ikən şahın otağına girib iti xəncərlə onu öldürdülər.
Qapıları bağladılar. şahın cəvahir bazubəndini, tacını və həmailini götürüb,
Sadıq xan Şəqaqinin yanına getdilər və əhvalatı ona söylədilər"
1
.
Lakin Qacarın baş sərkərdəsi Sadıq xan Şəqaqi əvvəlcə onların sözünə
inanmırdı. Sonra şahın ölümünün həqiqət olduğunu gözləri ilə görür. Tacı,
bazubəndi və həmaili götürüb guya Gəncə və Gürcüstana şah əmrini
yerinə
yetirmək üçün getdiyini bildirib Şuşadan çıxır...
Canilərdən biri Səfərəli bəy qalada qaldı. Abbas bəyi isə Sadıq xan özü ilə
İrana apardı.
Az sonra şəhərdə şahın ölüm xəbəri yayıldıqda İran qoşunu dağınıq halda
Şuşanı və Qarabağı tərk etdi.
Mirzə Camalın bu müxtəsər məlumatını başqa müəlliflər də təsdiq edir: Ağa
Məhəmməd şah öldürüldükdən sonra Qızılbaş xanları bu hadisədən qorxuya
düşüb özlərini itirdilər. Hər biri öz adamları ilə dəstə-dəstə qaçıb dağıldılar.
Şəhər əhalisi tam bir hücumla Qızılbaş qoşunundan əsir düşənləri soyun-
durdular. Bu zaman İbrahim xanın qardaşı oğlu Məhəmməd
bəy imarətə daxil
oldu. Şahın yerdə qalan zinətlərini zəbt etdi. Ağa Məhəmməd şahın başını da
Məhəmməd Rəfi bəylə Balakənə göndərdi. Bir neçə gündən sonra xan igid oğlu
və vəliəhdi cənab Mehdiqulu ağanı da Qarabağ tərəfinə göndərdi...
Bir neçə müddətdən sonra behiştlik xan özü də Qarabağa gəldi və keçmişdə
olduğu kimi, yenə hökumət taxtına oturdu.
Mirzə Camalın yazdığına görə, şahın Şuşada öldürülməsi xəbərini
eşidəndən sonra İbrahimxəlil xan dərhal Şuşaya qayıtmadı. Bu faktı belə izah
etmək mümkündür; İbrahimxəlil xanın qardaşı oğlu Məhəmməd
bəy Şuşada
ağalıq edirdi. Birdən-birə Şuşaya getmək qardaş qırğını ilə nəticələnə bilərdi.
İbrahimxəlil xan əvvəlcə oğlanlarını Şuşaya yola saldı. Ağa Məhəmməd şah
Qacarın öldürülməsi xəbəri Azərbaycan xanlarını da sevindirmişdi: "Çünki
qüvvətli düşmən olan padşah artıq ölmüşdü. Bütün Azərbaycanın və başqa
yerlərin xanları həmişə mərhum İbrahim xanın hökmü və itaəti altında olub,
uzun müddət onun əzəmət və qüdrətini gördüklərindən hər şeydən əvvəl
istəyirdilər ki, onun mübarək xatırını özlərindən razı salsınlar, onunla möhkəm
əlaqə bağlasınlar.
Məhəmməd bəy isə mərhum İbrahim xan gələnə qədər Qarabağ
vilayətindən hökumət işlərilə məşğul idi.
1 Bax: "Qarabağnamələr", bu nəşrin I kitabı, səh.143.
229