təbiəti mühafizə təbii mühitin fəaliyyətində yaranmış
meyllər və keyfiyyət dəyişikliyinin aşkarlanması;
neft-qaz sənaye obyektlərindən dəyən zərərin
miqyasının
öyrənilməsi;
regionda ekoloji təhlükə yarada biləcək situasiyanın
aşkarlanması.
Təhlil aparmaq üçün əldə edilən məlumatlar sahənin
statistik
hesabatlarına
və
monitorinq
sisteminin
məlumatlarına əsaslanmalıdır.
Yeri gəlmişkən qeyd edək ki, neft-qaz sənayesində ətraf
mühitin keyfiyyətinə nəzarət etmək üçün ancaq bəzi tədbirlər
həyata keçirilir. Əldə edilən məlumata görə yaxın
perspektivdə daha təhlükəli zonalarda sahəvi nəzarət sistemi
yaradılmalıdır.
Neft-qaz sənaye obyektlərinin təsiri altında ƏMM
keyfiyyət dəyişikliyinin proqnozlaşdırılmasında əsas vəzifə
aşağıdakılardır:
zəhərli konsentrasiya maddələrə görə zonanın
çirklənməsi və ətraf mühitdə əmələ gələn keyfiyyət
dəyişikliyinin müəyyənləşdirilməsi;
normativ vəziyyətlə müqayisədə ƏMM-də keyfiyyət
kənarlaşma dərəcəsinin müəyyən
edilməsi;
təbii sistemin böhran vəziyyətində olan sahənin
aşkarlanması.
təkliflər, metodik göstərişlər və geofizik modellər yazılıb nəşr
edilmişdir.
Qaz
sənaye
obyektlərindən
atmosferə
yayılan
zəhərləyici maddələrin miqdarının
eksperimental hesablanma
metodu verilmişdir. Lakin bu maddələr atmosferin çirklənmə
dərəcəsini daha dəqiq müəyyənləşdirməyə imkan verir.
İqtisadi zərəri müəyyən etmək üçün metod seçilərkən
konkret proqnozun imkan və tapşırıqları əsas götürülməlidir.
İqtisadi zərərin ayrı-ayrı ünsürləri üzrə verilmiş tapşırıqlar
kompleks öyrənilən zaman birbaşa hesab metodundan istifadə
etmək lazımdır. Belə hesablamaları aparmaqla lokallaşmış
zərərlər aşkar edilir.
Qeyd etmək lazımdır ki, ayrılıqda lokal zərəri
müəyyənləşdirmək üçün hər bir zərər üçün böyük hesablama
işləri tələb olunur. Məsələn, əhalinin sağlamlığının
pisləşməsindən dəyən zərər (İ
z
) müəyyən edildikdə onun üç
tərkibinə baxılır: xəstəliyə görə işə çıxmamaq (və yaxud ailə
üzvlərindən biri A
ç
) nəticəsindən istehsal edilməmiş milli
gəlir; müvəqqəti iş qabiliyyətini itirənlərə müavinətin ödənişi
(A
iş.qab.
); xəstənin tibbi xidmətə sərf etdiyi məsrəf (A
t
).
İ
z
= A
ç
+ A
iş.qab.
+ A
t
(3.2.1)
Sənaye zərəri müəyyən ediləndə hesablamalar əsas
fondların köhnəlmə dərəcəsinin artmasından dəyən zərər (Z
f
);
qiymətli xammalın atmosferə atılan tullantılarından dəyən