qurğuları köhnəldiyindən çirklənmənin ən əsas mənbəyidir.
Ona görə də, avadanlıqların modelləşdirilməsi vacibdir. Bəzi
ərazilərdə neft çıxarılan zaman torpaq üzərinə atılmış
radioaktiv maddələr mövcuddur. Bəzi ərazilərdə radiasiya
göstəriciləri 400, 1200 mkr/s təşkil edir (Maksimum səviyyə
60 mkr/s-dir).
Hal-hazırda Azərbaycanda 15,3 mln. ton, o cümlədən
quruda 1,5 mln. ton, dənizdə 13,8 mln. ton neft çıxarılır.
Proqnozlara görə, Azərbaycanda neft ehtiyatı 2,5-3 mlrd.
tondur. 2005-2007-ci illərdə sutkada neft istehsalı 100 min
ton təşkil etmişdir.
20 sentyabr 1994-cü ildə Azərbaycan Dövlət Neft
Şirkəti Xəzərin Azərbaycan Sektorunda 6 ölkənin 11 xarici
şirkəti ilə üç iri neft yataqlarında (Azəri, Çıraq, Günəşli) neft
çıxarmaq üçün müqavilə imzaladı. Bütün texniki və
kommersiya məsələlərini əhatə edən müqavilənin müddəti 30
ildir. Müqavilə Milli Məclis tərəfindən ratifikasiya olunmuş
və 12 dekabr 1994-cü ildən qüvvəyə minmişdir. Müqaviləni
yerinə yetirmək üçün Azərbaycan Beynəlxalq Əməliyyat
Şirkəti (ABƏŞ) yaradılmışdır. Bu müqavilədən sonra
«Qarabağ», «Şah Dəniz», «Əşrəfi», «Dan UIduzu»,
«Abşeron», «Naxçıvan», «Lənkəran Talış-Dəniz» və s.
yataqlarında neft istehsal etmək üçün xarici neft şirkətləri ilə
daha doqquz neft müqavilələri imzalanmışdır. Yuxarıda
göstərilən bütün yataqları istismarında ətraf mühitə təsirin
qiymətləndirilməsi (ƏMTQ) sənədləri işlənib hazırlanmışdır
və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət
Ekologiya Ekspertizasına təqdim edilmiş və bəyənilmişdir.[4,
№458]
Şübhəsiz, Xəzər dənizində irimiqyaslı neft-qaz hasilatı,
istər Azərbaycanda, istərsə də digər Xəzəryanı dövlətlərdə
əhali neft çıxarılması zamanı Xəzər dənizinin ekologiyasına
zərər dəyməsindən narahat olurlar. Lakin ABƏŞ neftçıxarma
vaxtı Xəzər dənizinə ziyan vurmamaq barədə öhdəlik
götürülmüşdür. Bu ətraf mühitin qorunması üçün beynəlxalq
qaydalara əməl edilməsini tələb edir. Ona görə də, hal-
hazırda «Şah Dəniz» layihəsinin operatoru Bi-Pi şirkətinin
təklifi ilə «Şah Dəniz» perspektiv sahəsində ekoloji standart-
ların işlənib hazırlanması və Dövlət Neft Şirkəti, Ekologiya
və Təbii Sərvətlər Nazirliyi və iştirakçıları tərəfindən təstiq
edilmişdir. Bu müqavilənin iki əsas məqsədi ətraf mühitin
qorunmasının yüksək standartlarına nail olmaqdan və ətraf
mühitə atılan zərərli maddələrin minimuma endirməkdən
ibarətdir.
Bununla
bərabər,
dənizdə
neft
hasilatının
intensivləşdirilməsi, daha dərin qatlarda netf çıxarılması ilə
əlaqədar olaraq, suyun neft məhsulları, kimyəvi reaktivlər,
qazma və neft hasilatı tullantıları ilə çirklənmə riski artmağa
başladı. Dənizin çirklənməsinin əsas mənbələrindən biri
kəşfiyyat və qazma vaxtı qazma şlamının toplanması, buruq
məhlulu, plast sularının, neft saxlayan təbəqənin artmasıdır.
Hələ 70-ci illərdə bu tullantıların güclü çirkləndirmə
mənbələri olduqlarından onların dənizə atılması qadağan edil-
mişdir.
Bu
tullantıların
sahilə
daşınması,
onların
zərərsizləşdirilməsi və basdırılması qərara alınmışdır. Lakin
Xəzərin mürəkkəb şəraiti, tez-tez baş verən davamlı dalğalar,
böyük xərclər olduğundan demək olar ki, tullantıların sahilə
daşınması və məhv edilməsi baş tutmadı. Ona görə də
mövcud qanun və normativlər pozularaq bu tullantılar
Xəzərin flora və faunasına böyük ziyan vurmaqla dənizə
tökülməkdə davam edir.
Neft kəşfiyyatı və qazma vaxtı tətbiq edilən neftli
qumun, plast suların, buruq şlamının və palçığının, həmçinin
bəzi reaktivlərin çirkləndirilməsinə təsiri çox böyükdür.
Kəşfiyyat və qazma vaxtı tətbiq edilən şlamın həcmi çox
böyükdür və onu kimyəvi reaktivlərdən və neft
karbohidrogenlərdən təmizlənməsi tələb olunur. Ona görə də,
onun bilavasitə dənizə tökülməsi ekoloji tarazlığı pozur.
Müəyyən olunmuşdur ki, Xəzər dənizində buruq şlamları 1,5-
2,9 q/l-dir, norma isə 2,0-2,3 q/l-dir. Buruq şlamı dənizinin
faunası üçün 0,3-0,4 q/l olduqda zərərli deyildir.
Xəzər dənizində kəşfiyyat işləri və quyu qazarkən
çirklənmə riskini azaltmaq üçün aşağıdakı tədbirləri görmək
tələb olunur:
bu işləri görərkən daha az toksik reaktivlər seçməli;
kəşfiyyat, qazma və neft hasilatı vaxtı toksik tullantıların
müxtəlif üsullarla (kimyəvi, texniki və mexaniki)
azaldılması;
sənayenin müxtəlif sahələrində tullantıları minimuma
endirilməsi, tullantısız texnologiya yaratmalı;
perspektivli sahillərdə ekoloji standartların işlənib
hazırlanması və təsdiqi.
Ətraf mühitin neftlə çirklənməsi ekosistemin bütün
komponentlərinə kəskin reaksiya verir. Neftin hidrosferə
düşməsi nəticəsində maddələrdə, fiziki-kimyəvi, mikrobioloji
dəyişikliklər baş verir, bəzi hidrosfera tamamilə dəyişir.
Hal-hazırda ətraf mühitin neft və neft məhsullarından
təmizlənməsi üçün metodlar məlumdur, lakin onlar üçün külli
miqdarda vəsait tələb edən xüsusi qurğu tələb olunur.
Quyular qazılarkən ətraf mühitə əsasən duru və bərk
tullantılar düşür. Neft və neft məhsulları buruq süxurlarında
plyonka, emulsiya və qarışıq formasında ola bilər. Bütün
növlərdən olan axan neftin təmizlənməsi müəyyən çətinliklər
törədir.
Mexaniki, hidrodinamik təsirlərin, neftin nasoslar
vasitəsilə vurulması nəticəsində və buruqlarda neftin hərəkəti
vaxtı neftin ətraf mühitə dağılması baş verir. Emulsiyanın
əsas xarakteristikası onun dispersiya olmasıdır və o damcının
diametri ilə müəyyən edilir. Emulsiyanın mühüm göstəricisi
Dostları ilə paylaş: |