27
qazıntıdan tapılan mis sırğanın muncuqdan ibarət asmaları vardır. Bu da həmin növ sırğaların Bakıda geniş
çeşiddə hazırlandığını göstərir.
Gümüşlə birlikdə tapılan qızıl sırğa orijinal quruluşa malikdir. Şəkli verildiyi üçün onun forması, naxışları
və hazırlanma texnikası haqqında müəyyən fikir söyləmək mümkündür. Bu qızıl sırğanın qulağa keçirilən
hissəsi qarmaq və ya sual işarəsi formasında olub, üzərinə zərb üsulu ilə nöqtələr vurulmuşdur. Sırğanın başdan-
başa nöqtələr və kiçik xətlərlə bəzədilmiş asma hissəsi isə ayparanı xatırladır. Ayparanın üstündə onun uclarını
birləşdirən yarımdairə formasında zəncirvarı naxışlar vardır. Qulağa taxılan hissə asmanın ortasına bənd
edilmişdir (XIV tablo, 8). Qızıl sırğa XII—XIII əsrlərə aid edilir
155
.
Qeyd etməliyik ki, orta əsr şəhərlərindən arxeoloji qazıntılar nəticəsində buna oxşar mis sırğalar
tapılmışdır
156
. Lakin onların qulağa keçirilən asma hissəsi Bakının qızıl sırğasındakı kimi, şar formalıdır.
Sırğanın qulağa keçirilən hissəsi qızıl məftildən düzəldilmişdir. Onun asması isə təbəqə qızıldan döymə üsulu
ilə hazırlanmışdır.
XIII əsrə aid bir cüt belə sırğa Mingəçevirin III yaşayış yerindən 1949-cu ildə aşkar edilmişdir
157
.
Mingəçevir sırğasının da yalnız qızıl məftildən düzəldilmiş qulaqdan asılan sual işarəsi formalı hissəsi
tapılmışdır. Bütün bunlar bu növ sırğaların orta əsrlərdə geniş yayılmasını göstərməklə bərabər, həm də
Azərbaycan zərgərlərinin qarşılıqlı mədəni əlaqələrini nümayiş etdirir.
Asmalar. Bakıdan tapılan qadın bəzəkləri içərisində asmalar—medalyonlar xüsusi qrup təşkil edir.
Asmalar boyunbağı ilə birlikdə, bəzən isə ayrı taxılır. Misdən və tuncdan ibarət olan bu bəzəklər döymə və
tökmə texnikası ilə hazırlanmışdır. İçərişəhərdən əldə olunanların bir hissəsi mis təbəqədən döymə üsulu ilə
düzəldilən medalyon şəkillidir (XIV tablo, 9—13). Nazik təbəqədən ibarət olan bu bəzəklərin bəzisinin uc
tərəfləri qırılmışdır. Onlardan iki ədədinin orta hissəsində kiçik deşik vardır. Birində deşiyin ətrafına batıq dairə
çəkilmişdir. Təbəqə şəklində olan belə asmalardan birinin ortası 0,5 sm diametrdə deşikdir. Dairəvi formada
olan bəzəklərdən digəri isə tökmə üsulu ilə hazırlanmışdır (XIV tablo, 12). Onun bir üzü bəzəklidir. Çox hissəsi
isə qırılmışdır.
Bu cür bəzəklərdən biri də dairəvi şəkildə olan kiçik asmadır. Onun bir üzü naxışlı, digəri isə hamardır.
Asmalardan ikisi formasına görə fərqlənir. Onlar əsasən konusvarı şəkildə hazırlanmışdır. Məftildən olan bir
asma ürək formasındadır (XIV tablo, 14). Təbəqə misdən düzəldilmiş, en kəsiyi lentvarı olan kiçik asma isə
badamvarı formadadır. Onun bir üzü zəngin naxışlanmışdır (XIV tablo, 15). Asmanın orta hissəsində iki
ayparanın bir tərəfinin birləşməsindən əmələ gələn naxış vardır. Onun hər iki tərəfindəki iri nöqtələr günəşi
xatırladır. Ayparaların birləşən hissəsinin üstündə dördyarpaqlı gül rəsmi çəkilmişdir. Təsvir etdiyimiz naxışlar
zərb üsulu ilə vurulmuşdur. Bu bəzəyin arxa tərəfində asılmaq üçün ilgəyi vardır.
Qeyd etməliyik ki, qazıntılardan şarvarı gövdəli kiçik zınqırova oxşar bəzəklər də tapılmışdır. Bunlar,
şübhəsiz, asma tipli bəzəklərin bir qrupunu təşkil edir. Onlardan paltar üstünə tikmək üçün də istifadə olunur.
Bakıda qədim qadın qəbrində aşkar edilən çoxlu müxtəlif, zəngin bəzəklərin içərisində kiçik şarvarı zınqırova
bənzər bəzək də vardır
158
. Bundan yəqin ki, ya asma və ya da paltar üstünə tikilən bəzək kimi istifadə
olunmuşdur. Etnoqrafik məlumatlara görə belə tip bəzəklərdən son zamanlara qədər qadın paltar bəzəyi və asma
kimi istifadə olunmuşdur.
159
Zınqırov formalı bəzəklər həm Azərbaycanın orta əsr abidələrindən və həm də qonşu respublikaların orta
əsr şəhərlərindən tapılmışdır.
160
Bu bəzəklərin vəzifəsini aydınlaşdırmağa kömək edən tapıntılardan biri də Astara rayonunun Şavqo kəndi
yaxınlığından əldə olunan gümüş boyunbağıdır.
161
Sünbül formalı bu boyunbağıdan 8 ədəd gümüş şarlar
asılmışdır. Şarların hər biri ona qaynaq edilmiş qulp vasitəsilə boyunbağıya bənd olunmuşdur. Boyunbağı
onunla birlikdə tapılan gümüş pullara əsasən XI — XII əsrlərə aid edilir.
162
Sancaqlar. Azərbaycan orta əsr şəhərlərindən müxtəlif formalı metal sancaqlar aşkar olunmuşdur.
163
Bakıda 1946-cı ilin yazında Şirvanşahlar sarayının məqbərəsində aparılan qazıntılar zamanı qəbirdən
tapılan bir ədəd qızıl sancaq maraqlıdır.
164
Sancağın başı altıləçəkli gül formasındadır. Onun ləçəklərinə
qırmızı rəngdə cilalanmış qiymətli daşlar qoyulmuşdur. Ortaya isə nisbətən iri dairəvi firuzəyi qaş salınmışdır.
155
Yenə orada, s. 118—119.
156
İsmizadə Ö. Ş. 1960-cı ildə Qəbələnin qala hissəsində aparılan arxeoloji qazıntılar haqqında. AMM, V cild, 1964, s. 106, XV tablo, 3, XVI tablo, 7.
157
Aslanov Q. M., Qolubkina T. İ., Sadıqzadə Ş. Q. Göstərilən əsər, s. 23, IV tablo, 1.
158
Bartold V. V. Göstərilən əsəri, s. 119.
159
Кильчевская 3. А. Азербайджанская женский костюм XIX века из селения Оджек Халданского района, МКА, т. II, Баку, 1951, с. 192 — 195.
160
Osmanov F. L. Göstərilən əsəri, s. 43; s. 140, 113-cü şəkil «b»; İbrahimov F. Ə. Göstərilən əsəri, s. 187; Ataqarrıyev Y. Göstərilən əsəri, s. 72—73.
23-cü şəkil, 16—18
161
Aslanov Q. M. Qolubkina T. İ., Sadıqzadə Ş. Q. Göstərilən əsər, s.26, VIII tablo, 1.
162
Yenə orada.
163
İbrahimov F. Ə. Göstərilən əsəri, s. 189—192.
164
Минкевич-Мустафаева Н. В. Гробницы в усыпальнице Ширваншахов. Доклад АН Азерб. ССР 1947, №1; Асланов Г. М., Голубкина Т. И.,
Sadıqzadə Ş.Q. Göstərilən əsər, s.30. IV tablo, 7.