8
bu çəkic daha çox müasir misgərlərin çəkicinə oxşayır
16
. Lakin müasir misgərlərin çəkicinin dəstək yeri küpün
bir tərəfində olduğu halda, bu çəkicinki orta hissədədir. Bu isə, görünür, çəkiclərin təkmilləşməsi ilə əlaqədardır.
İçərişəhərdə 1976-cı il arxeoloji tədqiqatları nəticəsində XIV—XV əsrlərə aid üst təbəqədən tapılan bir
ədəd dəmir gürz qırığı da maraqlıdır. Üstünü qalın pas təbəqəsi örtdüyündən bu gürzün formasını dəqiq
müəyyənləşdirmək çətindir. Lakin qalığa əsasən demək olar ki, bir tərəfi dördkünc, digəri isə dairəviyə yaxındır.
Onun orta hissəsində dəstəyinin izi qalmışdır. Güclü korroziyaya uğradığından parçalanma qorxusu olduğu üçün
dəstək yerini təmizləmək mümkün olmadı. Qeyd etməliyik ki, çəkici və quruluşu onun gürz olduğunu
söyləməyə əsas verir.
Bakıda Şirvanşahlar sarayının həyətində aparılan arxeoloji qazıntılar zamanı 4 metr dərinlikdən başqa bir
gürz də tapılmışdır. Onun uzunluğu 15, eni 10, qalınlığı isə 8 sm-dir. Tədqiqatçı V. N. Leviatov qazıntıya həsr
etdiyi hesabatda gürzün quruluşu haqqında ətraflı məlumat vermir
17
. Haqqında danışdığımız gürzün ölçüləri və
çəkici onun dəmirçi sənətkara məxsus orta həcmli zərb aləti olduğunu göstərir. Gürz XII—XIII əsrlərə aid
edilir
18
.
Dəmirçi maşası. Bakıda Şirvanşahlar sarayının həyətində 1939-cu ildə aparılan qazıntı nəticəsində qeyd
etdiyimiz gürz ilə birlikdə dəmir maşanın bir parçası da tapılmışdır
19
. Onun uzunluğu 45 sm-dir. V. N. Leviatov
qeyd edir ki, bu maşa kömür götürmək üçündür
20
. Təəssüflə qeyd etməliyik ki, hesabatda dəmir maşanın nə
şəkli, nə də haqqında başqa məlumat verilməmişdir. Bu cəhətdən maşanı etnoqrafik materiallarla müqayisə edib
haqqında ətraflı məlumat vermək imkanımız azdır. Lakin qeyd etməliyik ki, dəmir maşa kömür götürmək üçün
məişətdə işlənməklə bərabər dəmirçi sənətkara məxsus alət kimi daha qiymətlidir. Dəmir maşa qızdırılmış
dəmiri ocaqdan götürüb zindan üstündə əşya hazırlamaq üçün lazım olan ən yararlı alətlərdən biri sayılır. Bizə
elə gəlir ki, dəmir maşanın gürzlə birlikdə tapılması və etnoqrafik materiallardan məlum olan ölçü ilə bu
maşanın uyğunluğu onun məhz dəmirçi sənətkara məxsus alət olduğunu söyləməyə daha çox əsas verir
21
.
İskənə. 1967-ci ildə İçərişəhərdə arxeoloji qazıntılar zamanı üç ədəd dəmir iskənə tapılmışdır. İskənə
22
üstünə çəkic zərbləri vurmaq yolu ilə metalı kəsmək üçün işlədilən alətdir. Belə alətlər əslində iki cür olub
biri metalı isti, digəri isə soyuq şəkildə kəsmək üçün işlədilir. Adətən metalı isti halda kəsmək üçün iskənədən
əsasən dəmirçi, soyuq şəkildə isə misgər, zərgər və çilingərlər istifadə edirlər. Bakıdan tapılan isgənələr öz
quruluşlarına görə bir-birindən fərqlənir. Onlardan biri 1975-ci ildə 10-cu qazıntı sahəsindən 2,8 m
dərinlikdən tapılmışdır (I tablo, 6). En kəsiyi lentvarı formadadır. Çox paslandığından uc hissəsi xeyli
ovxalanıb tökülmüşdür. Onun başlığı dördbucaqlı formaya yaxın olub, ölçüsü 1,5X2 sm-dir. İskənə uca
doğru getdikcə bir az ensizləşir. Belə ki, onun zərb vurulan başlıq hissədə eni 2 sm, uc tərəfdə isə 1 sm-dən bir
qədər çoxdur. Kəsər hissəsi qırıldığından onun ucluğunu dəqiq müəyyən etmək mümkün olmadı. Sağ qalmış
uzunluğu isə 13,8 sm-dir.
1969-cu ildə 11-ci qazıntı sahəsindən aşkar edilən iskənənin də en kəsiyi lentvarıdır (I tablo, 4). Lakin
əvvəlkindən xeyli qalındır. Nisbətən yaxşı qalmış bu alətin zərb hissəsi dördbucaq formadadır. İskənə uca doğru
getdikcə nazilir. Zərbə vurulan tərəfdə eni 1,5 sm, ucluqda isə 0,5 sm-dir. Onun ümumi uzunluğu 12,5 sm-dir.
Bu iskənə ağzının kiçikliyinə görə çox güman ki, metalın soyuq halda kəsilməsində işlədilən çilingər alətidir.
Qazıntının II mədəni təbəqəsindən əldə olunan bu alət saxsı məmulatına əsasən XIV—XV əsrlərə aid edilir.
Şəhərin cənubunda yerləşən XIV—XV əsrlərə aid ikimərtəbəli karvansaranın bərpası ilə əlaqədar aparılan
qazıntılar zamanı tapılan dəmir iskənə də diqqəti cəlb edir (I tablo, 2). Bu, əvvəlkilərdən quruluşuna görə
fərqlənir. Başlığı dairəvi formada olub yuxarıya doğru azca qabarıqdır. Onun papağa yaxın hissəsinin en kəsiyi
dairəvidir. Lakin uca doğru getdikcə lentvarı şəkil alaraq həm də genəlir. Zərb vurulan tərəfinin eni 1,5 sm
olduğu halda, uca yaxın enlənib 2,5 sm-ə çatır. İskənənin kəsər tərəfi qırıldığından ölçüsünü tam vermək
mümkün olmadı. Onun qalmış uzunluğu isə 9 sm-dir. Əvvəlkilərdən fərqli olaraq bunun ağzı çox enlidir. Bu da
yəqin ki, iş xüsusiyyəti ilə əlaqədardır. Ondan mis təbəqələrini kəsmək üçün istifadə olunduğunu söyləmək
mümkündür.
16
Yenə orada. s. 33, II tablo.
17
Leviatov V. N. Göstərilən əsəri, s. 115.
18
Yenə orada.
19
Leviatov V. N. Göstərilən əsəri, s. 115.
20
Yenə orada.
21
Quliyev H., Tağızadə N. Göstərilən əsər. s. 63. XIV tablo. 12.
22
Metalı kəsmək üçün işlədilən bu alət bəzi ədəbiyyatda «metalkəsən qələm», bəzisində isə sadəcə «metal qələm» kimi də işlənmişdir. Lakin
«Azərbaycan dilinin orfoqrafiya lüğəti» və «Rusca-azərbaycanca lüğət»də isə iskənə yazılmışdır. Həm lüğətlərə, həm də etnoqrafik məlumatlara əsasən bu
termin əsərdə iskənə kimi işlədilir.