25
formulu “Mərama müvafiq olursa” qeyri ilə qəbul etmişdi. Yəni demək istəmişdi
ki, “Bəli, bir millət dövlətdən ayrılmaya belə haqlıdır. Yalnız bir şərtlə ki, bu
ayrılmaq mərama müvafiq olsun”. Mərama müvafiq olan ayrılmanın təqlidi isə
bolşevik firqəsinə aiddir. Sonralar “bu təqdir”in miqyası da təyin olundu. “Təyini-
müqəddarat” haqqı bir millətin ümumi heyətinə deyil, ancaq o millətin
“proletariat” sinifinə məxsus olundu. Fərz edək ki, Demokratik Gürcüstan
Cümhuriyyəti ilə müqavilə bağladıqdan və istiqlalını rəsmi surətdə təsdiq etdikdən
sonra ordu sövq edərək bu məmləkəti istila çəkməsi altında əzməkdən çəkinilmədi.
Eləcə də Azərbaycan Cümhuriyyəti də o surətlə işğal edilmişdir. Bu işğal və
istilasını Sovet hökuməti süni surətdə uydurduğu Gürcüstan və Azərbaycan “fəhlə
üsyanları” ilə pərdələyər. Gürcüstan və ya Azərbaycan fəhlələri guya “sovet
Rusiyası ilə ilhaq qərarını verdiklərindən” təbii ki, Moskva bolşevikləri elan
etdikləri “milliyyət” prinsipini pozmadan bu məmləkətlərə gəlmişlərdir. Çünki
millət müqəddəratını təyinə səlahiyyətdar olan zümrə onlarsa ancat fəhlədir.
Mövzu predmeti “fəhlə üsyanı”nın uydurma olub, ələladə “bir hərbi hiylə”dən
başqa bir şey olmadığının üstündən keçərək, bu məmləkətləddə nə fəhlənin
əhalinin ancaq yüzdə ikisini təşkil etdiyi, nə də yerli ünsürdən olmayıb əksəriyyətlə
Rusiyadan gəlmə, yabançı bir ünsür olduğu da onlarsa etinaya layiq deyildir. Çünki
“fəhlə internasionaldır”. Bu surətlə görünür ki, Lenin bir əli ilə bol kisədən
millətlərə hüquq payladığı halda, digər əli ilə də payladığı bu “payı” lap
quldurcasına çalır. Mərkəziyyətçi proqramından yapdığı fədakarlığı elastik taktiki
ilə əvəz edir. 1917-ci ildə istiqlal elan edən Finlandiyanın sərhəd haqqındakı
tələblərini qəbul edən Lenin bu sərhəddin qəbul edilə bilmədiyini söyləyənlərə
qarşı “sərhəd haqqında alverin ancaq zavallı burjualara xas bir adət” olduğunu
qeyd və “Finlandiyanın təkrar alınacağı ərəfəsində olduqlarını” söyləməklə
arxadaşlarını təskin edirdi. Eyni zamanda Finlandiya paytaxtı Helsinkforsda oturan
bolşevik səfiri beynəlmiləl nəzakət üsuluna riayət etmədən “Yalnız burjua
hakimiyyətini ləğv edən millətdir ki, öz müqəddəratını hürriyyət və istiqlal ilə təyin
edə bilər”, deyirdi. 1918-ci ilin əvvəllərində Finlandiyada kommunist inqilabi
zühur eylədi. Bolşeviklər səbirsizliklə Qızıl Ordunu Finlandiyaya göndərdilər. Fin
Cümhuriyyət rəisi Sioynixidvudun protestosu və Fin daxili işlərinə müdaxilə
etməmək tələbinə cavab olaraq sovet komissarı Pakrovski deyirdi ki, “Finlandiya
sosialist inqilabı başlamışdır. Rus hökuməti təqib etdiyi prinsiplər naminə bu
inqilaba yardım etmək məcburiyyətindədir. Qızıl Ordu bunun üçün Finlandiya
torpağına keçmiş, bundan sonra da lazım olduqda keçəcəkdir”.
Səkkizinzi
kommunist
qurultayında indiki Stalin pozisionunun
məfkurəçisi olan Buxarin və onunla bərabər Tomski “Millətlərin öz
müqəddaratlarını həllə səlahiyyətdar olub, istərlərsə tabe olduqları dövlətdən ayrıla
da bilərlər” mənasını daşıyan maddənin firqə proqramından çıxarılmasını tələb
eyləmişdilər. Çünki, demişlərdi bu taktikanı işlətməklə əlaqəli şüarın bundan sonra
firqə proqramında olmasının faydası yoxdur. Bu maddə ilə artıq təşəkkül etmiş
26
olan sovet hökumətinin tamlığı hədələnir. Fəqət Lenin “Rusiya sosialist Federalist
sovetlər Cümhuriyyəti” üçün müsbət qiymətini itirən bir maddənin xarici siyasət
nöqteyi-nəzərindən hələ mühüm bir qiymətə malik olduğu mülahizəsilə maddənin
əbədiləşdirilməsini müdafiə eyləmiş, sovetlərdən ayrılmanın “fəhlə nöqteyi-
nəzərindən mərama müvafiq olmadığını” e'tiraf etməklə bərabər, bu şüarın düşmən
burjua dövlətlərini parçalatmaq məqsədi nöqteyi-nəzərindən müsbət bir rol
oynayacağını isbat etmişdir. Milliyyət şüar və məsələsi bolşeviklər üçün ikinci
dərəcəli bir məsələdir. Bunun “fəhlə məsələsi” dedikləri baş hakimiyyətin təmininə
yarar tabe bir məsələ olduğu, bolşeviklərdə milliyyət məsələsinin nəzəriyyəçisi və
mütəxəssisi kimi tanınan Stalin tərəfindən dəfələrlə izah olunmuşdur. O, 12-ci
qurultaya oxunan bəyannamədə “Ayrılmaq haqqının sovetlərə qarşı tətbiqi irtica,
imperialistlərə qarşı tətbiqi isə inqilabdır” demişdir.
III
“SOVET FEDERALİZMİ” VƏ “AYRILMAQ HAQQI”
Daxili siyasətdə mənfi görülən “təyini-müqəddərat” prinsipi ilə bu
prinsipdən çıxan “Ayrılmaq haqqı”nın xarici siyasətdə müsbət bir qiymətə malik
olduğu fikri bolşevik siyasətinin milliyyət məsələsində fəaliyyət proqramı qəbul
etdiyi çox muhüm bir “tezis”dir. Bu tezisə görə Sovet Federalizmi müvəqqəti bir
tədbirdir. Kommunist firqəsi proqramının 3-cü maddəsində “...federalizm” tam
vəhdətdə götürülürsə, keçid dövrünə məxsus müvəqqəti bir şəkildir; firqə sovet
tipində təşəkkül edən bütün dövlətlərin federativ surətdə birləşmələrini tələb edir” -
deyə qeyd olunmuşdur. Üçüncü İnternasionalın 2-ci qurultayında isə bu fikir daha
aydın bir surətdə redaktə olunmuş “Federasion natam birliyə keçmək üçün zəruri
bir keçid tədbiri olduğunu təqdir edərək birliyin daha çox sıxlaşdırılması və daha
ziyadə birləşdirilməsini təqib etməlidir” deyilmişdir. Milliyyət məsələsi ilə məşğul
olan sovet məmurlarından Broydaya görə Sovetlər İttifaqına daxil milli
cümhuriyətrin xüsusiyyətlərini hədələyən yeni tədbirlər “irəliyə doğru atılmış birər
addım”dır
1
. Eyni mühərrir iqtibas etdiyi məqalənin digər bir yerində 8-ci firqə
qurultayında “Milliyyət məsələsi ilə oynadığımız yetər!” - deyən natiqlərlə
münaqişə edərək deyir ki, “Bu bir oyuncaq deyil, əksinə burjuaziya dövrünün bizə
buraxdığı ən müdhiş mirasın təsirini dəf etmək yolunda icra etdiyimiz çox
məsuliyyətli bir işdir”. Bundan başqa Broyda federalizmin digər nöqteyi-nəzərdən
də sovetlərə lazım olduğunu isbat edir. “Sovetlər İttifaqı elə bir şəklə malik
olmadıdır ki, bu şəkil ona irəlidə təsis edəcək yeni bir çox sovet dövlət
təşəkküllərini də öz içərisinə almaq imkanını versin”, deyir. Və bu söz ilə o,
1
“Həyati-miləl” (Жизна натсиональносте) 1923, səh. 4.