31
Fəqət bu gün təxirə salınan bu proqramın sabah “milliyyət məsələ və zehniyyətinin
ovunması” üzərinə təkrar meydana gəlməyəcəyi naməlum. Zatən bu proqram bəzi
vilayətlərdə (məsələn Uralda) qismən tətbiq belə olunmuşdur.
V
SOVET HÖKUMƏT TƏŞKİLATLARINDA İKİLİK
İqtisadi məzhəblər sırasında bolşevizmdən bəhs edərkən iqtisad
üləmasından, məşhur Şarl Jid, Lenin anarxizm ilə kollektivizmi birləşdirmiş, bu iki
bir-birinə zidd olan sistemdən “bolşevizm” məsləkini qəbul etmişdir - deyir.
Görülür ki, iqtisadi sistemlər sahəsində bir yerə sığmadan iki ziddi bir araya
toplayan bolşevizm siyasətində dəxi sentralizm ilə federalizm kimi bir-birini inkar
və rədd edən iki düşmən əsası bir araya gətirmişdir.
Biri digərinə tabe olmadıqca iki ziddin bir araya gəlməsi təbiətcə qabil
deyildir. Bunun üçün də bolşevik nəzəriyyatı ilə tətbiqatı arasında daimi bir
mücadilə və səmimiyyətsizlik mövcuddur. Bu mücadilədə üstünlüyün şübhəsiz
kommunizmdə əsil olan mərkəziyyət və hakimiyyət tərəfində qalacağını anlamaq
müşkül deyildir.
Lenin, “Dövlət və inqilab” adlı klassik əsərində xəyali kommunizmi
anarxistlər kimi hökumətsiz və səbri qüvvətdən azad, tamamilə sərbəst insanlar
səmiyyətindən ibarət bilərək hökumətin “getdikcə ölməyə məhkum olduğunu təlim
etdiyi halda, “Proletariya hakimiyyəti” adını verdiyi dünyanın ən şiddətli və ən
müstəbid bir hökümət sistemini işə salmış və əməli şəkildə təsis eyləmişdir.
Milliyyət məsələsində də öylə: hər milləti tamamilə sərbəst və öz müqəddəratına
şəxsən hakim qəbul edərək, sözdə sovet sisteminin ana əsasları daxilində
federalizmə mühüm bir mövqe ayırdığı halda, işdə dünyada tayı olmayan bir
sentralizm vücudə gətirmişdir.
“Sovet Rusiyasında millətlərin hüquqi məsələsi” adlı məqaləsində rus
sosialistlərindən Timaşov sovet federalizminin yapmacıqlarını təhlil edərkən ilk
nəzərdə görünən anlaşılmaz xüsusiyyətləri izah edə bilmək üçün sovet dövlətinin
çox da məchul olmayan xüsusiyyətini qeyd edir. O deyir ki,. “Sovet hökuməti
hakimiyyəti ikiləşmiş dövlətlər tipində bir təşkilatdır. Əski Romanın miladdan
sonra iki əsr müddətincə davam edən halı da bu şəkildə idi. Senat bütün o
rəsmiyyəti ilə prinsinin mütləqiyyətini pərdələyirdi. Mervinq xanədanına mənsub
krallar zamanında Frank monarxiyası dəxi hüquqi hakimmiyyəti Mayordomlara
tərk eyləmişdi. Yaponiya iki əsrdən çox rəsmi şan-şöhrətin kamilən dini hökmdar
Mikadoya aid olduğu halda, hüquqi hakimiyyətin dünyəvi imperator Şiyoqonlara
aid olduğuna şahid olmuşdur”. Bu təşbihlərə o, bir də müasirlərdən Mussolini
diktatorluğunu əlavə edir. İtalya bir tərəfdən rəsmi surətdə konstitusiyalı idarəni
mühafizə eyləmiş, digər tərəfdən də bütün hakimiyyəti kiçik bir dəstənin əlinə
32
vermişdir. Bunlara biz də islam tarixindən bir çox misallar əlavə edə bilərdik.
Bunlardan yalnız birisini qeyd edək: Abbasilər zamanında hökumət rəsmən
xəlifələrin ikən, felən bir zaman iranlı bərməkilərin, bir zaman da türk əmirlərin
əlində qalmışdı. Müasir Rusiya dəxi bu qəbildən bir hökumətdir. Rəsmən “Sovet
hökuməti” ünvanını daşıyan bir hökumət adı ilə idarə olunur ki, hüquqən
“zəhmətkeşlər” tərəfindən seçilən əsaslara istinad edər. Halbuki, həqiqətdə
tamamilə kommunist firqəsinə və bu firqənin başında duran məhdud diktatorlar
zumrəsinə məhkum və tabedir.
Federalizm pərdəsi altında sentralizm çöhrəsini saxlayan sovet sistemini
haqqıyla anlaya bilmək üçün Timaşov tərəfindən təsbit olunan bu xüsusiyyətin
zikri mühümdür. Sovet hökumət təşkilatlarında tərkib və təşkiledici bir prinsip
halında olan federalizm əsasına müqabil, Kommunist firqəsi sistemində çox
mühüm bir rola malik olan qatı sentralizm əsasına qarşı qoyulmaqdadır. Sovet
hökuməti bugünkü halını buluncaya qədər müxtəlif şəkillərə girmiş, Sovetlər
İttifaqını tənzim edən müqavilələr haldan-hala keçmişlərdir. Halbuki, Kommunist
firqəsində hakim olan mərkəziyyətçilik heç bir zaman zəiflədilməmişdir. Bu gün
artıq “İttifaqlar Kommunist Firqəsi” adını daşıyan bolşevik firqəsinin 1925
sənəsinə qədər Sovetlər İttifaqından Rusiya ismi rəsmən qaldırılmış ikən daşıdığı
isim Rusiya Kommunist Firqəsi idi. Bu gün müxtəlif cümhuriyyətlər daxilində hər
nə qədər Gürsüstan, Azərbaycan, Özbəkistan və sairə kimi adca “milli” kommunist
firqələri təşəkkül eyləmişsə də, felən bu firqələrin vəziyyəti Rusiya Kommunist
Firqəsinin birər vilayət komitəsi vəziyyətindən fərqli deyildir. Bunlar ən kiçik
xüsusiyyətə varıncaya qədər təlimatlarını Moskvadan, Kommunist Firqəsi Mərkəzi
heyətindən alırlar. Bu “Kommunist Firqələri”nin baş katibləri mərkəzdən təyin
olunur. Onların Üçünsü İnteriasionalda müstəqil yerləri də yoxdur. Onlar, burada
Rusiya Kommunist Firqəsi şəxsiyətində təmsil olunmuş hesab edilirlər. Üçüncü
İnternasionalda bir alman, bir fransız, bir bolqar kommunist firqəsi varkən, bir
Qafqaz, bir Türkistan və ya bir Ukrayna Kommunist Firqəsinə yer yoxdur. Buna
lüzum da görülməyir. Çünki, hələ çarlar zamanından bəri bütün bu vilayətlər
Rusiya Kommunist Firqəsi tərəfindən təmsil olunmuş və bu firqə heç bir zaman öz
daxilində “istiqlala deyil, azacıq bir mərkəziyyətsizliyə belə dözməmişdir.
Rusiya şəraitində və kommunist firqəsi içərisində tətbiq olunan bu müdhiş
mərkziyyət Lenin və şagirdləri tərəfindən eyni zamanda Üçünsü İnternasional
firqələrinə də sirayət etmişdir. Zatən Lenin tərəfindən tənzim olunub da Üçüncü
İnternasionala mənsub kommunist firqələri üçün tətbiqi lazım görülən təlimat
arasında Drakon (mürtəce - A.R.) qanunlarını andıran tələblər vardır. Özlərimi az-
çox bilir, Avropa kommunistlərindən mühüm bir qismi vaxtilə Moskvanın bu
amiranə ədasını çəkməmiş, İnternasionaldan çıxmışlardır. Bu çıxanlardan birisini
təşkil edən fransız kommunistlərindən Frossar 1923-cü ildə nəşr eylədiyi bir
risaləsində Rusiya Kommunist Firqəsinin bütün cahan kommunistləri üzərində
təsis etmək istədiyi diktatorçu idarəni, bu Moskva hakimiyyətini çəkə