“Azərbaycan Ferdasiyası – İsveç”in (AFİ) Qurultay Komitəsinin toplantı
Protokolu
Say 2
Tarix: 2009-07-29
Yer : Paltalk
Toplantını idarə etdi: Abdulla Əmir Haşimi (Cavanşir)
Toplantının katibi : Semed Niknam
Toplantıya qatılmışlar :
-
Əli Mollazadə (“Ulduz”)
-
Bəhmən Nəbizadə (“Haray”)
-
Abdulla Əmir Haşimi (Cavanşir) (“Qarabağ”)
-
Məmməd Azər (“Azərbaycan”)
-
Nasir Məhəmmədi (“Azərbaycan”)
-
Əfsanə xanım Sevigin (“Günəş”)
-
Salamat Dəşti (“22 May”)
-
Əmir Hüsen Seyfəddini (“Azərbaycan”)
-
Səttar Sevigin (“Ərk”)
10- Semed Niknam (“Turko-Az”)
Gündəlik :
-
Qurultay Komitəsinin məsulu və komitənin mali məsulunun seçilməsi
-
Qurultay Komitəsinin (Q.K) quruluşu və iş planının müzakirəsi
-
Qurultayın vaxtı və keçiriləcək yeri
-
AFİ-nin indiyədək məhkəmədə olan bütün problemlərinin üzə çıxardılması
-
3 ay bundan əvvələdək AFİ-yə üzv olmaq üçün müraciət etmiş dərnəklərin ərizələrinin yoxlanılması, müsbət halda həmin dərnəklərn nümayəndələrinin qurultayda iştiraklarının təmin edilməsi
-
Qurultay Komitəsinin strukturunda nəzərdə alınan qruplardan olan “Qurultay Hazırlıq Komitəsi”nin tərkibinin seçilməsi
Gündəlik təsdiq edildikdən sonra:
Müzakirələr:
-
Qurultay Komitəsinin məsulu: Səttar Sevigin
Komitənin mali işlər sorumlusu: Bəhmən Nəbizadə, seçildilər.
-
Q.K-sinin birinci toplantısında komitənin quruluşu və iş planı haqda Semed Niknamın irəli sürdüyü layihənin bir sıra bəndləri müzakirə olundu və bütövlükdə səsə qoyuldu, səs çoxluğu ilə qəbul olundu.
-
Qurultayın vaxtı: Toplantıda təklif olunan qurultay vaxtı, maraqlanan bütün digər quzeyli-güneyli azərbaycanlılarla razılaşmaq üçün, iclasda səsçoxluğu ilə qəbul olunmadı və onun müzakirəsi növbəti iclasın gündəliyinə həvalə olundu. Baxmayaraq ki, Səttar bəyin verdiyi raportuna görə, 2010-cu il büdcəsinə baş vurmaq üçün, İsveç hökumət orqanları AFİ-yə, 2009-cu il oktyabr ayının 15-nə qədər vaxt vermişlər.
-
AFİ-nin mali işləri və məhkəmədə problemləri haqda Səttar beyin raportu dinlənildi və AFİ-nin indiyədək məhkəmədə olan bütün problemləri haqda Səttar bəyin yazılı surətdə Komitəyə rapport hazırlaması qərarı alındı.
-
Üzv olmaq üçün daxil olan ərizələr: AFİ-yə üzv olmaq üçün 3 ay öncə ərizə ilə müraciət etmiş dərnəklərin ərizəsinə baxılacaq.
-
Qurultayın keçirilməsi üçün hazırlıq işlərini görəcək qrupa seçildilər: Səttar Sevigin (Komitənin məsulu)
Bəhmən Nəbizadə ( Mali işlər sorumlusu )
Salamat Dəşti
Əli Mollazadə
Nasir Məhəmmədi
Eyni zamanda qərara alındı ki, AFİ İdarə heyətindən istefa verməmiş şəxslər, Q.K-nin uyğun bölümlərində işləyəcəklər. AFİ-nin başqa orqanları o sıradan, Nəzarət Heyəti və Seçim Qrupu öz işlərini davam etdirməlidirlər. Qurultay Komitəsinin başqa bölümlərinin yaradılması və iş planının hazırlanması növbəti toplantıya saxlanıldı.
Növbəti iclasın zamanı: 13 avqust 2009, saat 20.00
Toplantını idarə etdi: Abdulla Əmir Haşimi (Cavanşir)
Toplantının katibi : Semed Niknam
Dostları ilə paylaş: |