26
onların köməyinə gəlirəm, Ģəhərin xəzərlərə təslim edilməsinə imkan
verməyəcəyəm».
[Müəllif] deyir: Bərdik əl-HərəĢiyə belə cavab verir: «Ya Əmir! Allah
istəsə, mən bu (səh. 48) iĢin öhdəsindən gələrəm!» [Müəllif] deyir: Gecə yarısı
Bərdik Varsana yola düĢdü. Sübh çağı bir dəstə xəzər onun üzərinə hücuma keçib
əsir etdilər. Sonra xəzərlər onu dindirdilər və o, xəbər verdi ki, əl-HərəĢi onu
Varsana göndərib ki, onun gəliĢini əhaliyə yetirsin.
[Müəllif] deyir: Xəzərlərdən birisi soruĢdu: «Bəs indi əl-HərəĢi haradadır?»
О cavab verdi: «Beyləqandadır». Onlar ona belə dedilər: «Əgər sən azad olub
canını xilas etmək istəyirsənsə, Varsan Ģəhərinə daxil olub, əhalisinə xəbər
verməlisən ki, ərəblərdən bir nəfər də olsun onların köməyinə gəlməyəcək və onlar
Ģəhəri bizə təslim etməlidirlər».
[Müəllif] deyir: Bərdik onlara dedi: «Мən sizin istəyinizi yerinə yetirərəm,
lakin siz mənim ala atımı əlimdən almısınız, mən də onsuz heç bir iĢ görə
bilmərəm. Atımı qaytarın və icazə verin Ģəhərə yaxınlaĢım». [Müəllif] deyir:
Xəzərlər atını ona qaytardılar. O, atına minib uca səslə dedi: «Ey Varsan camaatı!
Məni tanıdınızmı?» Varsanlılar cavab verdilər: «Bəli, səni tanıdıq! Sən beyləqanlı
Bərdiksən, ala atın sahibisən!» О dedi: «Siz haqlısınız, mən sizin tanıdığınız
adamam! Mən sizə xəbər verməliyəm ki, sizin köməyinizə böyük ordu ilə Səid ibn
Əmr əl-HərəĢi gəlir, indi o, Beyləqandadır. ġəhərinizdə möhkəm durun və
xəzərlərə təslim olmayın, çünki əl-HərəĢi Allah qoysa, sabah səhər burada olacaq!
Allahda olan qüvvə və qüdrət heç kəsdə yoxdur! Mənə gəldikdə isə mən
öldürüləcəyəm. Hamınıza salamlar olsun!»
[Müəllif] deyir: Varsan camaatı bu sözləri eĢidəndə səslərini ucaldaraq
Allaha Ģükür etdilər. Xəzərlər baĢa düĢdülər ki, Bərdik onlara əl-HərəĢinin
gəldiyini xəbər verdi. Üstünə atılıb qılıncları ilə onu doğram-doğram etdilər.
[Müəllif] deyir: Bunu eĢidən əl-HərəĢi əmr etdi ki, odun yığsınlar. Çoxlu
odun gətirdilər və о əmr etdi ki, (səh. 49) onlara od vursunlar ki, tüstü qalxsın və
Varsan əhalisi
bilsin ki, o, onların köməyinə gəlir.
[Müəllif] deyir: Xəzərlər tüstünü görən kimi Varsanın mühasirəsindən əl
çəkib BalaĢacan düzünə
61
, oradan da Bacərvana getdilər.
[Müəllif] deyir: Əl-HərəĢi Varsanın yanına gəlib, bütün günü Ģəhər
qapısında durdu. ġəhərdən ona ərzaq və atlar üçün yem gətirdilər. Varsandan olan
iki mindən çox atlı onun ordusuna qoĢuldu. Bundan sonra əl-HərəĢi Varsanı tərk
edib, xəzərlərin ardınca Ərdəbil və Miməddən
62
keçərək Bacərvana gəlir.
Burada ordusunu yenicə yerləĢdirmiĢdi ki, onun yanına kağız kimi ağappaq
atın belində özü də ağappaq geyimli bir kiĢi gəldi. O, atını Bacərvan darvazasının
önündə oturan əl-HərəĢinin düz qabağında saxladıb onu salamladı. Əl-HərəĢi
atlının salamına cavab verib, ondan soruĢdu: «Kimsən, Allahın sənə rəhmi gəlsin?»
Atlı cavab verdi: «Mən Allahın bir bəndəsiyəm! Ya Əmir, cihada və qənimətə
ehtiyacın varmı?» Əl-HərəĢi soruĢdu: «Axı mən buna necə nail ola bilərəm?» О