13
Məhəmməd Əmin Rəsulzadə, Məhəmməd Hadi, Hü-
seyn Cavid,
Abdulla Şaiq, Abbas Səhhət, Abdulla Sur,
Tofiq Fikrət, Səid Səlmasi, Abdullah Cövdət, Rə-
caizadə Mahmud Əkrəm, Xalid Ziya Uşaqlıgil, eləcə
də nisbətən az tanınan Axund Yusif Talıbzadə (Ab-
dulla Şaiqin böyük qardaşı – V.Q.), İbrahim Tahir
Musayev, İsmayıl Səfa kimi ictimai-siysi xadimlər,
yazıçı, şair və filosoflar vardı. Adları sadalanan müəl-
liflərlə bir sırada elə imzalar da var ki, onlar müasir
azərbaycanlı oxucusuna ümumiyyətlə, heç nə demir.
Yaxud çox az məlumdur. Belə müəlliflərin sırasında
məcmuə səhifələrində publisist məqalə və tərcümələri,
şeir və hekayələri ilə ardıcıl çıxış edən Əhməd Kamal,
Əhməd Raiq, Əliağa Həsənzadə, Əli Rza Krımzadə,
Bəkir Əməkdar, Asan (Həsən) Səbri Ayvazov və
başqalarının adlarını çəkmək mümkündür.
Söhbətimiz sonuncu haqqında olacaq.
Təbii ki, tanınmamaq anlayışı burada şərti xarakter
daşıyır və daha çox günümüzün Azərbaycan ədəbiy-
yatşünaslığı və milli mətbuat tarixçiliyinin həmin şəx-
siyyətlərlə maraqlanması və onların irsini tədqiq et-
məsi nöqteyi-nəzərindən gerçək görünə bilər. Çünki
istər krımlı Asan Səbri Ayvazov, istərsə də İttihad və
Tərəqqi hərəkatının tanınmış isimlərindən olan şair və
qəzetçi Əhməd Kamal vətənlərində kifayət qədər məş-
hurdurlar. Əsərləri çap edilib, həyat və yaradıcılıqları
barəsində kitablar, məqalələr yazılıb, milli ədəbiyyat
və ictimai fikir qarşısındakı xidmətlərinə qiymət ve-
rilib. Eyni zamanda, nisbətən səthi və ötəri şəkildə də
olsa, hər ikisinin Azərbaycanla bağlılığı məsələsinə