qiymətinə tələbatını qismən ödəmək üçün‖ o, yeni kompaniyanın dəyəri 165 min
funt sterlinq (1,6 mln manat) olan iri səhm paketini öz əlində saxladı [15]. Bu paket
―Oleum‖un əsas kapitalının 13,7 faizinə bərabər idi. Buna görə də H.Z.Tağıyev
ingilis bankının direktoru E.Qubbardla birlikdə ―Oleum‖un idarə heyətinin
direktorlarından biri seçildi. Beləliklə, yerli kapitalın neft işində, o cümlədən neft
müəssisələrinin gəlirlərinin bölünməsində iştirakı yeni forma aldı.
Milli burjuaziya neft işində çoxmilyonlu yığımdan kapitalist istehsalının
yeni sahələrinə, xüsusilə yüngül və emal sənayesinə, nəqliyyat və digər sahələrə
soxulmaq üçün istifadə etməyə cəhd göstərirdi. Tağıyevlərin 1898-ci ildə
fəaliyyətə başlayan ―Lifli maddələrin emalı üzrə Qafqaz səhmdar cəmiyyəti‖
adlandırılan səhmdar müəssisəsinin yaranması da bu məqsədə xidmət edirdi.
Müəssisənin tikintisinə 6 mln. manat xərclənmişdi. Vəsait və qüvvələrin sənaye
fəaliyyətinin yeni sahələrinə keçirilmiş yerli kapitalistlərin niyyətləri ilə birbaşa
əlaqədar idi.
Xarici kapitalın neft istehsalında mövqeyinin genişlənməsi və
möhkəmlənməsi rus burjuaziyasının və onun mənafeyini ifadə edən bəzi çar
məmurlarının müəyyən müqavimətinə rast gəldi. Çar hökuməti 80-cı illərin
ortalarında neftli torpaqların xaricilərin mülkiyyətinə keçməsini məhdudlaşdırmaq
haqqında məsələ müzakirə etmək qərarına gəldi. Lakin bu məsələnin həlli 1888-ci
ilin martında ―kapital cəhətdən Rusiya kimi çox yoxsul olan ölkəyə kapitalın
buraxılışını tamamilə dayandırmağı çətin ki, faydalı hesab etmək olar‖ [16] –
fikrini söyləmiş maliyyə nazirinin müqavimətinə rast gəldi. Maliyyə nazirinin bir
sıra dəlillərini rədd edən nazirlər komitəsi, bununla belə, xarici kapitalın rus neft
sənayesindən tamamilə kənar edilməsinin faydalı olmadığı fikrini düzgün hesab
etdi və bildirdi ki, belə tədbirlər ―...xarici birjalarda mənfi təsərrüfat‖ yarada bilər.
Bununla əlaqədar qərarda göstərilirdi ki, ―ilk vaxtlar neftli torpaqların bir əldə
cəmlənməsinə mane olmağa yönəldilmiş yalnız müəyyən məhdudiyyətlərlə
kifayətlənilsin‖ [17].
Neft istehsalının başlıca özünəməxsusluğu xammal mənbəyinə - neftli
torpaqlara mülkiyyətin xarakteri ilə başlı idi. Çarizmin torpaq siyasəti bu zaman
həlledici amil kimi çıxış edirdi. Bu siyasətdə ziddiyyətli, əksər hallarda isə bir
araya sığmayan meyillər: azad kapitalist işbazlığının dövlətin neftli torpaqların ali
mülkiyyətçisi kimi imtiyazının saxlanılması ilə, hakim sinfin – təhkimçi
mülkədarların mənafeləri ilə birləşdirmək cəhdləri özünü göstərirdi.
1 fevral 1872-ci il ―Neft mədənləri və ağ neft istehsalından aksizlər
haqqında‖ Qaydalar ―mədən azadlığı‖ prinsipini elan etdi. Bütün silklərdən olan
şəxslərə - həm Rusiya vətəndaşlarına, həm də xaricilərə Abşeronda torpaq
ayrılması, neft axtarışı və çıxarılması hüququ verilirdi. Lakin hökumət bu
Qaydaların həyata keçirilməsini dərhal dayandırdı. Doğrudur, sonrakı 12 il ərzində
neft sənayeçiləri tez-tez torpaq sahələri ələ keçirir və yaxud dövlət kəndlilərindən
torpaq icarəyə götürürdülər [18].
Digər aktla, 1872-ci il 17 fevral ―Qaydaları‖ ilə ―əvvəllər iltizamda olan
dövlət neft mədənlərini müzaidə yolu ilə şəxsi adamlara vermək nəzərdə
tutulurdu‖. Həmin ildə baş vermiş müzaidə zamanı 174 desyatin torpaq (onlardan
150 desyatini Balaxanıda idi) satıldı.
Lakin 80-cı illərin ortalarında çarizmin siyasətində yeni kurs müşahidə
olunmağa başladı. Təkcə sərbəst xəzinə torpaqlarının şəxsi adamlara ayrılması
deyil, həm də kəndlilərə xəzinə icma torpaqlarının təkini istismar etmək hüququ
verən rəsmi qaydaların da fəaliyyəti dayandırıldı.
Digər tərəfdən, hökumət kəndlilərin istifadəsində olan məhz xəzinə icma
torpaqlarının fondunu artırmaq qərarına gəldi. Balaxanı və Digah kəndlərindəki
1420 desyatinə yaxın kəndli torpaqlarının kütləvi müsadirə aktı 1882-ci ildə həyata
keçirildi. 1890-cı il 9 fevral qanununa əsasən isə kəndlilərdən heç bir əvəz
ödənilmədən 4967,5 desyatin torpaq alındı [19]. ―1890—cı il qanunu gücə
əsaslanırdı və güc vasitəsilə həyata keçirildi. Torpaqları tikilmiş evlər müzaidə ilə
satılırdı. Kəndlilərin şikayət və müraciətləri nəticəsiz qalırdı‖ [20]. Neft mədənləri
haqqında 1892-ci il 3 iyun ―Qaydaları‖ ilə Abşeron yarımadasının bütün neftli
torpaqları xüsusi şəxslərin istifadəsi üçün bağlı elan edildi. İndi torpaqlar hər
sahədən mütləq minimum haqq müqabilində verilə bilərdi. Müzaidənin şərtlərini
və vaxtını hökumət özü müəyyənləşdirirdi. Xəzinə neftli torpaqlarının icarə sistemi
nəzarəti dərinləşdi. Pud hesabı şəklində xəzinənin xeyrinə toplanan renta da artdı
[21].
Bütün bunlar sonrakı illərdə neft istehsalının inkişafına ciddi təsir
göstərərək onun maya qəyərini qaldırdı.
Çarizmin ―yeni kursu‖ sazişçi xarakter daşıyırdı. Dövlətin gəlir
mənbələrindən olan neftli torpaqların vasitəsilə onun burjuaziyanın sərəncamına
keçməsindən narazı olan irticaçı mülkədarların və burjuaziyanın yuxarı dairələrinin
tələbatı ödənildi. Yeni torpaqların kütləvi müsadirəsi məhz sonuncuların mənafeyi
baxımından keçirilmişdi. Çarizmin aktlarının kapitalizmin inkişafı yolunda
əngəllər törətməsinə baxmayaraq, əslində burjuaziyanın ―cilovlanması‖ olmadı və
ola da bilməzdi.
Birinci müzaidələr 1896-cı ildə baş verdi. Sahələrin
2/
3
hissəsi ən iri
kampaniyalara – ―Nobel qardaşları şirkətinə (satılmış bütün sahələrin yarıdan
çoxu), Xəzər – Qara dəniz Cəmiyyətinə, Kaspi şirkətinə və başqalarına çatdı. İkinci
və üçüncü müzaidələr də belə nəticələndi.
Neftli torpaqlara münasibətdə çarizmin siyasətinin nəticələri deyilənlərlə
bitmir. Onun nəticələrindən biri neftli torpaqlarından istifadə şərtlərinin hədsiz
rəngarəngliyi idi. Kənd icmaları ilə müqavilə əsasında istismar olunan torpaqlarda,
təsərrüfat sahibkarlarının özləri tərəfindən idarə olunan şəxsi mülklərdə, həmçinin
ayrılma hüququ adlandırılan hüquqi əsasda istismarda olan sahələrdə icarə haqqı
çox mötədil və yaxud cüzi idi. Simvollik haqq – bir desyatinə 10 manat
müqabilində (1896-cı ildə 100 manata qaldırılmışdı) müddətsiz olaraq neft