Belə ki, ―Nobel qardaşları‖ şirkətinin səslərinin sayı 117-yə qədər və yaxud bütün
səslərin 16%-nə qədər artdı [28]. 1893-cü ildə Əsasnamənin paylarına ümumi
məhsuldarlığın
2
/
3
-si düşən iri firmalara səslərin yarısın, verən yeni redaksiyası qəbul
olundu. Səslərin digər yarısı isə daha aşağı senz üzrə yerdə qalan bütün sənayeçilər
arasında bölüşdürüldü. Bununla da qurultaylar təxminən bir qrup iri firmanın orqanı və
onların neft istehsalını inhisarlaşdırmaq cəhdlərinin ifadəçisi oldu. Qurultaylar neft-
sənaye burjuaziyasının, xüsusilə onun inhisarçı yuxarı təbəqəsinin təşkilati cəhətdən
birləşməsi və onun dövlət aparatı ilə qovuşması üçün mühüm vasitə oldu. 1890-cı
ildən Bakı neft sənayeçilərinin qurultayları şurası Peterburqda özünün ştatlı
nümayəndəsinə malik idi və bütün mühüm məsələlər üzrə çar hökuməti qarşısında
məsələ qaldırırdı. Çar hökuməti isə öz növbəsində bildirirdi ki, ―neft sənayesi ilə
əlaqədar heç bir məsələ əvvəlcədən Bakı neft sənayeçiləri ilə müzakirə olunmadan
hökumət tərəfindən həll edilməyəcək‖ [29]. Qurultaylar Şurası işgüzar nümayəndəlik
funksiyasını, fəhlələr əleyhinə siyasətlə burjuaziyanın qüvvə və vəsaitini, çarizmin
hərbi-polis cəza aparatı ilə birləşdirirdi. 1897-ci ildə çarizm Balaxanı-Sabunçu
polismeysterliyini təsis etdi. Onun saxlanılmasına sərf olunan xərclər ona görə
bütünlüklə qurultay Şurasının fondu hesabına ödənilirdi ki, Balaxanı-Sabunçu polis
idarəsinin ştatlarının təsis edilməsi yalnız neft sənayeçilərinin özlərinin ehtiyacı və
onların təşəbbüsü ilə bağlı idi. Qurultaylar Şurası özünün iki həftəlik mətbuat orqanına
– ―Neftyanoe delo‖ jurnalına malik idi. Qurultaylar şurasının fəaliyyəti ilə bağlı bütün
xərclər, firmaların ―könüllü‖ üzvlük haqları, 1893-cü ildən isə məcburi yığımlar
hesabına ödənilirdi [30].
1892-1893-cü illərdə neft sənayesi 90-cı illərin əvvəllərində Rusiya
sənayesinin qismən böhranı ilə əlaqədar yeni böhran keçirirdi. Neft sənayesinin yeni
böhranı əsasında neft məhsullarının həddən artıq istehsalı dururdu ki, bu da onların
qiymətlərinin kəskin şəkildə aşağı düşməsinə səbəb olmuşdu. Yalnız 1894-cü ilin
sonunda neftə olan qiymətlərin qalxması neft məhsulları istehsalının artması ilə
əlaqədar neft sənayesi böhran vəziyyətindən çıxdı. Sonrakı illərdə qazma və neft
hasilatının inkişafı sürətlə gedirdi. Əgər 1894-cü ildə Bakı rayonunda 12,9 min sajen
qazma işi aparılmışdısa, 1900-cü ildə bu 83,1 min sajenə çatırdı.
90-cı illərin ikinci yarısının sənaye yüksəlişi şəraitində Bakının neft emalı
sənayesi öz istehsalını xeyli genişləndirdi. Bu illər ərzində istismar olunan quyuların
sayı 3,2 dəfə artdı.
90-cı illərin ikinci yarısında Bakıda neft hasilatı xüsusilə inkişaf edirdi.
1900-cü ildə o, 1870-ci illə müqayisədə 400 dəfədən çox artıb 601,2 milyon puda
çatmışdı.
1898-ci ildə Bakı neft hasilatına görə Amerika Birləşmiş Ştatlarını ötdü.
1900-cü ildə illik məhsuldarlığı 10 milyon pud olan və firmaların ümumi sayının
8,8%-ni təşkil edən 13 firma neft hasilatının 67,1 faizini verirdi [31]. 1900-cü ildə
―Nobel qardaşları‖ şirkəti Xəzər-Qara dəniz Cəmiyyəti ilə birlikdə Bakıdakı 8 ən iri
firma (hər birində hasilatın miqdarı 20 mln. puddan çox) sırasında ―Mantaşov və K°‖,
Bakı Neft Cəmiyyəti, Xəzər şirkəti, Rus nefti və duru yanacağını çıxarmaq üçün
cəmiyyət (―Oleum‖), Mirzoyev qardaşları, Rus neftinin Bakı cəmiyyəti firmaları da
var idi.
Ümumi sindikat yaradılması məsələsi ilə əlaqədar neft sənayesi
qüvvələrinin ―qütbləşməsi‖ prosesi 90-cı illərin əvvəllərində yeni mərhələyə qədəm
qoydu. 1891-ci ildə 4 yerli firmanın ―Bakı standartı‖ adlandırılan birliyi meydana gəldi.
Bu, Mantaşevin, Tağıyevin, Lianozovun və Budaqovun firmaları idi. ―Nobel qardaşları‖
şirkəti yaranmış vəziyyətdən istifadə etməyi qərara aldı. Növbəti ilin noyabr-
dekabrında ―Yeddi böyük firmanın ittifaqı‖ adlı yeni birlik yarandı. Birlik həm də
―Bakı standartı‖nı, Rotşildlərin Xəzər-Qara dəniz Cəmiyyətini və ―S.M.Şibayev və
K°‖-nı öz himayəsinə cəlb edə bildi [32].
Bakı firmalarının birliyi çox böyük qüvvə idi. Bakıda ağ neft istehsalının
3
/
4
-
dən bir qədər azı ―Yeddi böyük firmanın ittifaqının‖, o cümlədən 25,5%-i ―Nobel
qardaşları‖nın, 35,7%-i öz növbəsində ağ neft istehsal edən bütöv bir qrup xırda və
orta zavodlarla ittifaqda olan Xəzər-Qara dəniz Cəmiyyətinin və 13%-i ―Bakı
standartı‖ firmasının payına düşürdü [33]. Bununla da Rusiyada əsas ağ neft
istehsalçıları ilk dəfə olaraq kifayət qədər iri birliyə nail oldular ki, bu da onlara
Amerikanın ―Standart Oyl‖ firması ilə dünya ağ neft bazarını bölüşdürməyə və Bakı
firmaları üçün ―sahələr‖ müəyyənləşdirməyə imkan verdi. 1893-cü ilin payızında
Parisdə dünya bazarlarında ağ neft ticarəti normaları haqqında ilkin saziş əldə edildi.
Lakin ―Yeddi böyük firmanın ittifaqı‖ daxilindəki ziddiyyətlər nəticəsində saziş
pozuldu. Nobelin və Rotşildlərin hegemonluğundan qorxuya düşən ―Bakı
standartı‖nın dörd firması onlarla ittifaqdan çıxdı.
1893-cü il oktyabrın 23-də Peterburqda firmaların bir hissəsinin
nümayəndələri tərəfindən Maliyyə Nazirliyinin razılığı ilə Bakı ağ neft istehsalçılarının
ittifaqının yaradılması haqqında müqavilə imzalandı. Lakin müqaviləni imza etməyən
Tağıyev və Mantaşovun firmalarının nümayəndələri sindikata daxil olmaqdan imtina
etdilər. Hökumət sonunculara Bakı ağ neft istehsalçılarının II qrup ittifaqı adlandırılan
ittifaq yaratmağa icazə verdi ki, bu da həmin ilin noyabr ayının 27-də baş verdi. I qrup
agentlərinin malik olduqları hüquqlara bərabərləşdirmək əsasında, II qrupun ticarət
agenti A.İ.Mantaşov oldu. Hər iki qrupun təşkilatı baxımdan vahid sindikatda
qovuşması yalnız 1895-ci ilin mayında baş verdi [34].
İxracat sindikatı Bakıda ağ neft istehsalının 97-98%-nə nəzarət edirdi. Lakin
burada iştirakçılar qeyri-bərabər bölüşdürüldüyündən onun möhkəmliyindən
danışmaq olmazdı. İttifaqın paylarının 9610-u ―Nobel qardaşları şirkəti‖nə, 5870-
i Xəzər-Qara dəniz Cəmiyyətinə məxsus olduğu halda, Mantaşov 3059,
Qukasovlar (Xəzər birliyi) 2703, Tağıyev 2461 paya malik idi [35]. Bakı
firmalarının ilk ixracat sindikatı neft inhisarları tarixində, onların dünya bazarlarını
bölüşdürmək uğrunda mübarizələri tarixində mühüm mərhələdir. Onun fəaliyyəti
inhisarçı kapitalizminə dövr üçün kifayət qədər aydın olan yırtıcı xarakterini aşkara
çıxardı. Sindikat daxilində bir-birinə qarşı barışmaz mübarizə aparan üç qrupun –