Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə90/95
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50581
1   ...   87   88   89   90   91   92   93   94   95

356 
 
hampa  kişidi.  Amma  səhərdən  də  söhbət  gedirmiş  ki,  ay  biz 
bəyik,  biz  ağayıx,  biz  beləyik,  eləyik.  Babam  da  kirimişcə 
duruf qulax asır. Babam görür kü, bu, qollarını çirməliyif aşa 
elə  girişif  ki,  babama  imkan  vermir  bir  kısmat  ala.  Babam 
soruşur ki, siz doğrudanmı ağasınız, yəni seyidsiniz? 
Deyir: 
– Həə, bə nə? Nəslim belə, köküm belə, babam filankəs, 
nənəm flankəs. Biz təmiz seyidik, miriyik filan. 
Deyir: 
– Bə sən nətəər seyidsən ki, rahatnan qavax-qavağa otu-
ruf bir sinidən aş yiyirsən? 
Bu  sözdən  sonra  o  ağa  əlini  sinidən  çəkir  qırağa,  tay 
əlini uzatmer. Bu, rahatca siniyi qavağına çəkir təkcənə yiyir.  
 
146. ANAM MƏNİ O CAMA OTUZDURURDU 
 
Bir gün kənd yeriymiş. Öyün xanımı yuxa salermiş. Bir 
nəfər nəvələnd
134
 adam da  yoldan belə keçermiş,  kiminsə evi 
lazım imiş. Deyir ki, ay bajı, bərəkətdi olsun. 
Deyir: 
– Sağ ol, ay qardaş. 
Deyir: 
– Əhmədalının öyünü gəzerəm.  
Deyir: 
– Vallah, bu uşax göstərər Əhmədalının öyünü saa, amma 
gəl bir isti-isti yuxa ye.  
Deyir: 
– Yox, əziyyət olar. 
Deyir: 
– Yox, sən allah, yuxa üstə əlifsən. 
                                                
134
 Nəvələnd – nabələd 


357 
 
Bir fətir saler, kişiyi dəvət eliyir. Deyir ki, qonax qardaş, 
bu fətiri yinən, onnan sonra bu uşax sana Əhmədalının öyünü 
göstərəjək. 
Kişi bardaş quror oturor, fətir də qavağında. Uşağı yanına 
çağırer, deyir: 
– Ay qızım. 
Deyir: 
– Ha. 
Deyir: 
– A qızım, bu fətirnən yiməyə bir şey varmı? 
Deyir: 
– Ay dayı, niyə yoxdu? Yaxşı bəhməzimiz var. 
Deyir: 
– Onnan bir az gətsən, bu fətirnən yiyəm. 
Gedir bir iri cəmi dolduror bəhməznən, gətirer. Kişi fətiri 
bəhməznən yiyir, görör, doğrudan da, ləzzət eliyir. Elə olor ku, 
bəhməz qutarer, fətirdən bir az qaler.  
Deyir: 
– Ay qızım, bu bəhməzdən gənə varmı? 
Deyir: 
– Ey, ay dayı, içinə siçan düşüf, yeyən də yoxdu. Nə qədər 
deyirsən, var. 
Deyən  kimi,  bu  qaldırır  cəmi  yerə  vuror.  Uşağ  oturur 
zırhazır ağleer. Deyir: 
– A qızım, niyə ağleersan? 
Deyir: 
– Ey, ay dayı, Allah işini heç uvand eləməsin. 
Deyir: 
– Niyə?  
Deyir: 
–  Anam  məni  hər  axşam  bax,  o  cəmə  çiş  tutordu,  indi 
nolojax mənim axırım? 


358 
 
147. ÜÇ PƏLTƏK BACI
135
 
 
Bir kişinin üş dənə gözəl qızı var imiş. Qızdar həddinnən 
artıq gözəlimiş. Doğrudan da, elə bilermişsən, tale xoş günün-
də,  xoş  saatında  bunun  qələmini  çəkib  də.  Bir  dənə  eyibləri 
yoxuymuş. Amma buların çox gizdi qalan bir sirrəri var imiş: 
bu  qızdarın  üçü  də  pəltək  imiş.  Elə  anası  bu  qızdara  baxer, 
deyir  ki,  ay  kişi,  tale  bizə  belə  gözəl  qızdar  bəxş  eliyib,  indi 
nağayrax ki, buların üçü də pəltəkdi.  Allah buların kısmatını 
yetirsin, Allah bulara bir yaxşı ömür-gün yoldaşı nəsib eləsin. 
Elə bir adam olsun ku, heş buların pəltəhliyini hiss eləməsin.  
Nəsə, ay keçir, il dolanır. Bir gün kişi sevincək gəlir ki, 
arvad, bilirsənmi nə var? Deyir: 
– Nə var? 
– Qızdara elçi gəler. 
Deyir: 
– A kişi, nağayrax? 
Deyir: 
–  Nağarjeyıx?  Allah  verənnən  hazırra,  elə,  qızdarı  da 
geyindir,  kejindir, bəzəndir,  yuyunsunnar, daransınnar,  gəlsin-
nər. Bax, belə orda qəşəh otursunnar, elçilər də gəlsin baxsın, 
bu  üçünnən  birini  seçəjəhlər.  Ancax  tapşır  danışmasınnar, 
danışsalar pəltəhlikləri bilinəjəh.  
Bu  kişi  dediyi  kimi  arvad  bu  qızdarı  səliqə-səhmana 
saler,  üçünü  də  yanaşı  oturtduror.  Elçilər  gəler.  Baxer  görör 
kü,  ayə,  üş  dənə  qız,  üçü  də  bir-birinnən  gözəl.  Elçi  gələn 
arvad deyir ki, a kişi, sən canı, baxersanmı? Nə gözəl qızdardı 
bular. Oğlannarımız çox olsa, elə buların üçün də alardıx. 
                                                
135
 Söyləyici  “Üç  pəltək  bacı”,  “Tramvay  məsələsi”  lətifələrini  və  “Keçəlin 
evlənməsi”  nağılını  qaravəlli  nümunəsi  kimi  qələmə  verdi.  Dediyinə  görə, 
atası  qaravəlli  ustası  kimi  tanınırdı,  çox  vaxt  ona  Qaravəlli  Qədir  deyə 
müraciət edirdilər. Söyləyici danışdığı qaravəlliləri ondan eşidib. 


359 
 
Deyir: 
–  Arvad,  seçəh,  elə  birini  alağ  evdəki  oğlumuza.  Allah 
xoşbəxt eləsin, çox gözəl qızdardı.  
Bu  məqamda  bir  qurvağa  hardansa  hopbana-hopbana 
ortuya çıxer. Çıxanda böyük qız özünü saxlıyammer, deyir ki, 
ay bacı, quuuvağaa. Deyəndə, elçilər bir-birinin üzünə baxer. 
Ortancıl  uje  dayanammer,  deyir  ki,  a  cünü  qara,  anam  saa 
deməmmi  dimbalax?  Balaca  qayıdıf  deyir  ki,  a  bacu,  anam 
dedi dimbalax, elə mən də dimbalax. 
Elçilər duror, kirimişcə, suları süzülə-süzülə gedellər. 
  
148. TRAMVAY MƏSƏLƏSİ 
 
Həddinnən artıx gözəl bir qız bir gün tramvay dayanaca-
ğında  durufbuş.  Bir  də  bir  oğlan  hardansa  bu  tramvay  daya-
nacağına yaxınnaşır. Görür ki, pah, bir gözəl qız tramvay göz-
düyür.  Qız  o  qədər  gözəlimiş,  o  qədər  gözəlimiş  ki,  insanı 
valeh  eliyirmiş.  Qız  munun  çox  xoşuna  gəlir.  Bilmir  bunu 
nətəri  danışdırsın,  bunnan  nətəər  ünsiyyət  qursun.  Yaxınnaşır, 
deyir ki, xanım qız, bağışdıyın, sizdən bir şey soruşmağ olar-
mı? Qız deyir ki, niyə olmur, ay qardaş, buyurun. Deyir:  
– Ay bajı, burdan bir nömrəli tramvay keçəjəhmi? 
Deyir: 
– Ay qardaş, keçəjəh. 
Bu  başqa  bir  şey  deyəmmer,  nitqi  tutulor.  Geder  bir  az 
hərrəner, hərrəner, gəler, deyir: 
– Bajı. 
Deyir: 
– Buyur, qardaş. 
Deyir: 
– Burdan iki nömrəli tramvay da keçəjəhmi? 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə