34
2012/
IV
Bu problemin həll edilməsinin əsas məqsədi sehrli nağıllarla mifin
əla qəsini aşkarlamaqdır. Qarşıya qoyulan məqsədə nail olmaq üçün ob -
yekt kimi türk və slavyan nağılları seçilmişdir. Tədqiqatın metodu kimi
qar şı laşdırmalı-müqayisəli metoda üstünlük verilmişdir.
Əsas mətn. Mifin sehrli nağıllara yansıması hadisəsini sehrli nağıllara
məxsus ənənəvi formullarda da görmək mümkündür. Biz bu formulları
mifopoetik formullar adlandırdıq və aşağıdakı şəkildə təsnifatlandırdıq.
a) Bir varlığın təqdimatı və təsviri ilə bağlı metaforik və hiperbolik
formullar:
Bu formullar qeyri-adi varlıqlara və ya insana yönləndirilir və əsasən
onun zahirini təsvir edir. Metaforik və hiperbolik formullar birbaşa mi fo -
loji məntiqlə əlaqəlidir. Bu günə qədər aparılan bir çox araşdırmalardan
bəlli olur ki, ibtidai insan özünü təbiətin bir hissəsi hesab etdiyi üçün onun
metaforik düşüncəsi müasir insanın metaforaya münasibətindən kəskin
fərqlənirdi.
İbtidai düşüncədə insanın aya, günəşə, ağaca, quşa, hər hansı bir hey-
vana və s. bənzədilməsi daha çox totemistik və animistik xarakter da şı yır -
dı. Məsələn, Qadın gözəlliyinin təsviri ilə bağlı:
Türk mətnlərində:
Ayın on dördü kimi (S.S.)
Yemə-içmə bu qızın xətti-xalına, gül camalına tamaşa elə. Aya deyir –
sən çıxma, mən çıxıram (2, 216)
Rus mətnlərində:
«Красная девица»
Mətnin tərcüməsi:
Bu ifadəni hərfi şəkildə tərcümə etsək “qırmızı qız” ifadəsi alınır ki, bu
da nəzərdə tutulan mənanı vermir. Bir çox rus folklorşünaslarının yekdil
fikrinə görə qadının qırmızı rənglə müqayisəsi sırf mifoloji düşüncənin
nəticəsi idi. Məsələn, slavyan toy mərasimləri zamanı qadın gözəlliyni
ifadə edən mətnlərdən birində deyilir:
Под горой, горой высокою,
Что кипит колодезь с красным золотом,
Красны девицы расчерпывают;
Коя чарой, коя ковшичком (10, 76).
35
2012/
IV
Mətnin tərcüməsi:
Hündür dağın altında
Quyu qaynayır qırmızı qızılla dolu.
Qırmızı qızlar yığırlar
Hərdən kuzə ilə, fincan ilə.
F.Cəlil “Türk və slavyan xalqlarının folklorunda mifoloji elementlərin
müqayisəsi (Azərbaycan və rus eposlarında)” qırmızı qız ifadəsinin gü -
nəşlə, odla, istiliklə bağlı olduğunu yazırdı (5, 87). Rus folklorunda крас -
нaя солнышко, краснa девица ifadələrinin hər birində qırmızı rəng ele-
mentinə rast gəlirik. Bu isə bir daha qadın gözəlliyinin günəşlə, odla, ocaq
kultu ilə bağlılığına işarədir. Buna daha bir nümunə olaraq aşağıdakı for-
mula nəzər salaq:
«На поляне огонь горит, в огне девицa сидит, да такая красавица,
что не вздумать, ни взгадать, только в сказке сказать» (7, 241).
Mətnin tərcüməsi:
“Çöldə od yanır, odun ortasında qız oturur, elə gözəldir ki, ağıla gəl -
məz dərəcədə, ancaq nağılda təsvir etmək mümkündür. Göründüyü kimi,
burada da qadın odla, ocaqla müqayisə olunur”.
Slavyan nağıllarında kişi gözəlliyi də özünəməxsus şəkildə təsvir
olunur: «Полюбились ей кудри черные, очи соколиные, брови собо -
линые, ухватки богатырские» (7, 200)
Mətnin tərcüməsi:
“Xoşuna gəldi onun qara buruq telləri, şahin gözləri, qunduz qaşları,
pəhləvan biləkləri”.
Metaforik və hiperbolik formullar qeyri-adi varlıqların təsvirində də
geniş yer almaqdadır:
Məsələn türk sehrli nağıl mətnlərində div əsasən belə təsvir edilir: “Üst
dodağı göy süpürür, alt dodağı yer süpürür”.
Yaxud rus mətnlərində mifoloji varlıq ilanla bağlı belə formul möv -
cuddur:
«Вдруг прилетает змей о двенадцати головах» (7, 204).
Mətnin tərcüməsi:
“Birdən on iki başlı ilan uçub gəlir”.
Nağıl yaradıcılığı üçün ənənəvi formullardan biri də qəhrəmanın böyü -
məsi ilə bağlıdır. Qəhrəmanın böyüməsi ilə bağlı formullar istər slavyan,
istərsə də türk nağıllarında əsasən möcüzəvi doğumla bağlı motivlərdə öz
əksini tapır. Məsələn:
36
2012/
IV
“Bir gün, beş gün Qəmər gəlib səkkiz yaşa çatdı” (3, 6).
“Bunlar bir yaşından gəldi iki yaşına, ikidən üçə, belə-belə altı yaşına
çatanda uşaqları məktəbə qoydular” (2, 160)
“Uşaq gündən-günə böyüdü” (3, 120)
Rus mətnlərində:
«Стали ребятки расти не по дням, а по часам; как хорошое тесто
на опаре поднимается, так и они вверх тянутся» (7, 159)
Mətnin tərcüməsi:
Uşaqlar günlə deyil, saatla böyüməyə başladılar; yaxşı mayalanmış
xəmir kimi yuxarı uzanırdılar.
Türk nağıl mətnləri ilə slavyan nağıl mətnlərini müqayisə edərkən
aydın olur ki, möcüzəli doğum aktı motivi ilə bağlı uşaqların böyümə for-
mulunda bir qədər fərqliliklər var. Belə ki slavyan mətnlərində qəhrə-
manın böyüməsi hiperbolik xarakter daşıyır. Türk mətnlərində bu hal bir
qədər arxa plana keçir. Qəhrəmanın sürətli böyüməsi motivi əsasən türk
xalq romanlarında hiperbolik xarakter daşıyır.
Bildiyimiz kimi, sehrli nağıl yaradıcılığında tez-tez rast gəlinən per-
sonajlardan biri də atdır. Bu səbəbdən də atın təsviri ilə bağlı formullar
nağıl yaradıcılığında xüsusi yer tutur.
Atın təsviri:
“Çil madyan dərələrdən sel kimi iki günlük yolu bir günə keçib İlisı
şəhərə yetirdi” (3, 253)
Yaxud:
“Atın ağzından bir yaşıl alov çıxa-çıxa gəlir” (3,133).
“Dərələrdən sel kimi, təpələrdən yel kimi, badeyi-sərsər kimi...” (2, 143)
“Onun dörd ayağı, iki qolu, alnının ortasında bir gözü, iki dənə də iri
buynuzu var idi” (2, 232)
Rus mətnlərində:
«Конь у него о двенадцати крыльях, шерсть у коня серебряная,
xвост и грива золотые» (7, 163)
Mətnin tərcüməsi:
Atın on iki qanadı var idi, tükləri gümüşü idi, quyruğu və yalı gümüşü
idi.
Yaxud:
«Сивко бежит, только земля дрожит, из очей искры сыплются, из
ноздрей дым столбом» (7, 229)
Mətnin tərcüməsi:
Dostları ilə paylaş: |