Yapa-yapa qarlar yağsa, yaza qalmaz
Yapağlu gögçə çəmən giizə qalmaz.
Əski pambuq bez olmaz.
Qarı düşmən dost olmaz.
Qaraduca duymayınca yol alınmaz.
Qara polat üz qılıcı çalmayınca qırım dönməz.
Ər malına qıymayınca adı çıqmaz.
Qız anadan görməyincə öğüt almaz.
Oğul atadan görməyincə süfrə çəkməz.
Oğul atanın yetridir, iki gözinin biridir
Dövlətlü oğul qopsa, ocağının közidir.»
Aforistik deyimlərin sonunda verilən alqış-dualar isə
bütövlükdə bu mətnin performativlik effektini gücləndirir:
Baba malından nə faidə, başda dövlət olmasa,
Dövlətsiz şərrindən Allah saqlasun, xanım, sizi!
Əslində bu soylamalar - aforizmlər mifopoetik təfəkkür
tipinin ifadəsidir, «mifopoetik söz isə əməldi, sakral sözdü»
(V.N.Toporov). Mifopoetik düşüncə tipi oğuz dünya modelinin
səviyyəsini elə təşkil edir ki, soylamalar «ritual etiket»ə
(D.Lixaçov) çevrilir. Etiketlik isə oğuz insanının miforitual təc
rübəsi ilə, yaşam-inanc fəlsəfəsi ilə bağlıdır.Onda sual olunur:
«Müqəddimə»də aforizmlər - soylamalar, görəsən, orta
əsr mərasim-etiket formalarından biridir, yoxsa sıralanmış,
səslənmiş paremioioji vahidlərdən ibarət «açıq sistemdir»
(K.Abdulla), yoxsa dilin ritual təcrübəsi ilə bağlı olan paremi-
oloji bütövlükdür?
T.Hacıyev həmin paremioioji bütövlüyü «ustadnamə»
kimi təqdim edir: «Burada Oğuz cəmiyyətini səciyyələndirən
kəlamlar var, təlim-tərbiyə məzmunlu atalar sözləri və məsəl
lər geniş yer tutur. İbrətli söz söylənilir, dastanın qəhrəmanla
rına xeyir-dua verilir. Bunlar ustadnaməyə məxsus əlamətdir.
Əslində bu dastanın adında Dədə Qorqud başlığını doğruldan
38
ən güclü əsaslardan biri məhz bu ustadnamədir» [50,119].
Doğrudan da aforistik-didaktik bilgilərin və deyimlərin
Dədə Qorquda - müdrik qocaya, əcdad ruhuna bağlılığı ənə
nəvi türk toplumu üçün səciyyəvi haldır. Ənənənvi, arxaik
mədəniyyətlərdə bu tipli mətnlər adətən nüfuzlu şəxslərə və
toplumlara istinad edilərək danışılır: Məsələn: çukçalar bu za
man «qocalar belə deyirdilər», oroclar «gör nə deyirlər»,
«nivxlər belə söyləyirlər» ifadələrindən istifadə edirlər.
Y.S.Novik qeyd edir ki, Yenisey xalqlarının fəlsəfi, hü
quqi normaları və məişət qaydaları ket şamanı Dohun adı ilə
bağlanır yeniseylilər arasında dolaşan hekayət-nəğmələr bu
sözlərlə bitir: «toy Doh laskansiha!» - «Doh belə demiş (söy
ləmiş)!», hətta lətifələr də «Doh belə deyirdi» ifadəsi ilə ta
mamlanır [Bax: 200, 272].
“Müqəddiməkdə hikmətli, sayğılı kəlamlar «Dədə Qor
qud soylamış», «Dədə Qorqud belə soylamış» deyimləri ilə
təqdim edilir. Bu soylamalar, sayğılı, müdrik sözlər insanlar
və ruhlar arasında vasitəçi olan, «sirli mənalar dünyası ilə»
(N.Mehdi) bağlı olan Dədə Qorquda aiddir
Dədə Qorqud etik kateqoriyaların və mənəvi normaların
yaradıcısı və bilicisi kimi çıxış edir. «Emosional yaddaşın qo
ruyucusu və yaradıcısı olduğundan özündə əcdad ruhunu da
şıyan atalar sözlərinin Dədə Qorquda aid edilməsi də bu üz
dəndir» [18,38].
«Dədə Qorqut soylamış, görəlim, xanın, nə soyamış:
Getdikdə yerin otlaqların keyik bilür.
Kənəz yerlər çəmənlərin qulan bilür.
Ayrı-ayrı yollar izin dəvə bilür.
Yedi dərə qoxuların dilkü bilür.
Dinlə kərvan keçdiyin turğay bilür.
Oğul kimdən olduğin anna bilür.
Ərin ağzın yeynisin at bilür.
39
Ağır yüklər zəhmin qatır bilür.
Qafil başın ağrım beyni bilür.
Qolça qopuz götürüb eldən-elə, bəgdən-bəgə ozan gəzər.
Ər comərdin, ər nakəsin ozan bilür.
El-evünüzdə çalub-ayıdan ozan olsun!
Azıb gələn qəzayi tənri saysın, xanım, hey!»
Yegnək də yuxusunu bəylərə danışandan sonra didaktik
- paremioloji bütövlüyə keçir:
«Kəsə-kəsə yeməgə yəxni yaxşı.
Kəsər gündə sərçeşmə yügrək yaxşı.
Daim gəldügində tursa, dövlət yaxşı.
Bildügin unutmasa, əql yaxşı.
Qırımından dönməsə-qaçmasa, ərlik yaxşı».
Xan divanından küsüb incik gəlmiş Bəkilə xatunun
məsləhətləri də performativ-aforostik səciyyəlidir:
«Yigidim, bəy yigidim! Padşahlar tənrinin kölgəsidir.
Padşahına asi olanın işi rast gəlməz. Arı könildə pas olsa, şərab
açar».
Bəkil «xatun kişinin əqli-kəlicəsi eyüdtir», - deyə onun
sözünə qulaq asıb, dağlara ova çıxır.
«Kitabi-Dədə Qorqud»da aforistik deyimlər «özünə
məxsus sitat işarəsidir» (F.de Haard), didaktik funksiyadan
başqa, proqnostik (sınamalar kimi, aforistik deyimlər də hadi
sələrin inkişafını öncədən bildirir) və ornamental funksiyalar
yerinə yetirir.
Ozan dilində aşağıdakıaforistik deyimlər, T.Hacıyevin
fikrincə, «uzun mətləblərə körpü salmaq üçündür» [50, 118]
və “ozan dilinin çevikliy ilə bağlıdır”. [50,118]. Məsələn:
“Alt ayağı külük, ozan dili çevik olur.qazancm ölüsünü,
dirisini kimsə bilmədi”;
“At ayağı külük ozan dili çevik olur. Qazan kafərə şağı-
rıb soylamış, görləim, xanım, nə soylamış Aydır...”
40
Aforistik deyimlər toplumun inanc enerjisi ilə yüklən
miş fraqmentlərdir - sitatlardır, etnik davranış stereotipləri və
etik-fəlsəfı normalardır, nüfuzlu sözlərdir.
Oğuz bəyləri yalnız nüfuzlu sözə inanırlar və tapınırlar,
Oğuzda hər şey nüfuzlu sözə tabedir. «Söz isə artıq bu qəhrə
manlar üçün müqəddəs bir dəyərlikdir» [6, 34].
“Kitabi-Dədə Qorqud”un performativ nitq janrları siste
mində” alqış və qarğış mətnləri-klişeləri aparıcı mövqeyə ma
likdir”, epik mətnini transformativ modeli və ya tekst qurucu
luğu alqış, qarğış, öyütmələr, nəvazişlər strukturundan doğur.
Mətni götürüb onun iri-iri bloklarını alqış, qarğış sxemlərinə
redaksiya etmək olar” [12,19].
Əlbəttə, alqış və qarğışlar, məlumdur ki, bir sıra formal
əlamətlərinə görə: ontativ modallığınına (dilək diləmə),
magik funksiyasına və mətn strukturuna görə yaxın olsalar da,
semantik-məzmun planına görə fərqlidirlər.
Qarğış nəticəsində dünya «özümünkü»yə və «özgə»yə
ayrılır. «Özgə»Iik başqasını özündən təcrid etmək, uzaqlaşdır
maq, hətta onu məhv etmək cəhdidir. Qarğışlar intensional
nitq strategiyası və nitq janrı olaraq, adətən süjetdə kritik situ
asiyalarda konflikt və düşmənçilik məqamlarında yaranır,
“konfliktlərin dil ekvivalenti olub konfliktləri çılpaqlaşdırma,
dərinləşdirmə vasitəsinə çevrilir” [12,19].
«Kitabi-Dədə Qorqud»da «qarğış demək», «qarğamaq»
geniş yayılmış performativ nitq aktlarından biridir. Qalın Oğuz
da ritual məkanı qarğış janrı iki simvolik «mətnə» ayırır. Dirsə
xanm övladı olmadığından Bayındır xanın təşkil etdiyi törəndə
onu neqativ məkanda yerləşdirirlər - qara otağa oturdurlar:
«Bayandır xanın yigitləri Dirsə xanı qarşuladılar, götürüb
qara otağa qondurdular, qara keçə altına göşədilər, qara qoyun
yəxnisindən öginə götürdilər. Bayandır xandan buyruq böy-
lədir, xanım» - dedilər. < ...> Ayıtdılar: «Xanım, bu gün Ba-
41